Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və İsrailin İrana qarşı müştərək əməliyyatın gedişatında 400-dək ABŞ hərbçisi xəsarət alıb.
Moderator.az "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins çıxış edib.
"400-ə yaxın ABŞ hərbi qulluqçusu yaralanıb. Onların 3-nün vəziyyəti ağırdır, 354 nəfər isə artıq öz xidmətinə dönüb. Ümumilikdə 14 nəfər həyatını itirib. 7 hərbçi döyüş əməliyyatları zamanı, 6 nəfər İranın Küveytə zərbələri nəticəsində, bir nəfər isə Səudiyyə Ərəbistanında yaralanaraq həlak olub", - deyə açıqlamada qeyd olunub.