Aprel döyüşləri qazisi: “Erməni hərbçilər “052 gəldi” deyib qaçırdılar”
Cəmiyyət
Oxunub: 2694
05 Apr 2024 | 11:16
Aprel döyüşləri qazisi: “Erməni hərbçilər “052 gəldi” deyib qaçırdılar”
“Düşmənin ön xəttini cəmi 45 dəqiqə ərzində yardıq. Düşmən duyuq düşəndən sonra üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı”.
 
Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.
 
Qazi bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunandan - 1994-cü ilin mayından 2016-cı ilin aprelinə qədər, demək olar ki, hər gün cəbhədə düşmən təxribat törədirdi:
 
“Həmin təxribatlara hər dəfə layiqli cavab verilsə də, düşmən bundan nəticə çıxarmırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatı pik həddə çatdı. Ermənistan ordusunun cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, artilleriya mərmilər atması nəticəsində sakinlər arasında yaralananlar və həyatını itirənlər oldu. Buna qarşılıq olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
 
Təbii ki, 22 il ərzində Azərbaycan Ordusunun arsenalı ən müasir silah, texnika ilə təchiz edilməklə yanaşı, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması, dünyanın müxtəlif ölkələrində hərbi kurslarda, təlimlərdə iştirak etməsi, öz bilik və bacarıqlarını inkişaf etdirməsi diqqət mərkəzində olmuşdu. Bunun nəticəsidir ki, hərb yarışlarında Azərbaycan xüsusi təyinatlıları dəfələrlə dünya xüsusi təyinatlıları arasında birinci olub, tankçılarımız, artilleriyaçılarımız, istehkamçılarımız ilk üçlükdə qərarlaşmışdılar. Bütün bunlar Azərbaycan Ordusunun nə qədər inkişaf etdiyinin göstəricisi idi. Aprel döyüşləri 22 il ərzində Azərbaycan Ordusunun yığdığı bilik, bacarıq və döyüş təcrübəsini məhz real döyüş şəraitində tətbiq etməyə, eyni zamanda, Ermənistan ordusunun zəif nöqtələrini aşkarlamağa şərait yaratdı”.
 
Ə.Mehdiyev Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun, demək olar ki, çox kiçik bölmələrinin - kəşfiyyat xüsusi təyinatlı hərbi hissələrinin döyüş əməliyyatlarına cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, istər cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Lələtəpə, istərsə də Goranboy-Tərtər-Ağdərə istiqamətində Talış yüksəkliklərinin azad olunması Azərbaycan Ordusunun böyük uğuru oldu. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu 2 min hektar ərazini tam azad etdi, eyni zamanda, minlərlə hektar strateji ərazi silahlı qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu Ermənistanın 20 ildən artıq formalaşdırmış olduğu keçilməz “Ohanyan səddi”ni darmadağın etdi. Ən əsası - dördgünlük müharibədə əldə edilən Zəfər xalqın Azərbaycan Ordusuna inamını özünə qaytardı.
 
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Aprel döyüşlərində iştirakı haqqında da məlumat verərək deyib:
 
“Düşmən təxribatının qarşısının alınması üçün yuxarı komandanlıqdan qarşımıza döyüş tapşırığı qoyuldu. Xüsusi təyinatlı tabor tərkibində bölmə ilə birlikdə hərbi hissənin xüsusi əməliyyat briqadası düşmən təxribatının qarşısını almaq üçün Talış yüksəklikləri uğrunda döyüşə qatıldı. Qısa müddət - 40-45 dəqiqə ərzində düşmənin ön xəttini yardıq. Biz ön xətti yaranda onlar bir neçə dəfə pusqu qurdular. Elə hesab edirdilər ki, açdıqları atəş nəticəsində bizim bölmədə olan şəxsi heyətin bir qismi ya şəhid olub, ya da yaralanıb. Ancaq biz relyefdən düzgün istifadə edərək irəliləməyə davam elədik və düşmən səngərlərinə daxil olduq. Düşmən duyuq düşəndən sonra isə üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı. Demək olar ki, postlardakı 10-a qədər əsgərdən 2-3-ü döyüşçülərimiz tərəfindən məhv edilən kimi digər erməni əsgərlər “052 xüsusi təyinatlılar gəldilər” deyib öz yaralılarını, ölülərini, silah-sursatlarını, mühafizə və müdafiə təşkil etdikləri mövqeləri atıb qaçmağa başladılar. Qısa müddətdə biz o postlarda, yüksəkliklərdə möhkəmləndik. Ermənilər bizimlə üzbəüz döyüşə tab gətirə bilmədikləri üçün qarşı tərəfdə dağların ətəyində yerləşən mövqelərindən olduğumuz mövqelərə minaatan, özüyeriyən artilleriya, tanklarla atəş açmağa başladılar. Növbəti iki gün ərzində dəfələrlə əks-hücum əməliyyatları həyata keçirsələr də, Azərbaycan Ordusu, artilleriya qoşunları dəqiq zərbələrlə onları geri oturtdu.
 
Biz xüsusi təyinatlılar döyüşdə qruplar və “badi”lər şəklində hərəkət edirik. “Badi”lər iki nəfərdən ibarət olur. Hər iki şəxs bir-birini qoruyur və bir-birinə cavabdehlik daşıyır. Aprelin 3-ü gecə düşmən tərəfi əks-hücum əməliyyatı həyata keçirməyə cəhd etdi. Həmin vaxt onlarla döyüşə-döyüşə mövqeləri qoruyub-saxladıq. Uğursuz həmlənin ardınca artilleriya mərmilərindən, “Qrad”lardan atəş açmağa başladılar. Dəfələrlə minaatan mərmiləri yaxınlığımıza düşsə də, relyefdən düzgün istifadə edərək mərmilərin partlayışından yayına bilirdik.
 
Hücumlarının nəticəsiz olduğunu görüb bizi tanklarla vurmağa başladılar. Artıq aprelin 3-ü səhər 5 radələrində Suqovuşan istiqamətindən “Qrad” mərmilərinin atəşinə məruz qaldıq. Reaktiv yaylım mərmilərinin bir neçəsi bizim yaxınlığımıza düşdü. Mən “badi”m Şəhriyar Eyvazovla idim, mərmi bizim bir neçə metrliyimizə düşdü. Xoşbəxtlikdən, təpənin üstündə idik, mərmi isə təpənin altına düşmüşdü. Güclü partlayış dalğası məni və Şəhriyarı 5-6 metr kənara ataraq yerə möhkəm çırpdı. Nəticədə hər ikimiz ağır kəllə-beyin travması aldıq, onurğa beynimiz zədələndi. Ayaqlarımızdan qəlpə yaraları alsaq da, xoşbəxtlikdən, qəlpələrin çox hissəsi bizi tutmamışdı. Digər silahdaşlarımız bizi döyüş meydanından təxliyə etdilər. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bir ilə qədər müalicə olundum və hərbi həkim komissiyasının qərarı ilə 2017-ci ilin iyununda səhhətimdə yaranan problemə görə ehtiyata buraxıldım. Hazırda ikinci qrup Qarabağ qazisiyəm”.
 
XTQ-nin ehtiyatda olan zabiti Aprel döyüşləri nəticəsində bütün dünyanın ordumuzun gücünü gördüyünü, eyni zamanda, Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını, nəyin bahasına olursa-olsun öz tarixi torpaqlarını azad edəcəyinin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanın yüksəkrütbəli hərbi qulluqçuları, generalları ordudan qovuldular, siyasi hakimiyyət dəyişikliyi baş verdi.
 
Həmin dövrlərdə Azərbaycan gənclərinin Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşmək istədiklərini bildirməsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin dörd gün ərzində hər kəsin qəlbi Qarabağla döyünürdü. Azərbaycandan fərqli olaraq isə Ermənistan ordusunda həm əsgərlər, həm də yüksəkrütbəli zabitlər arasında çoxlu sayda fərarilik hallarının olduğunun şahidlik etdik. Ən əsası - Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə üçün bir başlanğıc, mayak oldu. Təsadüfi deyil ki, dördgünlük müharibədə əldə edilən Zəfərdən ruhlanan Azərbaycan Ordusu uğurlarını davam etdirdi. İstər Günnüt əməliyyatı, istər Tovuz hadisələri, istər 44 günlük Vətən müharibəsi, istərsə də son antiterror tədbirləri Azərbaycan Ordusunun hərbi qulluqçularının yüksək peşəkarlığının, orduda olan vətənpərvərlik ruhunun, qarşıya qoyulan bütün tapşırıqları layiqincə və dəqiq yerinə yetirmək əzmində və gücündə olduğunun göstəricisidir. Aprel döyüşlərindən başlanan yollar bizi Xankəndiyə qədər gətirib çıxardı. Vaxtilə işğalda olan bütün ərazilərimizdə hazırda üçrəngli bayrağımız qürurla dalğalanır.
Oxşar xəbərlər
09:52, Bu gün
Çingizin toyundan özəl görüntülər - VİDEO
09:41, Bu gün
Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək
09:40, Bu gün
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
09:36, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
09:25, Bu gün
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
09:19, Bu gün
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
09:11, Bu gün
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:06, Bu gün
İran hökuməti fövqəladə iclas keçirəcək
08:49, Bu gün
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
08:36, Bu gün
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
08:33, Bu gün
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
08:28, Bu gün
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
08:17, Bu gün
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
08:11, Bu gün
Azərbaycan İran üçün axtarış qrupu YARATDI
08:09, Bu gün
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
07:59, Bu gün
Ordu 10 ildir əsirlikdə olan insanları xilas etdi
07:47, Bu gün
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
07:42, Bu gün
“Xarici agentlər haqda qanun Gürcüstan iqtisadiyyatı üçün də ağır nəticələr gətirəcək...”
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
07:26, Bu gün
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 10:15
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
19 May 2024 | 10:35
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
19 May 2024 | 10:13
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
19 May 2024 | 10:16
VI sinif şagirdləri üçün monitorinq keçirilir
19 May 2024 | 10:22
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
19 May 2024 | 10:37
Türkiyədə güclü partlayış: Yaralananlar var
19 May 2024 | 10:52
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
19 May 2024 | 12:00
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
19 May 2024 | 11:13
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 10:15
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
19 May 2024 | 10:35
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
19 May 2024 | 10:13
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
19 May 2024 | 10:16
VI sinif şagirdləri üçün monitorinq keçirilir
19 May 2024 | 10:22
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
19 May 2024 | 10:37
Türkiyədə güclü partlayış: Yaralananlar var
19 May 2024 | 10:52
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
19 May 2024 | 12:00
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
19 May 2024 | 11:13
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO