Bizi sosial şəbəkələrdən izləyin:
Amerikalı analitik Pol Qobl: "Ermənistan rəsmi Moskvanı öz tərəfini tutmağa məcbur etmək istəyir"
Amerikalı analitik, Amerikanın keçmiş Dövlət Katibi Ceyms Beykerin xüsusi müşaviri Pol Qobl Azərbaycan - Ermənistan sərhədində yaranmış qarşıdurma ilə bağlı Moderator.az saytına qısa açıqlama verib:
"Düşünürəm ki, tərəflər arasında yeni bir müharibənin başlaması həmişə mümkündür, lakin bu günlərdə baş verən döyüşlərin yaxın gələcəkdə dramatik şəkildə genişlənəcəyinə şübhə edirəm. Zənnimcə, hazırda Azərbaycan-Ermənistan sərhəddində baş verən qarşıdurmada hər iki tərəfin - Azərbaycan və Ermənistanın və həmçinin də Rusiyanın müəyyən məqsədlərinin sınağı gedir. Ermənistan rəsmi Moskvanı öz tərəfini tutmağa məcbur etmək istəyir, lakin Rusiya is öz maraqları çərçivəsində davranacaq".
Leyla Şah