O, nadir insanlardandır... - Yetirməsi "Şöhrət" ordenli müəllimindən yazır
Oxunub: 4354
25 Nov 2022 | 12:37
O, nadir insanlardandır... - Yetirməsi
Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan Həsənovun yubuleyidir. Məncə, bu idman növünü sevənlər onun 80 illiyi ilə Azərbaycan cüdosunun 50 illiyinin eyni vaxta düşməsini olduqca əlamətdardır. Tərlan Həsənov ölkəmizdə cüdo məktəbinin yaradanlar və inkişaf etdirənlər, bu idman növünü populyarlaşdıranlar sırasında özünməməxsus yer tutur. Azərbaycan cüdosunun indiki inkişaf səviyyəsinə çatdıırlması onun həyatının başlıca məqsədi və idman fəaliyyətinin ayrılmaz hissəsi olub.

Tərlan müəllimin məşqçiliyi və peşəkarlıq təcrübəsi mənim kimi cüdoya qəlbən bağlı olan hər kəs üçün yaxşı bir məktəbdir. Bu gün mən öz imkanlarım daxilində bu məktəbin ənənələrini yaşatmağa çalışır, gənclərimizin ondan bəhrələnməsi, cüdoya maraq və məhəbbətin nəsillərdən-nəsillərə ötürülməsi üçün əlimdən gələni edirəm.  
Onun məşqçilik fəaliyyəti və təcrübəsi böyük bir məktəbdir. Bu məktəbin ənənələrini yaşatmaq, bir-birini əvəz edən nəsillərə çatdırmaq, ondan daim bəhrələnmək vacibdir.
Azərbaycan idman ölkəsi kimi artıq bütün dünyada tanınır. Bu, şəxsən möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi misilsiz diqqət və qayğının nəticəsidir. Dövlətimizin başçısı Tərlan müəllimin də xidmətlərini yüksək qiymətləndirib: o, 2019-cu ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2022-ci ildə Azərbaycan Cüdo Federasiyasının 50 illiyi münasibəti ilə “Şöhrət” ordeninə layiq görülüb.

Şərq döyüş sənətində müəllim – müqəddəs şəxsiyyətdir, idealdır, zirvədir. Şagird öz müəllimi qarşısındakı borcu heç vaxt ödəyə bilməz, bu borc heç bir madiyyatla ölçülmür. Şagirdlə müəllim arasında əlaqə yalnız minnətdarlıq hissinə söykənir... Yəni şagird ömrü boyu müəlliminə minnətdar olur. Bu nöqteyi-nəzərdən Tərlan Həsənov Azərbaycanda cüdo üzrə müəllimlərin müəllimidir. Ölkəmizdə cüdonun inkişafında onun müstəsna xidmətləri vardır. Məncə, bu döyüş növündə ad-san qazanmış elə azərbaycanlı idmançı yoxdur ki, onun uğurlarında Tərlan müəllimin hansısa dərəcədə  payı olmasın. Olimpiya çempionlarımızın – Nazim Hüseynovun (məşqçisi Ağayar Axundzadə), Elnur Məmmədlinin (məşqçisi Yaşar Allahverdi) məşqçilərinin məşqçisi olan Tərlan müəllimin şəxsən öz yetirmələrindən Rasim Ağamirov, İlqar Müşkiyev, Məmmədəli Mehdiyev, Hidayət Heydərov ən nüfuzlu beynəlxalq yarışlarda yüksək yerlər tutub, Azərbaycan cüdosuna böyük qələbələr bəxş ediblər. Hazırda ondan dərs alan uşaqlar və yeniyetmələr arasından da neçə-neşə istedadlı, ümidverici cüdoçunun yetişəcəyinə inanıram.
 
Mənim üçün isə həm müəllim, həm də bir insan kimi Tərlan Həsənovun dəyəri misilsizdir. Onunla ilk tanışlığım yeniyetməlik dövrümə təsadüf edib. İndi də düşünürəm ki, cüdoyla məşğul olmağa onun yanında başlasaydım, çox erkən yüksək nailiyyətlər qazanardım. Təbii ki, Olimpiya ehtiyatları idman məktəbində (indiki Olimpiya İdman Liseyində) mənə cüdonun əlifbasını öyrətmiş ilk məşqçim Ruslan Abdullayevin üzərimdəki haqqını itirə bilmərəm. Həmin vaxt o çox gənc  idi,  həvəslə məşq keçirdi və bizi məktəblilər arasında yarışlara çıxarırdı. Amma bizim üçün daha nüfuzlu turnirlərdə iştirak etmək fürsəti yarananda Ruslan Əhmədoviç məktəbdən getdi... Bir müddət məşqçimiz olmadı. Biz o zaman məşq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun nəzdindəki “Burevestnik” idman klubuna gedirdik. Orada da sanki heç kimə lazım deyildik. Mən, əsasən, məşqlərdə öz çəki dərəcəsində yığma komandanın “bir nömrəsi” olan Rasim Ağamirovun (hazırda Rusiyanın əməkdar məşqçisidir)  sparrinq-tərəfdaşı funksiyasını yerinə yetirirdim. Yəni yarış perspektivi olmayan biri sayılırdım. Lakin, heç demə, yığma komandanın məşqçisi Tərlan müəllim məni müşahidə edirmiş... Buna qədər onunla cəmi bir dəfə yeniyetmələr arasındakı turnirdə ünsiyyətim olmuşdu. Belə ki, çəki zamanı doğum haqqında şəhadətnaməmə baxıb: “Sən Zəlimxan Əsgərovun oğlusan? Atana salam de, mən onunla dostam” - söyləmişdi. Atam ali təhsilli boks mütəxəssisi idi və idman aləmində onu yaxşı tanıyırdılar. Tərlan müəllimlə birlikdə Belarusiyada hərbi xidmətdə olmuşdu...

Tezliklə "Burevestnik"dəki məşqlərim yeni bir xarakter aldı. Tərlan müəllim mənimlə şəxsi məşqçi kimi işləməyə başladı. Qısa müddətdə mən ciddi bir rəqibə çevrildim, hətta növbəti respublika çempionatında Rasimi məğlub edərək, “bir nömrə” olmağı bacardım. Respublika çempionatlarında iki dəfə qızıl, iki dəfə gümüş, bir dəfə bürünc müdal qazandım. Yığma komandanın tərkibində ümumittifaq və beynəlxalq miqyaslı yarışların iştirakçısı, hətta mükafatçısı oldum. Cüdoda nailiyyətlərim ilbəil artırdı. 1994-cü ildə Polşanın Qdansk şəhərində Avropa çempionatında, Almaniyada beynəlxalq turnirdə və  Yaponiyada, Tokioda Kodokan turnirində iştirak edib, 1995-ci ildə Londona Avropa çempionatına, sonra isə Yaponiyaya dünya çempionatına gedəcəkdim. Tərlan müəllimin rəhbərliyi altında intensiv məşq edirdim. Hətta 1995-ci ildə Bakıda Tərlan müəllimlə birlikdə cüdo məktəbi açmaq niyyətində idik... Bu məktəbə cüdo ləvazimatı almaq üçün Türkiyə ilə əlaqə də qurmuşdum... Lakin gözləmədiyim halda bütün planlarım pozuldu. Şəxsi həyatımda qısamüddətli çətinliklər yaşadım. Yenə Tərlan müəllim hər zaman yanımda oldu. Məni ruhdan düşməyə qoymadı, ən yüksək instansiyalarda müdafiəmə qalxdı. Əsl müəllimin öz şagirdinə göstərə biləcəyi diqqəti və qayğını məndən əsirgəmədi...
 
Çətinliklər arxada qaldı və biz yenidən məşqlərimizi davam etdirdik... Hətta 1997-ci ildə Avropa çempionatına yollandım, amma çəkimlə bağlı problem yarandığından yarışa çıxa bilmədim. Yenə də məşqlərdən çəkilmədim, formaya düşəndə isə artıq veteran yaşına çatmışdım. 2006-cı ildə ilk dəfə veteran ustalar arasında dünya çempionatında iştirak etdim və  qızıl medal qazandım. Sonralar dəfələrlə veteranlar arasında Avropa və dünya çempionatlarının qalibi və mükafatçısı olmuşam. Onu da deyim ki, veteranlar hərəkatı – cüdo üzrə bütün tanınmış idmançıları birləşdirir. Onlar tatamini tərk etmək istəmirlər və yarışlar da çox maraqlı keçir.


Tərlan müəllim Azərbaycan Cüdo Veteranları Assosiasiyasının fəaliyyətində önəmli yer tutur. Veteran cüdoçuların yarışlara hazırlanmasında əvəzsiz rol oynayır.  
Tərlan müəllimdə o qədər enerji, o qədər nəciblik var ki!  O, nadir şəxsiyyətlərdəndir... Mən indi də tatamidə məşq edəndə Tərlan müəllimin səsini eşidən kimi özümü yığışdırıam. Özüm atayam, babayam, amma yenə də onun qarşısında bir yeniyetmə kimi hiss edirəm özümü...

...Ötən əsrin doxsanıncı illərində Tərlan müəllimlə öz cüdo məktəbimizi yaratmaq bizə qismət olmadı. Lakin 2012-ci ildə bu arzumuz da gerçəkləşdi. Bakının mərkəzində ən müasir standartlara uyğun maddi-texniki bazası olan “Judo Club-2012” idman klubunu yaratdıq. Tərlan müəllim Azərbaycan idman mühitində nüfuz qazanmış klubumuzda yeni nəsil cüdoçuların yetişdirilməsinə öz layiqli töhfələrini verib. Onların arasında müxtəlif beynəlxalq yarışların qalibləri var.

Bakıda 2018-ci ildə cüdo üzrə dünya çempionatı keçirilərkən Yaponiya yığma komandasının yarışlara hazırlıq üçün bizim klubu seçmiş və iki həftə ərzində burada məşq etməsi Tərlan müəllim üçün də, mənim üçün də çox əlamətdar hadisə oldu. Çempionatda yüksək nəticə göstərdikdən sonra isə yaponlar bizim klubumuzda azərbaycanlı gənc cüdoçular  üçün master-klass keçdilər. Cüdonun yaradıcısı sayılan ölkənin məşhur idmançıları  bu tədbir zamanı Tərlan müəllimin bütün fəndlərin adını yaponca deməsinə və mahiyyətini izah etməsinə heyran qalmışdılar. Yapon cüdo ustaları Azərbaycanda belə bir mütəxəssisin olmasını bəlkə də gözləmirdilər. Yaponca bütün cüdo terminlərini əzbər bildiyinə görə Tərlan müəllim yapon cüdoçularla sərbəst ünsiyyət qura bilmişdi...Həmin yaddaqalan hadisədən sonra onun şöhrəti Yaponiyaya da gedib çatdı. O, 2019-cu ildə bu ölkənin ən nüfuzlu mükafatlarından sayılan və şəxsən İmperatorun adından təqdim olunan “Gümüş Şüalı Gündoğar Ordeni” ilə təltif olundu. Dünyada bu mükafata 115 nəfər laqiq görülüb ki, onlardan da yalnız 4-ü yapondur.
...Bizim birgə məşqlərimizdən, turnir səfərlərimizdən yüzlərlə epizod xatırlaya bilərəm, lakin əsas olanı budur ki, məndə bu gün də cüdoya olan hədsiz sevgi, fanatik bağlılıq məhz Tərlan müəllimin sayəsində yaradıb. Onun xidmətidir ki, mən və mənim kimi yüzlərlə azərbaycanlı öz həyatını cüdosuz təsəvvür edə bilmir. Biz, Tərlan müəllimin bütün yetirmələri idmanda və həyatda qazandığımız uğurlara görə məhz ona minnətdarıq, çünki Vətənə, Azərbaycan bayrağına və himninə məhəbbəti bizə o aşılayıb...

İnanıram ki, Tərlan Həsənov öz həyatı, şəxsi insani keyfiyyətləri, idmançı xarakteri, Tanrının bəxş etdiyi məşqçilik istedadı və zəngin təcrübəsi ilə biz cüdo veteranları, həmçinin gələcək cüdoçular nəsli üçün daim əvəssiz bir nümunə olacaqdır.
 
Azər ƏSGƏROV,
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü,
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti,
ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi,
“Judo Club 2012” idman klubunun təsisçisi
Oxşar xəbərlər
N.Tusi adına Klinika
03:59, Bu gün
Kimyaçılar xəstənin orqanizmində dərman yaratmağın yolunu tapıblar
00:27, Bu gün
Toyda bıçaqlananların sayı artıb -YENİLƏNİB
00:23, Bu gün
Avropa İttifaqı ilk dəfə olaraq süni intellektlə mübarizəyə başlayır
00:15, Bu gün
"Rusiya qeyri-ənənəvi seksual oriyentasiyaların tabutuna son mıxı vurub..."
00:07, Bu gün
Hər zəlzələdən sonra Xəzər dənizində... - Batanların sayı buna görə artırmış - VİDEO
00:02, Bu gün
Bakıda bir ailənin 2 üzvünü avtomobil vurub
09 Dec 2023 | 23:59
Polad Bülbüloğlu MDB ölkələrinin mədəniyyət festivalında Azərbaycanın zəngin mədəniyyətindən danışıb
09 Dec 2023 | 23:58
Bakıda azyaşlı qız dəm qazından boğularaq ölüb
09 Dec 2023 | 23:57
“Borussiya” “Leypziq”lə qol duelində məğlub oldu - VİDEO
09 Dec 2023 | 23:56
"Beşiktaş" - "Fənərbağça" derbisində dörd qol vuruldu
09 Dec 2023 | 23:56
Gəncədə 34 yaşlı qadın intihar edib
09 Dec 2023 | 23:54
Braziliyalı qadın qısqanclıqdan ərini yandırdı - VİDEO
09 Dec 2023 | 23:50
Muxtar Babayev: “Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir”
09 Dec 2023 | 23:48
Premyer Liqa: "Zirə" öz meydanında büdrəyib
09 Dec 2023 | 23:47
EEVZA: Azərbaycan millisi son oyununda da məğlub olub
09 Dec 2023 | 23:45
“Aston Villa” “Mançester Siti”dən sonra “Arsenal”a da qalib gəldi - VİDEO
09 Dec 2023 | 23:43
Azərbaycan badmintonçuları ilk dəfə Avropa çempionatının təsnifat mərhələsində qələbə qazanıb
09 Dec 2023 | 23:43
“Müşfiq parodiya yox, təlxəklik edir”
09 Dec 2023 | 23:41
Avropa İttifaqı süni intellektlə bağlı dünyada ilk qaydalar toplusu hazırlayacaq
09 Dec 2023 | 23:39
Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər - Yeni güzəşt
09 Dec 2023 | 23:29
İran nüvə sazişinin köhnəlməsi ilə bağlı xəbərdarlıq edib
09 Dec 2023 | 23:20
Cəlilabadda müəmma: Heyvanlar örüş sahələrindən yoxa çıxır - VİDEO
09 Dec 2023 | 23:18
“Atalanta” - “Milan” matçında beş qol vuruldu
09 Dec 2023 | 23:10
Bakı qışa hazırdır? - RƏSMİ
09 Dec 2023 | 23:07
BƏƏ Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb
09 Dec 2023 | 22:57
Salah Cerrardın rekordunu qırdı
09 Dec 2023 | 22:56
Misir Mərdanovun Xalq artisti ilə rəqsi gündəm oldu - VİDEO
09 Dec 2023 | 22:50
İsrail “Hizbullah”ın komanda mərkəzinə hava zərbələri endirib
09 Dec 2023 | 22:43
“Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir” - FOTO
09 Dec 2023 | 22:41
Hakan Fidan: “Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir”
09 Dec 2023 | 22:38
“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu  mühüm tarixi-siyasi əhəmiyyətə malikdir”
09 Dec 2023 | 22:37
Gəncədə mənzildə meyit tapılıb
09 Dec 2023 | 22:26
“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTOLAR
09 Dec 2023 | 22:25
2024-cü ilin xoşbəxtlik gətirəcəyi 4 Bürc
09 Dec 2023 | 22:23
İstanbul derbisi: “Fənərbaxça” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəldi - VİDEO
09 Dec 2023 | 22:20
Gəncədə toy qana boyandı 
09 Dec 2023 | 22:10
Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə - Ləmbəli kəndi
09 Dec 2023 | 22:02
Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb
09 Dec 2023 | 21:58
Kartlarla ödəniş dayandı: Bank sistemində problem
09 Dec 2023 | 21:55
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
09 Dec 2023 | 21:46
BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib
09 Dec 2023 | 21:45
18 qaydanı pozan öldürülür - "Ded Xasan" və "Yaponçik"in DOĞUMU
09 Dec 2023 | 21:34
ABŞ İsrailə 14 min tank mərmisi satacaq
09 Dec 2023 | 21:27
Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi təsnifat mərhələsinin pley-offuna yüksəlib
09 Dec 2023 | 21:23
Bu müəllimlərin maaşı artdı
09 Dec 2023 | 21:19
“Ayntraxt” “Bavariya”nı darmadağın edib
09 Dec 2023 | 21:12
"Konqresdə dinləmələr zamanı prezidentlərin davranışı onların dərin mənəvi müflisliyini göstərib..."
09 Dec 2023 | 21:08
“Mançester Yunayted” doğma meydanda üç cavabsız qol buraxdı - VİDEO
09 Dec 2023 | 21:00
Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar
09 Dec 2023 | 20:53
"Səksən yaşını xırdalayan qadın üçün daha nə lazımdır ki?.."
09 Dec 2023 | 20:50
Hindistan təhlükəsizlik qüvvələri İŞİD-çiləri həbs edib
09 Dec 2023 | 20:39
Hakan Fidan Blinken ilə Qəzzaya yardımı müzakirə edib
09 Dec 2023 | 20:21
İran prezidenti Moskvaya niyə getmişdi? - VİDEO
09 Dec 2023 | 20:07
Abşeronda yol qəzasında bir nəfər ölüb
09 Dec 2023 | 19:59
"Bu gedişlə Putin Stalini geridə qoyacaq" - "Der Spiegel"
09 Dec 2023 | 19:50
Cəlilabadda yol qəzası olub, iki qadın xəsarət alıb
09 Dec 2023 | 19:40
Naxçıvanda yeni nazir müavini kollektivə təqdim olunub
09 Dec 2023 | 19:36
Azərbaycanda iki məktəbdə yanğın olub
09 Dec 2023 | 19:17
“Vüqar Həşimov Memorial-2023”: Üçhakimiyyətlilik hökm sürüb
09 Dec 2023 | 19:10
Türkiyənin milli müdafiə naziri İranın yeni səfirilə görüşüb
09 Dec 2023 | 19:01
“Liverpul” geridönüş edərək liderliyə yüksəldi- VİDEO
09 Dec 2023 | 18:51
Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
09 Dec 2023 | 18:44
Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqlayıb
09 Dec 2023 | 18:41
Muxtar Babayev: "Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir"
09 Dec 2023 | 18:38
ANTEC Academy-nin növbəti görüşü Bakı Dövlət Universitetində baş tutub
09 Dec 2023 | 18:29
Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb
09 Dec 2023 | 18:28
Qubada tullantıları tutumlardan kənara atan şəxslər aşkarlanıb
09 Dec 2023 | 18:23
Naxçıvanda ilk dəfə təhsil müəssisələrinin yardımçı heyəti üçün test imtahanı keçirilir
09 Dec 2023 | 18:20
AFFA prezidenti Millətlər Liqasında uğurlu çıxış edən Azərbaycan yığmasının futbolçuları ilə görüşüb - FOTO
09 Dec 2023 | 18:18
Muxtar Babayev: "Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir" - FOTO
09 Dec 2023 | 18:17
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” ardıcıl 4-cü qələbəsini qazanıb
09 Dec 2023 | 18:14
Gəncə Şəhər Ağsaqqallar Şurası “Heydər Əliyev İli”nə həsr  olunmuş  konfrans keçirib
09 Dec 2023 | 18:11
İsveçdə azərbaycanlı tələbə və məzunların III sosial yığıncağı keçirilib
09 Dec 2023 | 18:05
Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər – Yeni güzəşt
09 Dec 2023 | 17:58
Ermənilərin Xankəndiyə qayıdışı ilə bağlı TƏCİLİ AÇIQLAMA
09 Dec 2023 | 17:53
"Krım Ukraynanın qələbəsinə aparan ən qısa yoldur" - "Foreign Policy"
09 Dec 2023 | 17:47
10-cu sinif şagirdi məktəbdə bıçaqlandı
09 Dec 2023 | 17:42
Braziliyalı qadın qısqanclıqdan ərini yandırdı - VİDEO
09 Dec 2023 | 17:38
Bank kartlarından oğurluq edənlər tutuldu
09 Dec 2023 | 17:35
“Kəndimizin yerini heç nə verə bilməz...”- 60 illiyi tamamlanan Üzeyir Cəfərov
09 Dec 2023 | 17:34
Azərbaycan badminton millisi Avropa çempionatında pley-offa yüksəlib
09 Dec 2023 | 17:30
Naxçıvanda dekabr ayının pensiyaları ödənildi
09 Dec 2023 | 17:28
“Azərbaycan da Rusiyanın bölgədə qalmasının maraqlarımıza zidd olmağının fərqindədir...”
09 Dec 2023 | 17:28
“Onların silaha ehtiyacı yoxdur, çünki onları kimsə təhdid etmir”
09 Dec 2023 | 17:27
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir - FOTO
09 Dec 2023 | 17:24
Yumurtanın qiyməti artacaqmı? - ARŞDIRMA + FOTO
09 Dec 2023 | 17:19
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film
09 Dec 2023 | 17:16
Azərbaycan Basketbol Liqası: “Gəncə”dən Cəlilabadda əzmkar qələbə
09 Dec 2023 | 17:13
“Müsyö Jordan və dərviş Məstəli şah” növbəti dəfə Şuşa Teatrının səhnəsində
09 Dec 2023 | 17:10
Elin Süleymanov COP29-un keçirilməsi barədə: “Bakının böyük təcrübəsi var”
09 Dec 2023 | 17:05
Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərdi
09 Dec 2023 | 17:02
Səhnə könüllülərindir - FOTO
09 Dec 2023 | 16:58
Azərbaycanda GÜCLÜ zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması
09 Dec 2023 | 16:54
"Sözlərim yanlış anlaşılıb, üzr istəyirəm" - Əməkdar artist
09 Dec 2023 | 16:49
ABŞ səfiri Azərbaycan dilində müraciət etdi: "Regionda davamlı sülh üçün çalışacağıq" - VİDEO
09 Dec 2023 | 16:41
Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri bəlli oldu - FOTO
09 Dec 2023 | 16:36
Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi - SİYAHI
09 Dec 2023 | 16:30
DYP sürücülərə müraciət etdi: "Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"
09 Dec 2023 | 16:25
Toğrul İsmayıl: “Bakı və Ankaranın razılığı olmadan regionda heç nə həll olunmur” - Türkiyədən ŞƏRH
09 Dec 2023 | 16:20
FIFA-nın baş katibi Bakıda seminar keçdi
GÜNLÜK
09 Dec 2023 | 09:41
Özünü kirayələr kraliçası adlandıran aktrisadan sərt sözlər:“Pərvin Abıyevanın şəxsi həyatı..."
09 Dec 2023 | 09:29
Səidədən ŞOK açıqlama: "Bunu bir Allah bilir, bir də yatdığım yastıq" - FOTO
09 Dec 2023 | 11:20
Bakıda ana övladını taksidə qoyaraq qaçdı - DİN hərəkətə keçdi
09 Dec 2023 | 10:31
İlham Əliyev: "Hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm"
09 Dec 2023 | 13:50
"Məni xəstə oğlunla evləndirdin ki..." - Mətanətin keçmiş gəlinindən şok sözlər
09 Dec 2023 | 10:40
"Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq"
09 Dec 2023 | 10:20
Elzanın yeni şeiri: “Oranı qaşı, buranı qaşı, get nənənin…”
09 Dec 2023 | 10:47
SON DƏQİQƏ!: Xalq artistinin ailəsində ağır itki - FOTO
09 Dec 2023 | 09:57
Azərbaycanda uşağa görə əlavə PUL VERİLƏCƏK
09 Dec 2023 | 10:06
“Ərimlə yataqda fantaziya yaşamaq üçün bunu edirəm” – FOTO
HƏFTƏLİK
07 Dec 2023 | 21:07
Azərbaycanla Ermənistan arasında razılıq əldə olunub - RƏSMİ
06 Dec 2023 | 19:20
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib
07 Dec 2023 | 09:10
“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...”-FOTO
07 Dec 2023 | 09:45
Heydər Əliyevdən “ən müqəddəs peşə”nin nümayəndələrinə çağırış: “Şərəfinizi qoruyun və andınızı unutmayın!”
05 Dec 2023 | 19:55
Canlı yayımda şok hadisə: "Yalan deyir, mən onun əri olmamışam"
07 Dec 2023 | 08:20
Bakıda 5 bal gücündə zəlzələ oldu...
08 Dec 2023 | 23:41
Vanqa: 2024-cü il bu bürclər üçün uğurlu olacaq
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
04 Dec 2023 | 23:30
Aurelia Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasını insan hüquqlarının pozuntusu adlandırıb
03 Dec 2023 | 11:15
"Yalçın müəllimə bir minnətdarlıq borcum var, nə yaxşı ki..."
AYLIQ
09 Dec 2023 | 09:41
Özünü kirayələr kraliçası adlandıran aktrisadan sərt sözlər:“Pərvin Abıyevanın şəxsi həyatı..."
09 Dec 2023 | 09:29
Səidədən ŞOK açıqlama: "Bunu bir Allah bilir, bir də yatdığım yastıq" - FOTO
09 Dec 2023 | 11:20
Bakıda ana övladını taksidə qoyaraq qaçdı - DİN hərəkətə keçdi
09 Dec 2023 | 10:31
İlham Əliyev: "Hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm"
09 Dec 2023 | 13:50
"Məni xəstə oğlunla evləndirdin ki..." - Mətanətin keçmiş gəlinindən şok sözlər
09 Dec 2023 | 10:40
"Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq"
09 Dec 2023 | 10:20
Elzanın yeni şeiri: “Oranı qaşı, buranı qaşı, get nənənin…”
09 Dec 2023 | 10:47
SON DƏQİQƏ!: Xalq artistinin ailəsində ağır itki - FOTO
09 Dec 2023 | 09:57
Azərbaycanda uşağa görə əlavə PUL VERİLƏCƏK
09 Dec 2023 | 10:06
“Ərimlə yataqda fantaziya yaşamaq üçün bunu edirəm” – FOTO