İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub - FOTO
Cəmiyyət
3925
04 Apr 2023 | 14:26

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub - FOTO

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinə müavin təyin olunub.
 
Moderator.az xəbər verir ki, bu vəzifəyə Elkiyar Ziyadov gətirilib.
 
E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 2018-21-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.
 
E.Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışıb.
 
O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə modelləşdirməsi və proqnozlaşdırma fənni üzrə dərs deyir.
 
E.Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər