Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR
1836
17 Apr 2026 | 17:36

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər