Ötən gün toylara görə daha 15 nəfər cərimələnib
Cəmiyyət
958
18 Nov 2021 | 10:39

Ötən gün toylara görə daha 15 nəfər cərimələnib

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.
 
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
 
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 131 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər