Bizi sosial şəbəkələrdən izləyin:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.
Moderator.az xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cəfərli Gülnarə İntizam qızı İnsan resursları departamentinin müdir müavini təyin edilib. O bundan əvvəl adıçəkilən departamentin İşə qəbul və planlama şöbəsinin müdiri idi.
Eyni zamanda, Agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov işdən azad olunub. /Unikal/