“Bakı Metropoliteni”nin əməkdaşı metroda öldü
2079
16 Jul 2023 | 13:00

“Bakı Metropoliteni”nin əməkdaşı metroda öldü

“Bakı Metropoliteni”nin əməkdaşı metroda vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov yayıb.

“Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib”, - B. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib:

“Vəfat edən sərnişin "Bakı Metropoliteni"nin Tunel qurğuları xidmətinin əməkdaşı Kamil Zeynalov olub”.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər