Bizi sosial şəbəkələrdən izləyin:
"Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkətinin bərpa edilməsi ilə bağlı işlər aparılır".
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, 2025-2030-cu illəri əhatə edən dövlət proqramına əsasən, bu istiqamətdə qatarların alınması və mövcud stansiyaların bərpası, dəmir yollarının təmir-bərpası nəzərdə tutulub.
"Bu istiqamətdə artıq layihələndirilmə işlərinə başlanılıb. Həmçinin, qatarların alışı ilə bağlı işlər aparılır. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır".