Cəmiyyət
1972
17 Nov 2021 | 20:33

"İnsanlar pensiyaya çıxandan sonra həyatlarının romantik dövrü başlayır, Azərbaycanda isə..."

“Bu gün Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinətlərlə bağlıdır”.
 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin müzakirəsində deyib. 
     
Əli Məsimli bildirib ki,cəmiyyətdə olan abı-havadan çıxış eləsək, görərik ki, hazirda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir. 44 günlük Vətən Müharibəsindəki qələbədə böyük rol oynamış,sağlamlığını itirmiş  qazilərimizn də pensiya məsələsinin müharibənin bitməsində 1 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də həll olunmaması ciddi narazılıqlar yaradıb.Ona görə də yaxın aylarda pensiya və müavinət almağa haqqı olan,amma bu haqqları pozulan insanların haqqlarının bərpası istiqamətində təsirli tədbirlər görülməlidir. 
       
Əli Məsimli öz çıxışında pensiya yaşı məsləsinə də toxundu və vurğuladı ki, Azərbaycanda orta ömür uzunluğu inkişaf etmiş ölkələrdəkindən xeyli aşağı olmasına baxmayaraq pensiya yaşı demək olar ki, həmin ölkələr səviyyəsindədir.Artıq kişilərdə pensiya yaşı 65-dir.Qadınların da pensiya yaşı 2017-ci ildən artırlmağa  başlayaraq 2027-ci ilə qədər 65 yaşa çatdırılacaq.Ölkədə pensiya yaxşıı qaldırılanda mən buna öz etirazımı bildirmişdim.Orta ömür uzunluğu Azərbaycandakndan yüksək olan bir sıra ölkələrdə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60-dır.Mən Azərbaycan üçün də   həmin yaş həddlərinin pensiya yaşı kimi daha uyğun hesab edirəm. Ona görə də  kişilərin pensiya yaşı artıq 65-dir və geri qytarmaq yəqin ki,mümkün olmayacaq,amma qadınların pensiya yaşının 2027-ci ilədək 65-ə çatdırılması prosesi dayandırılmalıdır.
     
Əli Məsimli daha bir vacib məsələ kimi regionlarda yaşayanların çoxunun maaşları aşağı olmasının pensiya ilə bağlı  problemlərə təsiri məsələsini qaldırdı və qeyd etdi ki, pensiyaların səviyyəsi əmək haqqlarının səviyyəsindən asılıdır. Rəsmi statistikaya görə ölkə üzrə orta əmək haqqı 733 manat, Bakıda 1000 manatın altındadır. Amma regonlarda əmək haqqının səviyyəsi bundan aşağıdır. Məsələn, Şəki-Zaqaatala zonasında orta əmək haqqı 350-400-450 manatdır. Şəki-Zaqatala kimi yüksək potensiala malik bir iqtisadi zonada əmək haqqlarının səviyyəsi aşağı olduğundan, əhalinin xeyli hissəsi pensiya yaşına çatanda pensiya ala bilməyəcək,ala bilənlər isə aşağ  pensiya alacaq.Bu, regionlarda həyat səviyyəsinin aşağı olması nöqteyi-nəzərdən çox ciddi problem yaradır.
         
Əli Məsimli bildirdi ki, inkişaf etmiş ölkələrdə insanlar pensiyaya çıxandan sonra  onların həyatının çox romantik bir dövrü başlayır. Amma Azərbaycanda insanlar pensiyaya çıxanda onların xeyli hissəsinin çox məşəqqətli bir dövrü başlayır.Çünki  onların aldıqları pensiya minimum qıda və dava-dərman almağa belə kifayət eləmir.Ona görə də bu problemin həlli istiqamətində ciddi araşdırmaların aparılmasına və təsirli tədbirlər görülməsinə ehtiyac var.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər