Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb
3186
11 May 2023 | 11:20

Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb

“Dünən Moskvada əvvəlcə rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Məqsədimiz isə Suriyanın terrorçulardan təmizlənməsidir. Suriyanın indi humanitar dəstəyə ehtiyacı var”.

M.Çavuşoğlu bildirib ki, suriyalıların ölkələrinə qayıtması üçün təhlükəsiz mexanizm yaradılmalıdır: "Biz həmçinin oxşar iclasların davam etdirilməsinə dair razılığa gəldik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər