Bizi sosial şəbəkələrdən izləyin:
Norveçin maliyyə naziri və NATO-nun sabiq baş katibi Yens Stoltenberq hesab edir ki, yaxın gələcəkdə alyans öz fəaliyyətini dayandıra bilər.
Moderator.az xəbər verir ki, nazir bu barədə Danimarkanın "TV2" telekanalına müsahibəsində bildirib.
"Şimali Atlantika Müqaviləsi Təşkilatının həmişə mövcud olacağı təbiət qanunu deyil. NATO-nun qarşıdakı on il ərzində qorunub saxlanılacağı da qəti deyil", - deyə o qeyd edib.
Stoltenberq xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp hələ birinci səlahiyyət müddəti dövründə də NATO-dan çıxmaqla hədələyib.
Xatırladaq ki, bundan əvvəl D.Tramp alyansı İrana qarşı əməliyyata qoşulmaq təklifinə imtina cavabı aldığına görə tənqid edib. O, tərəfdaşlarını Vaşinqtonu dəstəkləməkdən imtina etməkdə günahlandıraraq, ölkəsinin blokdan çıxmaq ehtimalını yenidən gündəmə gətirib.