Bizi sosial şəbəkələrdən izləyin:
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
Moderator.az xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" hesabında paylaşım edib.
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisi cənab general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” - o qeyd edib.