Gəncədə itkin düşən şəxs tapılıb
1498
16 Jul 2023 | 12:12

Gəncədə itkin düşən şəxs tapılıb

Gəncə şəhərində itkin düşən şəxs Bakıda tapılıb.

İyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F. Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

Link kopyalandı!
Son xəbərlər