...Yerusəlim, and içirəm ki, mən səni bütün kainatın baş tacına çevirəcəyəm
Oxunub: 4125
15 May 2014 | 01:52
...Yerusəlim, and içirəm ki, mən səni bütün kainatın baş tacına çevirəcəyəm

Bu yaxınlarda  uşaqlıqdan oğlu  namaz qılan dostlarımdan biri ilə  bir saata qədər çəkən görüşümüz oldu. Həmin müddətdə dostum 22 yaşlı oğluna iki dəfə zəng etdi. Sonra isə üzr istəyərək bildirdi: “oğlum  Məmməd 15 yaşından islamla ciddi maraqlanır, namaz qılır, oruc tutur, islamı öyrənmək üçün ona normal bir yer və ya müəllim tapa bilmədim. Son zamanlar tanımadığım müxtəlif görkəmə malik tanışlarının sayı çox artıb, özü də günün yarısını itaətlə keçirməyə başlayıb. Mən də yaman qorxuya düşmüşəm birdən oğlanı yoldan çıxarıb harasa  apararlar. Dostumun narahatçılığı mənim də daxilimdə bir qorxu yaratdı, bu qorxu təkcə fərdlərə və ayrı-ayrı ailələrə görə deyil bütün Azərbaycana təhlükə yaratdığından içimdə hər gün böyüməkdə davam edir.

Bir zamanlar  uşaqların namaz qılmasına, oruc saxlamasına çox rahat olardıq ki, bu uşaq ən azından narkotikə və spirtli içkiyə aludə olmayacaq. İndi isə islamı  bu bəlalardan  biri kimi,  bəlkə də daha təhlükəli görməyə başlayırıq və uşaqlarımızı  ondan  qorumağa başlamışıq. Niyə bu vəziyyət yaranıb Azərbaycanda?

Bu sahədə yaranmış vəziyyətə diqqəti yönəltmək üçün bu yazını hazırlamaq qərarına gəldik və islamın din adamları ilə xristianlığın, iydaizimin din adamlarını, eyni zamanda kilsələr və sinaqoqlara  məscidlərin fəaliyyətini  müqayisə etməyə qərar verdik.

Mövcud vəziyyət haqqında

Dünyəvi dövlətlərdə dinin dövlətdən ayrı fəaliyyət göstərməsinə baxmayaraq bütün ölkələrdə onun müstəsna rolu davam etməkdədir. Bütün dünyada dini bayramların iş günləri hesab edilməməyi buna nümunədir. Artıq illərdir ki, Azərbaycanda Qurban və Ramazan bayramları da rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bunun başlıca səbəbi  ölkədə olan  bütün hüquqi və fiziki şəxslər o cümlədən dini qurumların da eyni zamanda dövlətçiliyə xidmətinin zəruriliyi  ilə bağlıdır.

Din, və ya  inam   beşikdən başlamaqla son mənzilə kimi  hər bir insanın mənəvi inkişafında müstəsna rol oynayır. Hər kəs hətta özünü ateist hesab edənlərin əksəriyyəti daxilən  onun hər hansı qüvvə tərəfindən qorunduğunu hiss edir və bunun üçün hər hansı bir formada kiməsə daxilən də olsa dualar edir. 

Azərbaycanda dövlətçiliyin, maddi və mənəvi dəyərlərin formalaşması və inkişafından da islamın müstəsna rolu olub. O da inkar olunmur ki, islamı dəyərlər bəzi ölkələrin inkişafına uyğun olaraq yeni biliklərin əldə olunmasına  görə  evalyusiya  ilə dəyişir və inkişaf edir.

Din və dövlət insanların genetik yaddaşının itirilməsinə, imanın azalmasına və dövlətçiliyin inkişafına, ölkədə mövcud olan   islama xələl gətirən və Azərbaycan vətəndaşlarının qanunsuz hərbi birləşmələrə   cəlb olunmasına, daha sonra isə məhvinə səbəb olan halların yaranmasına imkan verməli deyil.

Fətullah Gülənün fəaliyyəti ilə müqayisədə  ölkədə daha ağır nəticələrə səbəb olan, insanları məhvə aparan, cihadı təbliğ edən təriqətlərin Azərbaycanda yayılmasının arxasında duranlar hakimiyyət təmsilçilərinə təbii, bəllidir. Lakin bu zərərli və qanunsuz fəaliyyətə görə məsuliyyətə cəlb olunmayacaqlarını Fətullanın adamları kimi ən pis halda bir pillə aşağı vəzifəyə təyin olunacaqlarını yaxşı bilirlər və buna görə də fəaliyyətlərini davam etdirməkdədirlər. Bir necə cinayət işi nəzərə alınmasa onlara qarşı davamlı və effektli  mübarizə mövcud deyil.

Azərbaycanda hakimiyyət  Dalıq Qarabağla bağlı bir sıra ölkələrdən dəstək almaq üçün   bəzi ölkələrin Azərbaycanda hətta zərərli dini cərəyanları və ya təriqətləri yaymasına göz yumur.  Ölkənin korrupsiya meydançasına çevirənlər heç dinin cəmiyyətin inkişafında rolu ilə bağlı məsələləri də gündəmə gətirmək niyyətində deyil, əksinə bu kimi hallardan istifadə etməklə xaricdən dəstək alır və   hakimiyyətin ömrünü uzatmağa üstünlük verir. Dini liderlərinin də insanları məhvə sürükləyən bu kimi halların qarşısının alınmasında maraqları hiss olunmur.

Ölkədə islamın   və  məscidlərin cəmiyyətin inkişafında rolu haqında dəqiq təsəvvür yaratmaq üçün,  məscidlərin fəaliyyətini  kilsələr, monastırlar və sinaqoqlar, müqayisə etməyə qərar verdik.   

 

Dövlətçiliyin inkişafında dinin rolu

 

İsrailin Yəhudi Miqrasiyası üzrə Naziri Natan Şarinskiy sinaqoqların fəaliyyətini  belə qiymətləndirib: “İsraildə sinaqoqlar dağıdılanda, yəhudi ağsaqqallarının vəzifəsi yəhudi xalqının  və dövlətçilik ənənələrinin qorunub saxlanılmasını təmin etməkdən ibarət idi. O zaman  qərar verdilər ki, istənilən  yerdən (adi yaşayış evləri və mənzilləri nəzərdə tutulur)  məbəd kimi istifadə oluna bilər. Beləliklə, yəhudi icmalarının olduğu hər bir yer tədricən allah evlərinə çevrildi və Sinaqoqları əvəz etdi. Hər gün  səhər, günorta və axşam ibadət etməli olan yəhudilər allah evlərinə yaxın ərazilərdə olmağa  və yaşamağa çalışdılar. Bu da  2 000 ilə yaxın müddətdə  yəhudi xalqının yığcam yaşamağına və bununla da qorunub saxlanılmağına,  məhv olmamağına Yerusəlimi unutmamağına  səbəb oldu”.

Bəllidir ki, yəhudilər 1897 ildən sonra yenidən Yerusəlimə döndülər. Məhz  İsrailin din xadimlərinin təkidi və  dəstəyi ilə  1897 il  yəhudilər sinaqoqlarda aşağıdakı  məzmunda dualar  edirdilər.

“Yerusəlim, əgər səni unutsam, sağ qolum dibindən qurusun, qoy dilim qırtlağımda ilişsin və donsun, Yerusəlim, and içirəm ki, mən səni bütün kainatın baş tacına çevirəcəyəm”.  Və sonda buna nail oldular. Bu qayıdışın əsas təşkilatçıları sinaqoqlar və  onları qoruyan din  xadimləri idi. Göründüyü kimi İsrailin mövcudluğunda, dövlətçiliyinin inkişafında  din xadimlərinin və dindarların müstəsna rolu olub.

 Buna oxşar çoxlu  misalları həm də kilsələrlə bağlı da demək mümkündür.

Məscidlər.  Bəs bizim din xadimlərimiz işğal altıda olan Yerusəlimdən daha qiymətli ərazilərimizin azad olunması üçün bizə hansı andları və duaları öyrədib. Yoxsa  Şəhidlərimizin ruhuna salavat çevirməklə vətənpərvərliyin təbliğ  başa çatmış hesab olunur. Niyə unudurlar ki “Salavat deməklə donuz zəmidən çıxmaz”.

Turizm və din

Kilsələrin turizmin inkişafında müstəsna rolu var. İlk olaraq Almaniyanın Şimali Reyn Vestfaliya vilayətində yerləşən Köln şəhəri və həmin şəhərdəki kilsə haqqında məlumat vermək istəyirəm. Köln   Almaniyada əhalisinin sayına görə 4-cü,  ərazisinə görə isə  3-cü böyük şəhərdir. Bu şəhərə gələn turistlərin demək olar ki hamısı  Köln kilsəsinə baş çəkmək üçün  gəlir.  Qotika üslubunda tikilən Köln kilsəsi dünyanın ən hündür kilsələri arasında üçüncü yeri tutur. Kilsənin tikintisinə 632 il  (1248-1880) vaxt sərv olunub. Kilsənin ziyarətinə  hər il təxminən 7  milyona yaxın turist gəlir.  Bu isə Kilsə haqqında təkcə çap əhsullarının satışından əldə olunan gəlir kilsənin  xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasına bəs edir.

Vatikanda yerləşən Müqəddəs Pyotur kilsəsinə hər il 5  milyon turist  tərəfindən ziyarət olunur. Bu siyahını  kifayət qədər uzatmaq mümkündür.

Afinanın yaxınlığında yerləşən  Nea Marki kəndində Müqəddəs Efremin Monastırı yerləşir. Yaxın zamanlara kimi bu monastır haqqında  hətta monastırın yerləşdiyi  ərazilərdə də bilənlər çox az idi. 1950-ci ildən başlayaraq  yunanlar arasında bu Monastır tanınmağa başladı. Hazırda təkcə Yunanıstandan deyil, dünyanın demək olar ki bütün ölkələrindən bu monastıra ziyarətə gəlirlər. 1950-ci ildən bərpasına başlanmış bu monastır ən çox ziyarət olunan məkanlardan birinə çevrilmişdir.  Turizmin inkişafı səbəbindən indi həmin kənd Yunanıstanın ən inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevrilib.

        

 

Sinaqoqlar provaslavların və katoliklərin  məbədləri ilə müqayisədə arxitektura baxımından  daha az bəzəkli olsa da  turizmin inkişafında əvəzsiz rola malikdir. İsrailin bütün sinaqoqları barədə  turistlər istənilən yerdən informasiya almaq imkanına malikdirlər. İsraildə turizm məhz dinin və sinaqoqların dəstəyi ilə dövlət büdcəsinə ən çox gəlir gətirən sahələrdən birinə çevrilmişdir.

 

Eyni misalları dünyanın müxtəlif ölkələrində mövcud olan kilsələr haqqında demək mümkündür. Qonşu Gürcüstana gələn turistlərin  80 faizindən çoxu məhz  dini abidələrin ziyarətinə gələnlərdir.

 

Azərbaycanda turistlər cəlb edən məscidlər və ya kilsələr olsa da  onların ziyarətini təmin edən təbliğat mexanizmi mövcud deyil.  Azərbaycanda məscidlər haqqında bələdçi rolunu oynayacaq bukletlər belə mövcud deyil.

 

Xeyriyyəçilik fəaliyyəti

 

Kilsələr

Bəzi ölkələrdə dini inanca malik olan insanlar siyahıya alma zamanı anketdə rəsmi olaraq dini inancı haqqında məlumat göstərdikdən sonra kilsəyə vergi ödəməli olur. Həmin şəxslərin gəlirlərindən  tutulan məbləğin bir hissəsi  dövlət büdcəsinə deyil kilsələrə köçürülür. Bu pulla çoxsaylı sosial layihələr maliyyələşdirilir. Uçaq bağçalarının  saxlanılması, qocalar evinin maliyyələşdirilməsi, fiziki qüsuru olanların himayəsi, yaşayış yeri olmayanlara müvəqqəti sığınacağın verilməsi,  ehtiyacı olanların  pulsuz ərzaqla təmin olunması, hamilə xanımlara,  sosialda qeydiyyatda olan digər şəxslərə maliyyə yardımının göstərilməsi,  dəfn xərcləri, dəfn yeri ilə təmin etmə halları da kilsələr tərəfindən təmin olunur.

 

Məscidlər. Məscidlərin Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı məlumat əldə edə bilmədik.   Əslində Azərbaycanda  hər ailədən məscidlərə nağd şəkildə verilən nəzirlər  və ya nəzir qutularına salınan  pullar Almaniyada gəlir vergisindən kilsələr  üçün tutulan vergilərdən dəfələrlə çoxdur.  Lakin o pulların haraya xərclənməsi və kimlərə tərəfindən xərclənməsi bəlli deyil. Ümumiyyətlə şəffaflığın təmin olunması üçün məbləğindən asılı olmayaraq nəzir qutularına ictimai nəzarət yoxdur.  

Məscidlərdəki nəzir qutularına ictimai nəzarət yoxdur, bu azmış kimi məscidlərimizdə yas mərasimləri ilə bağlı şadlıq saraylarına bənzər menyular var.

Bu kimi hallar isə  insanlarda tarixən ölkədə olan təriqətlərə, tanıdığımız islam dininə düzgün olmayan münasibət aşılayır. Beləliklə, Azərbaycanda özünə dəstək qazanan  yeni  təriqətlər isə bu münasibətdən yararlanaraq insanları sürətlə əsl islamdan uzaqlaşdırırlar. Bəzən düşünürsən ki, bəlkə bizim din xadimləri hər il iki dəfə  əksəriyyəti harınlamış dövlət adamlarına ehsan verməyi bəlkə xeyriyyəçilik hesab edirlər? 

 

Maarifçilik fəaliyyəti

Kilsələrin əksəriyyətində  şəffaf şəkildə kitabxana, bazar günü  məktəbləri, Gənclər üçün kompüter otaqları, müxtəlif musiqi qrupları fəaliyyət göstərir və bütün bunlar eyni zamanda dövlətçiliyin inkişafına xidmət edir. Bununla yanaşı Almaniyada orta məktəblərdə din xadimlərinin tövsiyəsi ilə  hazırlanmış proqram üzrə dinlər haqqında xüsusi dərslər keçirilir. Dərslər dini inancı olmayanlara və başqa dinlərdən olanlara da tədris olunur.

 

 

Sinaqoqlar

 Maliyyə imkanlarından asılı olmayaraq bütün icma üzvlərinin uşaqlarını sinaqoqlar 3 yaşından başlayaraq təhsilə cəlb edir ki,  6 - 7 yaşlarında onlar sərbəst şəkildə Tövratı oxuya bilsinlər. Ona görə də İsraildə demək olar ki, təhsildən kənarda qalan şəxs yoxdur. Azərbaycandaki sinaqoqlarda eyni fəaliyyəti həyata keçirirlər.

Azərbaycan Məscidlərində nələr tədris olunur, mollaların əhalinin maariflənməsində fəaliyyəti nədən ibarətdir və ya  məktəblərimizdə islam kifayət qədər tədris olunurmu? Orta məktəblərdə bütün dinlər haqqında o cümlədən islam tarixi haqqında  şagirdlərə bilgilər  verən normal təhsil proqramları nə zaman hazır olacaq?

 

Diaspora və din

Sinaqoqlar  Sinaqoqlar yəhudi icmasının  dünyada planlı şəkildə yayılmasında və tanınmasında  həmişə mərkəzi qərargah rolunu oynayıb. Sinaqoqlar bunun üçün maliyyə vəsaitlərinin toplanması və xərclənməsinə, kommersiya fəaliyyətlərinin genişlənməsində aparıcı olub və bu gün də bu fəaliyyət davam etməkdədir. 

 Eyni vəziyyət kilsələrə və monastırlara da aiddir. Azərbaycanın  Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyət planında isə məscidlərlə işlə baglı belə bir bənd mövcud deyil.

 

Kilsələrin və sinaqoqların  insan hüquq və azadlıqlarının qorunması sahəsindəki  fəaliyyətləri haqqında daha geniş yazmaq olardı. Lakin yuxarıda qeyd etdiyimiz kimi bu yazının məqsədi mövcud vəziyyətə və problemlərə aidiyyəti təşkilatların və ya şəxslərin diqqətini cəlb etməkdən ibarətdir. 

 

 Hesab edirik ki  islamın Azərbaycandakı vəziyyətinə dair geniş araşdırmalar aparılmalı, elmi konfranslar keçirilməli, elm, din, dövlət və ictimai xadimlərinin iştirakı ilə mövcud vəziyyətə obyektiv qiymət verilməli və niyə Azərbaycanda bəxtəvərliyini o dünyada axtaranların sayı artmaqda davam edir, niyə mövcud təriqətlərdən qaçanların sayı artmaqdadır,  niyə terror, müharibələr,  korrupsiya, dəyişməz hakimiyyət, cihad çox daha  müsəlmanlar arasındadır, və onlarla digər niyələrə cavab axtarılmalıdır.

Əks halda dostumun qorxusunun əsaslı olmasının şahidi olar,  onsuz da yaramaz məmurların  qəzəbindən qoruya bilmədiyimiz və ya çətinliklə qoruduğumuz   övladlarımızı zərərli təriqət təbliğatçılarının əlindən xilas edə  bilməyəcəyik hörmətli  xanımlar və cənablar!...

 

 

 

Oxşar xəbərlər
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
GÜNLÜK
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 11:40
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 11:40
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO