![Biləsuvarda əfsanəvi döyüşçü Natiq Qasımova həsr olunan “Oğul” filmi nümayiş edilib](https://moderator.az/cphoto/670x420/2023/12/01/1701444491_36c32c51-8443-351a-abdf-a55440d3c6ac_850.jpg)
Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Oğul” sənədli filmi nümayiş olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Film öncəsi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri çıxış edərək film haqqında öz təəssüratlarını bildirib.
Qeyd edək ki, Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film riyakar erməni xislətini bir daha aşkara çıxarır.
Filmdə birinci Qarabağ müharibəsi zamanı döyüşən Natiq Qasımovun qəhrəmanlığı nümayiş olunur. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. O, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.
Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB](https://moderator.az/photo/213x120/2024/07/27/1722031902_c9d782bd-fca2-375b-bb80-7bcbd6848d40_850.jpg)
![Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ](https://moderator.az/photo/213x120/2024/07/27/1722032301_634058b7926fd202210224959.jpg)
![Kral III Çarlz Muxtar Babayevi qəbul edib](https://moderator.az/photo/213x120/2024/07/27/1722031387_bdd6236a-55dc-323a-a346-189fa43d0227_850.jpg)
![Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722026407_nh0augyfg4kwilalfnwldeatb3fjjxnt6djazalu_1200.webp)
![Akif Nağının imzaları təqdim olundu](https://moderator.az/photo/213x120/2024/07/27/1722025198_350978782_765918401875518_1222997874362918250_n.jpg)
![Qatardan qalan adam - Anarın yeni hekayəsi](https://moderator.az/photo/213x120/2024/07/26/1722023383_2.jpg)
![Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722022677_66a3f6920b5c266a3f6920b5c3172202152266a3f6920b5c066a3f6920b5c1.jpg)
![Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722022685_1.jpg)
![İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib](https://moderator.az/photo/213x120/2024/07/26/1722021579_268705_gvplqhuujd.jpg)
![Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?](https://moderator.az/photo/213x120/2024/07/26/1722020809_ukrayna-abs.jpg)
![Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722020565_zeherli-madde.jpg)
![Əfşar Temuçin vəfat etdi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722020037_efsar-temucin.jpg)
![Ad günü məclisində qan düşdü](https://moderator.az/photo/213x120/2024/07/26/1722019641_nwjrhj0qq4fhzdvy4l4huzcsqp8sjjnbtqf2s2to_1200.webp)
![Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün](https://moderator.az/photo/213x120/2024/07/26/1722019591_photo_97099_08-12-2023_13-27-49jpg-1720840772_26-07-2024_17-06-40.jpg)
![Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!](https://moderator.az/photo/213x120/2024/07/26/1722019442_jiquli.jpeg)
![Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR](https://moderator.az/photo/213x120/2024/07/26/1722019194_repci-qeza-kecirdi.jpg)
![Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər](https://moderator.az/photo/213x120/2024/07/26/1722018434_qpdn8t4pchko5lnd7ai23bfznv5uuq7i3mviwuuf_1200-1.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722018560_komputer_notbuk_a3.jpg)
![Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə](https://moderator.az/photo/213x120/2024/07/26/1722018328_encir.jpg)
![Rusiya Yutubu bloklamaq qərarı verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722016647_youtube.jpg)
![Ən bahalı hamburger: 9 min manata satılıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722016454_burger.jpg)
![Röya rəqsi ilə diqqət çəkdi – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/26/1722015771_rya.jpeg)
![Gün ərzində nə qədər şokalad yemək olar?](https://moderator.az/photo/213x120/2024/07/26/1722015372_sokolad.jpg)
![AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722015138_ab.jpg)
![Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR](https://moderator.az/photo/213x120/2024/07/26/1722014711_1722012922_1504550.jpg)
![Hərbi Gürcüstan yolu selə görə bağlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722014694_herb-gurcustan-yolu.jpg)
![IV qrupun lideri olan Nuray - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722014441_1722013820_424510817_0_62_3071_1789_1920x0_80_0_0_003d2320352b9de786f114dd022d5dba-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722014203_peskov24389.jpg)
![Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub](https://moderator.az/photo/213x120/2024/07/26/1722014186_yagisli_hava_0582.jpg)
![Qəbul imtahanlarının nəticələri açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722013931_imtahan_1187974.jpg)