Zəfəranla xərçəngin müalicəsi gizlədilirmi? -İLGİNC FAKTLAR
Oxunub: 6386
03 Nov 2016 | 14:38
Zəfəranla xərçəngin müalicəsi gizlədilirmi?
 -İLGİNC FAKTLAR

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynov zəfəranla bağlı araşdırma aparıb. Doqquz ay davam etmiş araşdırma dünya alimləri, eləcə də Azərbaycan tədqiqatçılarının elmi jurnallardakı məqalələrində çap olunmuş faktlar əsasında həyata keçirilib. Jurnalist tədqiqatının nəticələri elmi-publisistik məqalə şəklində “Azərbaycan” qəzetinin 3 noyabr 2016-cı il tarixli nömrəsində dərc edilib.

Bu təşəbbüs GGİ-nin elmin təbliği istiqamətindəki təcrübəsini geologiyadan kənar sahələrdə də paylaşmaq məqsədi daşıyır.

 Müəllif yazısının orijinal variantını təqdim edirik:

Zəfəran (Crocus sativus L.) dünyanın ən bahalı ədviyyatıdır. İştah gətirən bu bitki xalq təbabətində suçiçəyi, prostad, astma, böyrək iltihabı, göz və ürək ağrıları, zob, revmatizm və digər xəstəliklərə qarşı dərman kimi məşhurdur. Lakin daha çox xörəklərə, içkilərə xoş dad və ətir verən, restoranlara daşınan ədviyyat kimi tanınır. Onun dünya bazarını özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir ki, bir kiloqramı 1100 dollardan 11 min dollara qədər qiymətə satılır. Bu qədər məbləğlər həqiqətənmi ədviyyata görə xərclənir?

Əvvəlki sivilizasiyada yetişdirilib?

Hər il payızda çox qısa müddətlik çiçək açan zəfəran Crosus cinsinin  toxumla artmayan və yalnız soğanaqla çoxalan yeganə növüdür və insan tərəfindən yetişdirilmiş hesab olunur. Ondan istifadə tarixi 3 min ildən çox əvvələ qədər izlənib. Amma elə bir qədim zəmanədə vəhşi təbiətdə hansı mənbədən götürüldüyü, yəni genetik “ana və atası”, həmçinin hansı laboratoriyada elmi nəticə kimi yaradıldığı məlum deyil. Bəzi alimlər sübut edə bilməsələr də düşünürlər ki, bəlkə də hər şey Misirdən əvvəlki sivilizasiyada baş verib. Bu fərziyyəni stimullaşdıran bir məqam da var: Qədim sivilizasiyanın ondan faydalı istifadə yollarına bələd olması. Yəni, bu bitkinin məhsulunu, indiki kimi, ağızla qəbul edirlərmiş.

Güman edilir ki, onun geniş miqyasda yetişdirilməsi məhz Yunanıstanda bürünc dövründə olub və sonralar əkin sahələri Şərqi Asiya və Mərkəzi Şərqə qədər genişlənib, hətta hazırda Böyük Britaniyada da yetişdirilir.

Onun faydaları haqqında ilk yazılı sənəd eramızdan əvvəl VII əsrdə qələmə alınmış “Assuriya botanikası” elmi əsəridir. O vaxtdan sonra 4 min il ərzində zəfəranın faydalarından yazılsa da tibbdə istifadə qaydalarından, xüsusən də 90 xəstəliyin sırasında xərçəngin müalicəsi üçün necə istifadə edildiyi barədə heç bir mənbədə məlumat verilmir.

Başlıca sirr

Bu çiçəyin xərçəngə qarşı müsbət effekti barədə ilk məlumat 1990-cı illərin əvvəllərində Hindistan alimləri tərəfindən verilib. Sonrakı illərdə tədqiqatların coğrafiyası genişlənib və zəfərana qlobal maraq hazırkı pik həddə çatıb. Qeyd olunan xəstəliyə qarşı müalicəvi təsir onun tərkibindəki vitaminlər ”“ A, C, karotinoidlər, selenium (selen), fol turşusu, riboflavin, niasin və digərlərinin birgə təşkil etdiyi antioksidant tərkiblə əlaqələndirilir. Əsl zəfəranın tərkibində pikrokrosin (acı tamla əlaqəli), safranal (ətirlə əlaqəli) və krosin (rənglə əlaqəli) kimyəvi elementlər olmalıdır. Bunlar bitkinin tellərini dünya bazarındakı saxta məhsullardan fərqləndirən əsas xüsusiyyətlərdir.

Zəfəranın hikməti məhz selenlə bağlıdır və bu maddənin xərçənglə mübarizədə müalicəvi xüsusiyyəti hələ keçən əsrin ikinci yarısında məlum idi. Meksikanın Milli Pediatriya İnstitutunun “Onkoloji laboratoriya”sının azərbaycanlı rəhbəri, akademik Fikrət Abdullayev 2004-cü ildə həmkarları ilə birgə yazır ki, alimlər seleni soğan, sarımsaq, çay, gül kələmi və Braziliya qozundan alaraq heyvanlardakı şişin üzərində təcrübədən keçirib və müsbət nəticə əldə ediblər.

Bundan əlavə, 2000-ci illərdə zəfəranın tərkibindəki eyni növ maddələr bu bitkidən yox, digərlərindən götürülüb və selenlə əlaqəli halları ayrı-ayrılıqda fərqli illərdə və laboratoriyalarda insan, həmçinin heyvan üzərində təcrübələrdən keçiriliblər. ABŞ-ın Milli Elmlər Akademiyasının Tibb İnstitutu, Milli Xərçəng İnstitutu və Rusiya Tibb Elmləri Akademiyasının Qida üzrə Elmi-Tədqiqat İnstitutu bu istiqamətlərdə effektli nəticələr alaraq elmi məqalələrdə çap etdiriblər.

Zəfəranın ən böyük xüsusiyyətlərindən biri də odur ki, selen başqa bitkilərdən fərqli olaraq, onda məhz tellərdə toplanır.  Bu dişicik tellərdəki antioksidantlar selenlə birgə unikal tərkib təşkil edərək xərçəngin müalicəsi üçün hazır vəziyyətə gəlirlər.

Zəfəranın normal, sağlam hüceyrələrə toksik təsiri yoxdur, onun işi yalnız korlanmış hüceyrələrə qarşıdır. Buna baxmayaraq, ondan reqlamentsiz istifadə arzuolunmaz nəticələrə səbəb ola bilir. Xüsusən də selen bədənimizdə normadan çox, yəni hər kiloqrama 2 milliqram olarsa zərərli toksinlərə çevrilərək xərçən təhlükəsi yaradır. Nəzərə alaq ki, ideal norma 0,05 qramdan 1 qrama qədərdir.

ABŞ-da qadınlar gün ərzində 55, kişilər 70 mikroqram selen sərf edir. Avropada bu, hər iki cinsin nümayəndəsi üçün 55 mikroqramdır. Onun çatışmazlığı isə zəfəranın dərman olduğu xəstəlikləri yaradır. Selenin əvəzolunmaz mikroelementləri QİDS-in müalicəsində də istifadə olunub.

Bu maddənin mənbəyi başlıca olaraq səhra və yarımsəhralıqlarda aşınmaya məruz qalmış qələvili torpaqlar və neftqazçıxarma nəticəsində lay sularının töküldüyü ərazilərdir. Otuz faizi isə atmosfer çöküntülərindən əmələ gəlir və əsasən qeyri-üzvi formada.

Baxmayaraq ki, son 26 ildə aparılmış tədqiqatların nəticələrində zəfəranın xərçəngə qarşı təsiri qeyd edilir, bunu təkzib edən və ya klinikada sübuta yetirən heç bir mənbə yoxdur. Bu istiqamətdə ən azı bir fakt tapmaq üçün İranın Tehran Tibb Elmləri Universitetinin professorları 2015-ci ildə 276 elmi məqalə toplayıblar. Materialların beşi fars, qalanları ingiliscə olmaqla yalnız 73-ü məhz zəfəranın antioksidant keyfiyyətindən yazır. Lakin İran müəllifləri insanla əlaqədar hər hansı nəticənin tibbdə tətbiqi barədə məlumata rast gəlməyiblər. Onların ən yaxşı halda tapdığı faktlardan biri odur ki, zəfəran məhsulu Albino siçanlarında dəri xərçənginin formalaşmasının və inkişafının qarşısını alıb. Həm də, zəfəran ağızla qəbul edildikdə şişə qarşı daha təsirli olur nəinki birbaşa bədənə yeridiləndə. Bu cür təcrübə qeyd olunan siçanlarda serum B-karotene və A vitaminini artırıb. Güman edilir ki, zəfəranın xərçəngə qarşı effekti həmin vitaminlərin artımı ilə əlaqəli ola bilər. Bütün bunlara baxmayaraq, İran alimləri bu tədqiqatların nəticələrini əsaslandırılmamış sayır.

Dəyərini yığan anlar

Toxumla artmayan, soğanaq üzərində inkişaf edən zəfəranın yığımı ən çətin əl əməklərindən sayıla bilər. Onu dərməyin ən yaxşı vaxtı səhər tezdəndir, şeh altında olanda. Ən vacib olan qırmızı telləri 240 mindən çox sayda toplandıqda yarım kiloqram təşkil edir ki, bu da futbol stadionu qədər sahəni əhatə edən 80 mindən çox çiçəkdən alınır.

Son onilliklərdə zəfəranın dünyadakı əkin sahələri azalmaqdadır. Səbəb yüksək maya dəyəri, məskunlaşma, torpaq çirklənmələri, virus və s.-dir. İspaniyada zəfəran sahələri 1971-ci ildəki 6 min hektardan 200 hektara, Yunanıstanda 1982-ci ildəki 1600 hektardan 860 hektara qədər azalıb.

Dünya üzrə ümumi məhsulun 94 faizi İrana məxsusdur. Onların əksəriyyəti Xorasanın (Cənubi Azərbaycan ərazisinin) şimalında yetişdirilir. Təkcə buradakı sahə 44 min hektardan çoxdur və ilə 172 ton məhsul verir. 2014-cü ildə İran ümumən 53 ölkəyə 244 milyon dollar dəyərində 170 ton zəfəran ixrac edib. Dövlət rəsmilərinin bildirdiyinə görə, növbəti il ölkə rekord həddə çatdıraraq 310 ton zəfəran yetişdirib və bir kiloqramının qiyməti 72 milyon rial (3600 AZN) təşkil edib. Hazırda Amazon.com alış-veriş saytında İran zəfəranının 1 qramı 6-14 dollar arası qiymətə satılır.

Lakin Azərbaycanda qonşu İranın 1 qram zəfəranı 7 manatadır və xeyli ucuz forma sayılır, yerli növ qədər dəyərli hesab olunmur. Amma tarixi botanik simvolumuz olan yerli zəfəran da qlobal azalma prosesinə qoşulub. XIX əsrin ikinci yarısı ”“ XX sərin əvvəllərində əkin sahələri Abşeron yarımadasından şimala doğru Xəzərin sahili boyu uzanırdı. O vaxt Bilgəh qəsəbəsi Avropa, Rusiya və İrana ixracatı ilə çox məşhur idi. Abşeron əhalisi əsasən bu biznesin gəlirləri ilə dolanırdı. SSRİ-də yeganə zəfəran sovxozu məhz bu qəsəbədə yerləşirdi və 130 hektar sahəni əhatə edərək ildə 150 kiloqram çiçək məhsulu verirdi. Hazırda sovxoz fəaliyyət göstərmir və onun varisi olaraq, cəmi 16 hektar əkin sahəsi qalıb. Bütün respublika üzrə fərdi əkin sahələri də daxil olmaqla, 21 hektar ərazidə zəfəran yetişdirilir və məhsul ilə 80 kiloqramdır. Bu bitkini şəxsi torpaq sahələrində yetişdirən ailələr onu xeyli dəyərli bitki kimi yaxınlarına çox kiçik, hətta milliqramlarla hədiyyə edirlər. Amma ölkədən zəfəran ixracı yoxdur.

Respublikada zəfəranı öyrənən əsas təşkilatlardan biri Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar biologiya və Biotexnologiyalar İnstitutudur. Elmi müəssisənin “Bitki biotexnologiyası” laboratoriyasının müdiri, biologiya elmləri namizədi Tofiq Qaragözov 2015-ci ildə həmkarları ilə birgə yazdığı məqalədə bildirir ki, ən yaxın zamanda bu Abşeron bitkisinin endemik keyfiyyəti yoxa çıxa bilər. Bu işdə digər ölkələrdən gətirilən, virusa yoluxmuş nümunələrin yerli zəfəranlara qarışması xüsusi rol oynayır.

Azalmanın digər səbəbi də elmi mərkəzlər tərəfindən kütləvi daşınmadır. Zəfəranı ən çox idxal edən Almaniya, ABŞ, İsveçrə, Böyük Britaniya və Fransadır. İxrac və idxalçı ölkələrdə bu bitkini tədqiq edən elmi mərkəzlər var. Lakin onların tibbi təcrübələrdəki nəticələri barədə heç bir mənbə yoxdur.

F.Abdullayev öz iş yoldaşları və Meksika Milli Muxtar Universitetindəki həmkarları ilə birgə 2000-ci illərin əvvəllərində 11 ölkədən götürülmüş zəfəran nümunələri üzərində sitotoksik aktivliyi qiymətləndirib. Nəticədə dünyada xərçəngə qarşı ən keyfiyyətli zəfəranın Hindistanda yetişdirildiyi məlum olub. Ondan sonra İran, Yunanıstan, Türkiyə, Azərbaycan və digərlərinin adı çəkilir. Çin zəfəranı isə ən zəif aktiv müəyyən edilib.

Daha bir sirr ”“ Azərbaycandan

“Çöllərin zərif qızı” ilə bağlı daha bir sirr onu qlobal virusdan azad etmək və süni yolla çoxaltmaq üçün aparılan tədqiqatların nəticələridir. Laboratoriyalarda hər gün soğanaqlar doğranır, kolbalarda xüsusi qida mühitində klonlaşdırılır və nəticədə bir dilimdən 5-6 ay ərzində bir neçə soğan əldə edildiyi bildirilir. Lakin T.Qaragözov bu istiqamətdə ən böyük nəticə göstərib və 1 dilimdən 10-25 soğan alıb. O, dünyanın qəbul etdiyi 5 dərəcə temperatur standartını 2011-ci ildə dəyişərək fərqli nəticəyə nail olub. Belə ki, genetiq proqramın 5 həftəyə dəyişdiyi və bu müddətdə embryoidlərin çoxaldığı müşahidə olunub. T.Qaragözov bu yolla proqramı sürətləndirməyi və müddəti qısaltmağı da mümkün hesab edir.

Alim ABŞ, Ukrayna və Azərbaycanda dərc olunmuş elmi məqalələrində 5 il əvvəl əldə etdiyi bu uğurlu nəticə barədə geniş məlumat verir. Lakin beynəlxalq patent ala bilmədiyinə görə temperatur qradientini paylaşa bilmir. Xatırladaq ki, Azərbaycan beynəlxalq patent konvensiyasına hələ qoşulmayıb.

Zəfəranın biotexnologiyası 100 ilin ən perspektivli işləri siyahısındadır. F.Abdullayev 2002-ci ildə inanaraq qeyd edirdi ki, nə zamansa laboratoriyalarda yüksək keyfiyyətdə daha ucuz başa gələn zəfəran yetişdirilməsinə nail olunacaq. T.Qaragözov bu gün bunun hansısa ölkədə əldə edildiyinə əmindir. Onun fikrincə, zəfəranın klonlaşdırılması üzrə qabaqcıl yerləri tutan və yüksək elmi texniki avadanlıqlarla təmin olunmuş xarici elmi mərkəzlərin indiyə qədər xeyli sayda klonlaşdırmaya nail olmaması inandırıcı deyil. O, bu istiqamətdə elmi nəticələr barədə məlumatlara rast gəlinməməsini kommesiya sirri ilə izah edir. Lakin alim inanır ki, xarici həmkarlarının qarşısına onun reallaşdırdığı tərzdə təcrübə çıxmır. Çünki, onların diqqəti müasir imkanlar mühitində bu təcrübədən bir qədər yan keçir.

İran alimləri və T.Qaragözov qeyd edirlər ki, zəfəranın yetişdirilmə metodları və tibdə istifadə imkanları gələcəkdə qida biokimyası kimi öyrənilməli və inkişaf etdirilməlidir. Azərbaycan alimi əlavə olaraq diqqətə çatdırır ki, yerli zəfəranların keyfiyyətcə dünyada neçənci yerdə olduğu məlum deyil. Səbəb indiyəcən sözügedən bitkinin məhsulu və torpaq üzərində beynəlxalq standartlara uyğun kompleks analizlərin aparılmamasıdır. Bununla yanaşı, respublikamızın təbii ekosistemi müxtəlif tərkibli olduğuna görə zəfərandan istifadə məqsədi ilə ölkənin hər bir regionunda torpaq ayrıca araşdırılmalıdır. Bu bitkinin keçmişdən yetişdirildiyi torpaqların selenlə qarşılıqlı əlaqəsi müəyyən edilməlidir.

Digər faktlar:

- Hər il 8 milyon insana xərçəng diaqnozu qoyulur. Təkcə ABŞ-da 2010-cu ilin statistikasında 1 milyon 530 min insanda xərçəngin aşkarlandığı və bu xəstəlik səbəbindən 570 min ölüm halının qeydə alındığı bildirilir.

 - Məqalədə adı çəkilən, Meksikada xərçəng əleyhinə təbii və sintetik preparatların axtarışı ilə məşğul olan akademik Fikrət Abdullayev qərib ölkələrdəki yaradıcılıq illərində Azərbaycanı və ölkəmizin elmini təbliğ edib. O, 2006-cı il iyulun 17-də 63 yaşında gözlənilmədən ürək tutması ilə dünyasını dəyişib.
Oxşar xəbərlər
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
GÜNLÜK
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 11:40
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 11:40
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO