Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralanan var - FOTO
444
17 Apr 2026 | 10:54

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralanan var - FOTO

Bakı–Quba–Rusiya sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba istiqamətində hərəkətdə olan yük avtomobili idarəetməni itirərək beton arakəsməyə çırpılıb, daha sonra əks hərəkət zolağına çıxıb. 

Bu zaman qarşı tərəfdən gələn VAZ-21015 markalı minik avtomobili ilə toqquşma baş verib.
 

Qəza nəticəsində VAZ-21015-in sürücüsü - Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Şıxəliyev Ziya İsa oğlu xəsarət alıb. Yaralı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər