Bu dərs ilini Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin 4 orta məktəb məzunu qızıl və gümüş nişanla başa vurub.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, həmin məzunlardan ikisi qızıl, ikisi isə gümüş nişana layiq görülüb.
Orta təhsilini qızıl nişanla başa vuran iki məzun - Polad Atayev Quba şəhərindəki Mehrab Niftəliyev adınaTexniki təmayüllü liseyin, Cavidan Balayev isə Quba şəhərindəki Zaur Cəfərov adına 3 nömrəli orta məktəbin məzunlarıdır. Gümüş nişanlı builki məzun da Quba məktəblisidir.
Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin məzunu Vüsal İbrahimov və Siyəzən şəhərindəki Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin məzunu Eltac Niftəliyev isə təhsil uğurlarına görə gümüş nişanla təltif ediliblər. Şimal bölgəsinin medallı məzunlarının fotolarını təqdim edirik:


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu