“Mühit Ekoloji Mühafizə” İctimai Birliyi "Meşəətrafı yaşayış məntəqələrində əhali arasında yanğın təhlükəsizliyi və ekoloji cinayətlər haqqında məlumatlandırma tədbirlərinin keçirilməsi" layihəyəsinin icrasına başlayıb.
Bu barədə Birliyin sədri Əzizağa Hünbətəliyev QHT.az-a açıqlama verib. O qeyd edib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə təşkil olunub: "Dünyanın hər yerində eləcə də, ölkəmizdə meşə yanğınlarının sayı artır. Təhlükələr artır, təbiətə külli miqdarda ziyan dəyir. Bunun qarşısını almaq üçün meşələrə yaxın ərazilərdə yaşayan insanlar və meşələrdən istifadə edən turistlər arasında maarifləndirmə və xəbərdarlıq tədbirləri aparılmalıdır. Yol kənarlarında, meşələrə giriş yerlərində əyani lövhələr qoyulmalıdır. Bu işdə yanğın təhlükəsizliyi xidmətinin, ekoloji işçilərin iştirakı ilə görüşlərin keçirilməsi layihənin əsas ideyasıdır. Buna nail olmaq üçün 3 meşəətrafı rayon olan Oğuz, İsmayıllı, Qusar rayonlarında meşə ilə sıx təmasda olan 2 kənddə müəllimlər, bələdiyyə üzvləri, məktəblilər, kənd sakinləri ilə ekolojiya və yanğın təhlükəsizliyi barəsində məlumatlandırma tədbirləri təşkil ediləcək. Bunlar yanğın hallarının azalmasına kömək edəcəkdir”.
Pərvanə Fərhadqızı