Pensiyaçılara hər ay 1 kilo kartof...
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamdan sonra həftəsonu təqaüdçülər pensiyalarını ilk dəfə 2.4 faizlik artımla aldılar. Artımın pensiyaçılara təsirini öyrənmək üçün biz də müşahidələr apardıq, pensiyaçılarla söhbət etdik. 79 yaşlı Hüseyn baba pensiyasını alıb, arxayın nəvəsi ilə parkda oturub. Onunla ünsiyyət yaradıram. Məlum olur ki, 51 il Xəzər Dəniz Gəmiçiliyndə işləyib. İndi təqaüddədir. Pensiyası 235 manatdır. Artımın nə qədər olduğunu bilmir, “mən bilmirəm, sığorta hissəsi onun hansı sayılır?” deyə məndən soruşur. İzah edirəm ki, baza hissəsi 100 manatdır, ondan yerdə qalan sığorta hissəsidir. “Eləmi? Onda mənə 135 manatın 2.4 faizi qədər hesablanmalıdır?”, yarıtəəccüb, yarıistehza münasibət bildirir.
“3 manat 24 qəpik artıq alacam?”
Artımın onun pensiyasında 3 manat 24 qəpik olduğunu deyirəm. “Sən Allah, eləmi?” yenə heyrətlənir. “Başlarına dəysin. Mən əvvəllər 235 manat pensiya alırdım. Bəlkə bu gün ona görə bankomatdan 242 manat aldım” deyir. Bir qədər fikirləşib ürəkdən qəh-qəhə çəkir. “Gülməli gələn nədir?”, soruşuram. “Gülməlidir də, 2.4 faiz nə artımdır, nə qədər pul edir ki?” Başını bulayıb öz-özünə kiminləsə danışır: “Heç adınıza da yaraşmır”, deyir.
Bu sözləri bir neçə dəfə təkrarlayır. Soruşuram “nə qədər yaraşır adına?” Gözlərini yerə dikir. Babanın lap da yaralı yerinə toxunmuşam. Sonra prezident seçkisi öncəsi artırılan maaşların həcmindən gileylənir: “Hüquq-mühafizə sistemi əməkdaşlarının maaşını seçki öncəsi çox artırdı. Onların maaşı indi xeylidir. Güc strukturlarından çıxanlar da pensiya çox alırlar. Bu, ədalətli deyil. Necə ola bilər ki, mən 51 il istehsalatda işləmişəm, can vermişəm, indi yol alverçiləri “milisionerlər” gəlib məndən dəfələrlə yüksək pensiya alsın? Adicə iş icraçılığından sahə rəisinə qədər çətin işlərdə işləmişəm”.
Deyir, bəzilərinin bəxti gətirdi, əməkhaqqının 85 faizi qədər pensiya alırlar. Amma bu fərman, cəmi iki il davam etdiyinə görə Hüseyn baba bundan yararlana bilməyib: “Bunu qəsdlə elədilər. O fərman necə çıxdı, indi də başa düşə bilmirəm. O vaxt öz ətrafları üçün belə bir qərar çıxartdırdılar. O insanlar indi də pensiyalarını həmin 85 faiz prinsipi ilə alırlar. Sonrakı illərdə pensiyaya çıxanlara bu fərman tətbiq edilmədi. Bu ayrı-seçkilikdir, ədalətsizlikdir. Iş yoldaşım Arifin də pensiya yaşı 85 faiz fərmanına düşdü. O vaxtlar Kasparda maaşlar yaxşı idi. İkimizin də aylığımız 450 manat idi. Indi o, 380 manatdan artıq pensiya alır, mən isə 235 manat. Tək yoldaşımla olsam, pensiyalarımız bəlkə də bizə bəs edər. Yoldaşım da 110 manat alır. Cəmi iki il işləyib. Qənaət edib, dolanarıq. Amma oğlanlarımın ailəsi də bizimlə yaşayır. Dolanmaq lazımdır”.
Aylıq büdcə tutmurlar, gəlir-xərclərinin necə olduğunu bilmirlər. Deyir: “Külfət çoxdur, necə büdcə tutaq? Plan-büdcəni nəvələrim tutur, məni öpüb, pullarımı əlimdən alırlar. Qoca adamam, bundan sonra hara gedəcəm, hara pul xərcləyəcəm? Səyahət etmirəm, əylənmirəm, sadəcə ailəm, nəvələrim üçün yaşayıram. Cavanlığımızda ailəmizi dolandırmaq üçün vuruşurduq, istirahətə vaxtımız, imkanımız olmurdu. Indi də gəzmək vaxtlarımız getdi”.
“Utanmırlar e”
Poçtun qarşısında yaşlı insanlar yığışıb. Növbədən də aydın olur ki, pensiya ən ehtiyaclı vaxtlarında köməklərinə yetişib. Onlarla söhbət edirəm, artımın pensiyalarında nə qədər olduğunu aydınlaşdırmağa çalışıram. Yaşlı bir dayı pensiyaların 1 manat, 2 manat, bəzilərində 50 qəpik artdığından danışır, sonra da əlavə edir: “Utanmırlar e”.
Fikirləşirəm ki, soruşduğuma görə acıqlanıb. Soruşuram ki, mənimləsiz? Gülür, günahkarcasına “sizinlə deyiləm” deyir. “Utanmır”ın ünvanının mən olmadığımı baxışlarıyla anlatmağa çalışır. Mən də bunu təxmin edirəm.
Uzun növbənin obyektiv səbəblərindən biri camaatın pulsuz olması ilə bağlıdırsa, digəri odur ki, bəziləri 2.4 faizlik artımı iki dəfə artım kimi başa düşüb, sevinə-sevinə pul almağa gəliblər. Amma 1-2 manatlıq artım onları çox məyus eləmişdi. Deyirlər, bazar bahalaşıb, inflyasiyanın 2.4 faiz olduğu yalan sözdür: “Bazarda kartof indi 1 manatdır. Halbuki bir-iki ay əvvəl 4 kilosunu 1 manata alırdıq. Artım heç olmasa 20-30 manat olmalı idi idi ki, real inflyasıyanı biz çox da hiss etməyək”.
Rəxşəndə müəllimə pensiyasını almağa gəlmişdi. Pensiyası 179 manatdır, artım 1 manat 90 qəpikdir. Soruşuram, dolana bilirsiz? Deyir “oğlumun canı sağolsun, o, mənə baxır”. Vaxtilə tibb bacısı işləmiş qadın isə pensiyasını alan kimi qaçıb bazardan alma alacaq. Deyir “3 kilosu 1 manata alma var, gedim alım, çoxdandır ürəyim istəyir”. Pensiyasi 150 manat, sığorta artım isə 1 manat 20 qəpikdir. Elmira xala da tibb işçisi olub, pensiyası 188 manat, artım isə 2 manat 11 qəpikdir. Ramiz baba ticarət sahəsində işləyib. 169 manat pensiyasında sığorta artımı 1 manat 60 qəpik təşkil edib.
Sığorta artımı ilə 1 kilo meyvə və ya kartof almaq olar
Vəsilə xala ilk dəfədir pensiyasını özü alır, həmişə yoldaşı gəlib alırmış. Özü heç kartla da davrana bilmir. Pensiyası 164 manatdır. Məndən, pensiyasının artım hissəsini soruşur. Eşidəndə təəccüblənir: “Bıy, 1 manat 50 qəpik artıb? Bu, nə puldur ki? Amma hökumətdən bir manat da artıq gəlsə yaxşıdır”, deyir. Soruşuram, 1 manat 50 qəpiyə nə ala bilərsiz? Cavab verir: “Nə alacam, heç nə. Heç bir kilo yaxşı meyvə eləmir. 3-4 çörək edir. Ya da bir kilo, kilo yarım kartof ala bilərəm. O qiymətə heç uşaq paltarı da yoxdur ki, nəvəmə alım. Adicə evdə geydiyimiz köynəklərin qiyməti 5 manatdır. Təkcə meyvənin ən ucuzundan 1-2 kilo almaq olar. Bu pul bizim həyatımızı dəyişmir. Heç olmasa 5 manat artırardılar ki, bir köynək də olsa ala bilərdik. Adicə kartofun qiyməti 1 manatdır. Tovuz, Gədəbəy kartofu yaxşı sayıldığından 1 manat 40 qəpikdir. İl ərzində ərzağın qiymətində xeyli fərq var. Çörək, kartof, yumurta, meyvə və digər ərzaq məhsullarında artım 2.4 faizdən çoxdur. Çörəyi payızda 25 qəpiyə də ala bilirdik. Indi 30-40 qəpikdir. Aldığım 150 manat güzəranımı dəyişmir. O pulla evimə bir əşya da ala bilmirəm. Ancaq yaşamaq üçün yeyirik. Bunun xəstələnməyi var, toylara gedib borcunu ödəmək var. Gəlirimiz qədər də xərcləyirik, dar günə heç nə ata bilmirik. Ətin kilosu 8-9 manatdır. Bir neçə ay əvvəl 7 manata da almaq mümkün idi. Ürəyimdən keçir ki, evimdə hər cür ərzağım olsun, ürəyim istəyəni bişirim, yeyək. Amma, təkcə kommunal xərclərimiz ayda 50 manat civarındadır. Dünən toya 40 manat atıb gəlmişəm. Hələ az atmışam, kasıb vaxtımızdır. Adətən xeyir işlərdə siyahıya 50 manat salıram. Bəzən imkan olanda yaxın qohum toyunda 100 dollar. Artıq son vaxtlar toylara ailəcə getmirik, sadəcə evdən bir nəfər gedir. Əvvəllər bir-birimizə “həmişə toyda” deyirdik, indi toyların sayı çoxalıb, biz isə kasıblaşmışıq, sadəcə “subaylar üçün olsun” deyirik. Çünki, “həmişə toyda” deyib indi də toyların əlindən canımızı qurtara bilmirik. Bu ay 2 dəfə toya getmişəm. Orta hesabla ayda 2-3 toy olur. Yoldaşım da mən də son pensiyamızı aldıq, götürdüyümüz divanın kreditini ödədik, bir az başqa borclarımız vardı, onu verdik. Indi 100 manat borcumuz qalır”.
“Ölməmək üçün sürünürük”
Arif əmi uzun illər Qaradağ Sement zavodunda fəhlə işləyib. Lakin, pensiya yaşına 1.7 il qalmış zavodda 5-ci müasir sobanın fəaliyyətə başlaması ilə kütləvi ixtisarlar zamanı o da işdən çıxarılıb. Bir müddət müxtəlif zavodlarda fəhlə işləyib. Bu yay pensiyaya çıxıb. Pensiyasının sığorta hissəsində artımla bağlı ironiya ilə “hə, yaman çox artıb e, onun heç olmasa 50 qəpiyini hökumətə saxlayıb, bizə bir manatını verərdilər”, deyir. Pensiyası 237 manat olub. Artım onun pensiyasında 3 manat 30 qəpik təşkil edib. Amma yenə də narazıdır:
- Nədən narazısız?
- 250 manatla dolanmaq olar?
- Elə mən də onu soruşmaq üçün sizinlə danışıram. Dolanmaq olar?
- Vallah zorla dolanırıq. Sürünürük, ölməmək üçün yaşayırıq. İşıqpulu, qazpulu, evpulu, “otopleniye” (isitmə sistemi), zibilpulu lap bezdirib bizi. Hər ay təkcə kommunal xidmətlərə 50 manat ödəyirik. Bazara girirsən, 1 manat 50 qəpikdən aşağı yaxşı kartof tapa bilmirsən. Nisbətən aşağı qiymətə Rusiya və digər ölkələrdən idxal olunan keyfiyyətsiz məhsullardır. Halbuki, kartofu bir ay əvvəl 80 qəpik, 1 manata alırdıq. Kartof-soğan baha, ərzaq, meyvə-tərəvəz baha. Çörək 25 qəpiyə də var idi, indi 30-40 qəpikdən aşağı yoxdur. Yumurta da keçən ilgünbəgün bahalaşdı. Təkcə çörəkdə 5-10 qəpik artım var. 2-3 ay əvvəl pensiyaların sığorta hissəsinin artacağı barədə məlumatlar dolaşanda ətin qiyməti qalxdı. Kartof, soğan, digər ərzaq məhsulları da onun kimi. 8 manat mal ətidir, 9 manat da quzu əti. Əvvəllər əti 6-7 manata alırdıq, indi bir-iki manat bahalanıb.
- Aylıq gəliriniz xərclərinizə adekvatdır?
- Yox, inflyasiya çoxdur. Indiki sığorta artımı isə faktiki inflyasiyanı əks etdirmir. Tində dayanmışdıq, yoldaşlardan biri yaxınlaşıb “gözünüz aydın, yaxşı pensiya alacaqsınız” dedi. Inandıq. Eşidəndə ki, 2-3 manatdır, əvvəlcə səhv eşitdiyimizi fikirləşdik. Sonra hamı istehza ilə güldü. Özümü lazımsız hiss edirəm. Biz sanki yoxmuşuq kimi davranırlar. Necə olur, deputat oturub isti kabinetində, qələmlə yazır, 2-3 min manat alır. Biz illərlə fəhlə işləmişik, külüng vurmuşuq, 39 il iş stajı olan mənə gəlib 200 manat pensiya çıxır. Bu düzgün deyil axı. Hələ deputatları o maaş qane eləmir, qarınları doysa da, gözləri doymur, yenə öz əmək haqlarını artırmaq istəyirlər. Millətin vəkilləri özlərini düşünür, milləti düşünən yoxdur. Qanunları da özləri üçün fikirləşib, yazırlar. Yüksək pensiyaları artırmasınlar, az alanları onlara yaxınlaşdırsınlar.
- Hansı məbləğ xərclərinizi qarşılayardı?
- Pensiyam heç olmasa 350-400 manat olsun. Yoldaşımla mənə 500 manat bəs edər, xərclərimizi qarşılayar. Biz o qədər də çox pul istəmirik. Maaşının 85 faizi ilə pensiyaya çıxanlar var ki, hazırda 800-1200 manat alırlar. Qəsəbədə çox adam o fərmanla pensiya alır. Onlar 1000 manat alır, mən isə 240 manat. Çoxu zərərli işlərdə işləyirdilər, pensiya da yaxşı olduğuna görə həmin fərmanla təqaüdə çıxdılar. Hamıya eyni qanunları tətbiq etsələr, daha yaxşı olar. Biz ancaq yeməyə pul xərcləyirik. Gəzmək, əylənməkdən söhbət belə gedə bilməz. Keçən ayın 25-də quru çörək almağa bir manatımız yox idi. 30 manat borc tapdım, pensiyaya qədər qənaətlə işlədib, birtəhər böhrandan çıxdıq. Hər ayın 8-9-u bankomatların önündə camaatı görsəniz dəli olarsınız. Pensiyaçıların vəziyyəti ağırdır. Özlərini bu pensiyadan o birinə güclə çatdırırlar. Ona görə də pul verilən vaxt poçtların, bankomatların önündə, adam əlindən tərpənmək olmur. Təkcə yoldaşımla ikimiz olsaq, pensiyamız bizə çatar. Amma qızım da ailə qurub, bizimlə yaşayır, ona görə də dolanmaq çətindir. Kürəkənim də evə ərzaq alır. Bu olmasa heç cür dolanmaq mümkün deyil. Tək yaşasaq, qənaət edib hərdən istirahət də edərik.
- Hara gedərdiniz?
- Məsələn, Qaradağdan Əhmədlidə yaşayan qızıma qonaq gedərəm. Ya da neçə illərdir restoranda oturub dostlarımla yemək yeməmişəm. Adam heç yaşamaq istəmir. Mən də heç olmasa ayda bir-iki dəfə gedib camaat kimi dostla-tanışla restoranda yemək yemək istəyirəm. Bunu edə bilmədikdən sonra nə yaşayışdır? Bir dəfə dost-tanış hesab verəndə bir dəfə də gərək mən ödəyəm axı. Ona görə utanıram. Gücümüz çayxanada 1 manata çay içməyə çatır. Camaat orada yeyir-içir, biz də mədəmizi çayla sakitləşdiririk. Onların çoxu işləyir. Mən işləyəndə vəziyyətimiz bu qədər ağır deyildi. Dostlarımla birlikdə ayda iki-üç dəfə restoranda yemək yeyirdik. Maaşım 500-550 manat idi. Hesab edirdim ki, pensiyam heç olmasa 350 manat olacaq. “Sabez”ə getdim, 237 manat hesabladılar. Başıma elə bil qaynar su tökdülər. 85 faiz mənə də tətbiq olunsaydı, ən az 450 manat pensiya alacaqdım. Hər ay 2-3 toya dəvət edirlər. Ay təzəcə başlayıb, artıq birinə getmişik. O biri də fevralın 14-dədir. Getməsək də, olmaz.
17:18, Bu gün
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
17:13, Bu gün
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
17:07, Bu gün
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
17:02, Bu gün
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
16:57, Bu gün
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
16:52, Bu gün
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
16:47, Bu gün
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
16:45, Bu gün
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
16:38, Bu gün
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
16:33, Bu gün
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
16:28, Bu gün
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
16:23, Bu gün
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
16:18, Bu gün
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
16:13, Bu gün
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
16:08, Bu gün
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
16:03, Bu gün
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
15:54, Bu gün
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
15:48, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
15:42, Bu gün
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
15:37, Bu gün
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
15:32, Bu gün
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
15:26, Bu gün
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
15:20, Bu gün
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
17:18, Bu gün
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
17:13, Bu gün
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
17:07, Bu gün
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
17:02, Bu gün
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
16:57, Bu gün
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
16:52, Bu gün
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
16:47, Bu gün
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
16:45, Bu gün
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
16:38, Bu gün
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
16:33, Bu gün
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
16:28, Bu gün
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
16:23, Bu gün
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
16:18, Bu gün
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
16:13, Bu gün
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
16:08, Bu gün
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
16:03, Bu gün
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
15:54, Bu gün
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
15:48, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
15:42, Bu gün
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
15:37, Bu gün
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
15:32, Bu gün
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
15:26, Bu gün
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
15:20, Bu gün
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
12:10, Bu gün
“Mirvari” yenidən Xəzərdə... - FOTOLAR
12:09, Bu gün
Bunu edərkən iki dəfə düşünün... - Xanımlar MÜTLƏQ OXUSUN
12:06, Bu gün
“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa
12:02, Bu gün
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
11:58, Bu gün
Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
11:54, Bu gün
BDU-nun SABAH məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub - FOTO
11:50, Bu gün
“600 qəbiristanlıqdan cəmi ikisi salamatdır, vəssalam!”
11:45, Bu gün
2030-cu ilədək milyonçu ola biləcək 4 bürc
11:41, Bu gün
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinə təqdim edilib - FOTO
11:35, Bu gün
BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir - FOTO
11:30, Bu gün
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
11:25, Bu gün
Əli Əsədovdan yeni QƏRAR
11:23, Bu gün
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
11:20, Bu gün
“Allah eləsin ki, TikTok bağlansın” - VİDEO
11:11, Bu gün
“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
11:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxs işdən AZAD OLUNDU
10:55, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10:45, Bu gün
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
10:40, Bu gün
ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...
10:30, Bu gün
Nadir İsrafilov: “Moderator.az moderatorluq ənənəsinə sadiqlik nümayiş etdirir.”
10:10, Bu gün
Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?
10:02, Bu gün
"Qarabağ" Tovuz səfərində
09:58, Bu gün
Küçə ticarətinə kim nəzarət etməlidir?
09:53, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:50, Bu gün
Hökumətə iki həftə vaxt verildi: Qiymət artımını dayandırın
09:40, Bu gün
Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq - Polşa
09:34, Bu gün
Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu...
09:28, Bu gün
COP29 ərəfəsində hotellərdə qiymətlər necədir? - Endirimlər də var
09:25, Bu gün
Rusiya gəmilərini Xəzərdən Aralığa göndərəcəkmi?
09:20, Bu gün
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
09:18, Bu gün
Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
09:15, Bu gün
Rusiya XİN: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
31 Oct 2024 | 17:52
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
31 Oct 2024 | 17:24
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
31 Oct 2024 | 17:44
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni cərimə özünü doğruldacaqmı?
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
31 Oct 2024 | 17:52
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
31 Oct 2024 | 17:24
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
31 Oct 2024 | 17:44
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”