M.Ə.Rəsulzadə: ”Qafqaz Türkləri” (III hissə) - Nəsiman Yaqublunun təqdimatında
Araşdırma
Oxunub: 4123
05 Jan 2024 | 12:20
M.Ə.Rəsulzadə: ”Qafqaz Türkləri” (III hissə) - Nəsiman Yaqublunun təqdimatında
2024-cü ildə Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə M.Ə.Rəsulzadənin hazırladığım maraqlı yazılarını oxuculara təqdim edirəm. Qeyd edim ki, yaratdığım “Məhəmməd Əmin Rəsulzadə İrsini Aradırma Mərkəzi”nin çalışmaları olaraq M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini də nəşrə hazırlayıram. Onun “Qafqaz türkləri” əsərini ayrıca olaraq 1-ci cilddə oxuculara  geniş təqdim etmişəm.
 
Qafqaz Türkləri
 
 
X əsrin ortalarında Bərdə şəhəri rus axıncılarının təcavüzünə məruz qalmış və bu tarixdən etibarən bir daha tərəqqi və inkişaf edəməmişdir. Bu hadisədən sonra ərəb¬lər zamanında təsis olunan Gəncə əhəmiyyət qazanmış və X və XI əsrdə Şəddadi süla¬ləsi burada hökumət sürmüşdür.
 
Şəddadi sülaləsi Məlikşah Səlcuqi zamanında inqiraza uğramış və XI əsrin son¬larında Məlikşahın oğlu Məhəmməd burada icrayi-hökumət eləmişdir. Bundan sonra Gəncə Səlcuq əmirlərinin məqərri olmuşdur. XII əsrin ibtidasında Səlcuq əmirlərindən Qara Sunqur zamanında zühur edən zəlzələdə tələf olan əhalinin miqdarı haqqında tarixlərdə məzkur rəqəm Gəncənin, zamanına görə pək məmur və pək böyük bir şəhər olduğunu göstərməkdədir. Məxəzlərdən bəzisində 230, bəzisində də 300 min nüfusun tələf olduğu müqəyyəddir.
 
Əvvəlki fəsillərdə görüldüyü vəchilə, səlcuqilər zamanında məmləkət türkləş¬di¬ril¬məyə başlamışdı. Səlcuq imperatorluğunun inqirazını mütəaqib Azərbaycan ilə Şərqi Qafqasiyanın idarəsi Azərbaycan Atabəyləri və yaxud Pəhləvanilər namını daşıyan türk sülaləsinə keçdi. Gəncə əmiri “İldəniz” 1146 sənəsində elani-istiqlal edərək bugünkü Qafqasiya və İran Azərbaycanlarını kəndi idarəsi altında birləşdirmiş, oğlu Məhəmməd Cahan Pəhləvan yeni hökumətin hüdudunu genişlətdiyi kibi, əsasını da təhkim etdi¬yin¬dən, sülaləyə Pəhləvanilər ünvanı verilmişdir. Bu sülalə 1226 sənəsinə qədər icrayi-hökumət eləmiş və kəndilərindən altı hökmdar gəlmişdir. Pəhləvanilər paytaxtı Təbriz idi. 
 
Şirvan bu dövrlərdə Şamaxıda yaşayan Şirvanşahlar sülaləsinə tabe idi. Şirvanı kəndilərinə tabe etmək istəyən səlcuqilər Gürcüstanla müsadiməyə gəlmişlərdi. XII əsrin ortasında Şirvanşahlarla gürcülər əqdi-ittifaq edərək şimaldan gələn düşmənə qarşı qoymuşlardır. 1175 sənəsində Şirvan şahı Axistan Bakı limanında 70 gəmidən ibarət rus bəhriyəsini məğlub etmiş və gürcülərlə müttəfiqən şirvanilər Şabran ilə Dərbəndi düşməndən təmizləmişlərdir.
 
Pəhləvani sülaləsinin hakimiyyətinə Cəlaləddin Xarəzmi tərəfindən xatimə verilmiş, moğol istilasından qaçan Cəlaləddin 1231 sənəsində Gəncədə zühur edən bir ixtilalı basdırmışdır.
 
1235 sənəsində Gəncə, 1239 sənəsində də Dərbənd moğollar tərəfindən zəbt və təxrib olunmuş, bir daha əski əzəmət və məmurluqlarını iadə edəməmişlərdir. Gərçi Çingiz xanın torunu Hülakü tərəfindən Bağdadın işğalı (1258) üzərinə İranda təsis olunan moğol dövləti daxilində, Gəncə, Arran vilayətinin mərkəzi olaraq qalmışdır.
 
Moğol xanları zamanında Azərbaycan ilə Şərqi Qafqasiya epey məmur olaraq qalmışdır. XIII əsrin sonlarıyla XIV əsrin ibtidasında moğol xanları islamiyəti qəbul eləmişlərdir. Təbriz şəhəri onların zamanında ən böyük bir məmurə halını almışdır. Qazan xan dövrünü təmsil edən memari abidələr Təbrizin ən bənam əsərlərini təşkil edir. Qazan xan ihtidasını mütəaqib aldığı ismə ətfən, Mahmudabad şəhərini də təsis eləmişdir. XIV əsrdə Bərdə, Bakı və Dərbənddə böyük əbniyələr vücuda gəliyordu. Şamaxı da Şirvanşahların hökumət mərkəzi idi. Bakı dəxi Şirvan məmləkətinə daxil idi. Şirvanşahlardan  Şah Xəlilullah və Fərrux Yasar  zamanında  bu şəhər pək böyük bir inkişafa məzhər olmuşdur (1417-1462). Bakıda mövcud Xan sarayı ilə Şah məscidi və sair bir çox əbniyə bu dövrün əsərləridir.
 
Moğollardan Hülakülər və Çobanilər sülaləsini istixlaf edən Cəlairilər və türkmən sülaləsindən Qaraqoyunlularla Ağqoyunlular zamanında dəxi Təbriz paytaxt olduğu kibi, Şərqi Qafqasiya məmləkətlərinin müqəddəratı da Azərbaycan ilə siyasi bir məhvər üzərində dönüyordu. Cəlairilər və yaxud Elxanilərdən beş; (XIV əsrdə)  Qaraqoyunlulardan beş; (XIV və XV əsrdə) Ağqoyunlulardan da on beş (XV və XVI əsrdə) hökmdar gəlmiş və bütün bunların mərkəz idarəsi Təbriz və dairəi-nüfuzu Azərbaycan ilə Şərqi Qafqasiya məmləkətləri olmuşdur. Gərçi bəzən bu nüfuzun Şərqi Qafqasiya ilə Azərbaycan hüdudlarını keçdiyi də vaqedir.
 
Azərbaycan ilə Qafqasiya böyük Türküstan fatehi Əmir Timurun da nəzəri-diqqətini cəlb eləmiş, 1396 sənəsində oğlu Miranşah üçün Dərbənd ilə Bakıdan Bağda¬da və Həmədandan Anadoluya qədər vəsi bir dövlət təsis eləmişdir 1401 sənəsində Timur indi “Gavur arxı” deyilən Barlas kanalını açdırmışdır. 1403 sənəsində də Beyləqan şəhərini yenidən təmir etdirmişdir.
 
XVI əsrdə zühur edən Səfəvi sülaləsinin istinad etdiyi şeyxlər, Azərbaycan və Şərqi Qafqasiya türkləri arasında böyük nüfuz və təşkilata malik olan oğuz dədələrindən ibarət idi. Ərdəbil şeyxlərindən Cüneyd kəndi hakimiyyətini şimala doğru tövsi etmək məqsədilə Şirvan şahıyla toqquşmuş (savaşmış - red.) və şahın yardımına gələn Ağqoyunlular tərəfindən qətl edilmişdir. Yalnız Səfəvi sülaləsini təsis edən Şah İsmayıl Şirvan ilə Dərbəndi zəbtə müvəffəq olmuşdur.
 
Şah İsmayıl şiəliyi şüar ittixaz edərək siyasi mücadiləyə dini bir rəng vermişdir. Osmanlı sülaləsi ilə mücadilədə səfəvilər bu dini şüar ilə Anadoludakı qızılbaşlığı təhrik və Cəlali üsyanlarını təşviq eləmişlərdir. XVI əsr şiə İran ilə sünni Türkiyə arasında cərəyan edən dəhşətli müharibələrlə təmayüz etmişdir. Məruf Çaldıran müharibəsi ilə başlayan bu mücadilə müxtəlif zamanlarda, müxtəlif cilvələrlə gah o tərəfin müvəffəqiyyətilə, gah bu tərəfin müvəffəqiyyətilə sənələrcə davam eləmişdir. Osmanlı sülaləsinin bu mücadilədəki ən böyük müvəffəqiyyətləri XVI əsrin ikinci yarısında vüqu bul-uşdur. Şah Təhmasibin vəfatı üzərinə, İranda zühur edən qarğaşalıqlardan bilaistifadə Muradı-Salis zamanında icra olunan səfərlər nəticəsində gərək şimalda və gərək Cənubi Azərbaycanda bir çox şəhərlər Osmanlı hökumətinin idarəsinə keçmişdir. 1578 sənəsində Şərqi Qafqasiya məmləkətlərindən Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Dərbənd, Mahmudabad və Salyan şəhərlərində Türkiyə hakimiyyəti bərqərar olmuşdur. Şirvan imarəti türklər tərəfindən 14 sancağa, Dərbənd isə 7 sancağa təqsim edilmişdir. Qafqasiya vilayətləri ilə Azərbaycan 1590 sənəsində iranlılar tərəfindən əhdən osmanlılara tərk edilmişdir. Bəhri-Xəzər sahillərinin Osmanlı idarəsinə keçməsi Türkiyənin, İrana möhtac olmadan bilavasitə Türküstan xanları ilə təmasını təmin ediyordu. Türküstanlılar Manqışlaq və Şirvan vasitəsilə İranı görmədən həccə gediyorlardı.
 
Fəqət osmanlıların Azərbaycan ilə Şərqi Qafqasiyadakı bu hakimiyyəti çox sürməmişdir. 1603 sənəsində Şah Abbas Səltənəti-Osmaniyyə əleyhinə səfərlər açaraq İranın tərk etdikləri yerləri təkrar iadə eləmişdir. Şah Abbas tərəfindən Gəncə, Bakı və Dərbəndin istirdadı 1606 sənəsində vüqu bulmuşdur. Şah Abbas digər tərəflərdə olduğu kibi, buralarda dəxi kəndisindən əsərlər buraxmışdır. Gəncə yeni bir mövqeyə nəql edilmiş, Bakı surları son dəfə olaraq təmir olunmuş, Dərbənd hasarları suyun içərisinə qədər uzadılmışdır.
 
(ardı var)
 
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı