M.Ə.Rəsulzadə: ”Qafqaz Türkləri” (I hissə) - Nəsiman Yaqublunun təqdimatında
Araşdırma
Oxunub: 3541
03 Jan 2024 | 10:59
M.Ə.Rəsulzadə: ”Qafqaz Türkləri” (I hissə) - Nəsiman Yaqublunun təqdimatında
2024-cü ildə Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olur.Bu münasibətlə M.Ə.Rəsulzadənin hazırladığım maraqlı yazılarını oxuculara təqdim edirəm.Qeyd edim ki, yaratdığım “Məhəmməd Əmin Rəsulzadə İrsini Aradırma Mərkəzi”nin çalışmaları olaraq M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini də nəşrə hazırlayıram. Onun “Qafqaz türkləri” əsərini ayrıca olaraq 1-ci cilddə geniş təqdim etmişəm.
 
 
 TÜRK ÜNSÜRÜNÜN QAFQASİYADA YERLƏŞMƏSİ
 
Qafqasiya türklərindən və bunların tarixi müqəddəratlarından bəhs edərkən onu Azərbaycan türklərindən ayrı olaraq tələqqi və hələ tədqiq etmək, fərzən, bəhsi Aras nəhrinin ancaq şimalına həsr eləmək imkanı qətiyyən yoxdur. Orta zaman tarixlərində Şir­van və Arran namları ilə məruf olan Şərqi Qafqasiya ilə bugünkü Azərbaycan Cüm­hu­riyyətini təşkil edən məmləkətlərlə şimalda Dağıstan, cənubda Azərbaycan (İran Azər­­baycanı) məmləkətlərinin tarixi müqəddəratları müştərək olmuşdur. Şimali Qafqa­si­yanın türk qövmləri tərəfindən iskanı mövzui-bəhs olunca bu bəhsin eyni zamanda Azərbaycana da şamil olacağı təbiidir. Bunun üçün də biz işbu məqaləmizdə, “Şərqi Qaf­qasiya və Azərbaycan” tərkibini qullanmaq zərurətini hiss ediyoruz.
 
Türklərin hal-hazırda oturduqları Qafqasiya torpaqlarının ən qədim zaman­lar­dan bəri sakinləri kimlərdir? Buranın qədim yerliləri türk irqinəmi, yoxsa başqa bir irqə­mi mənsubdu? Bu suala qətiyyətlə cavab verə bilmək üçün məruf “Turan nəzəriyyəsi” tərə­findən ortaya qoyulan məsələlərin fənnən həllini bəkləməlidir. Şumerlərin, akad­la­rın, əski midiyalılarla hititlərin türk irqinə mənsubiyyətlərini iddia edənlərcə bu sualın cava­bı müsbətdir. Nəzəriyyəyi şübhəli bulanlar isə bura yerlilərini akademik Marr[1] tə­rə­­fin­dən irəli sürülən yafəsilərə intisab etdirirlər. Bu məktəbə görə şərqi-qərib ilə bil­xas­sə Qaf­qasiyada qədim zamanda yafəsi denən müstəqil bir irqə mənsub qövmlər yaşı­yor­muş. Bu məsələnin həlli üçün Heredot ilə Strabonun sak, iskit, kimmeri və massacta[2]  namı ilə qeyd etdikləri qövmlərin  mahiyyətləri də bilinmək lazım.
 
Fəqət biz, fənnən daha qaranlıq bulunan bu məsələyi dövri-qədim mütə­xəs­sis­lərinə tərk edəlim də, elm və fənnin işığı ilə görüləcək şübhəsiz və müsbət vaqiələri seyr və müşahidə edəlim. Bu müşahidə bizə müxtəlif zamanlarda Qafqasiyaya doğru axan türk yayılışını bütün böyüklük və ehtişamı ilə göstərir və bunu yalnız kitablar və kita­bə­lər deyil, türklərin bu gün yaşadıqları yerlərdə dağların başına çəkilən qeyri-türk qafqa­si­yalıların lisani-halları dəxi bizə anlatmaqdadır[3].
 
Miladi V əsr ortalarında müxtəlif türk qövmlərinin şimal steplərindən Qafqa­si­ya­­ya keçərək İran üzərinə saldırdıqları məlumdur[4]. Dərbənd ilə Daryal keçidlərində sasa­nilər tərəfindən vücuda gətirilmiş bulunan sədlər və bunlar ətrafında iskan olunan iranlı mühafizlər işbu axınları durdurmaq üçün təşəbbüs edilmiş çarələrdi. Cənubi Rusi­ya steplərində, “Don” ilə “Terek” nəhrləri hövzələrində yaşayan türk köçəbələri bəzən də yerli xalqın dəvəti üzərinə Cənubi Qafqasiyaya gəliyor, İran əleyhində zühur edən üsyanları təqviyə ediyorlardı[5]. Şu dövrdə gələn türk qövmlərinin bir qismi də Ağ Hun və yaxud Halandürüklər, digər qismini də Attila komandasında gələn “Ağaçərilər” təşkil eləmişlərdir[6].
 
Daha qüvvətli türk axını VII əsrin ibtidalarında vüqu bulmuşdur. Bizans impe­ra­toru II Herakliusun müttəfiqləri sifətilə Qafqasiyaya girən Xəzər türkləri Tiflisi müha­sirə və zəbt eləmişlərdi. II Xosrovun düçar olduğu həzimət, Sasani imperatorluğundakı hərcü-mərc, III Yezdəgerd əsrində İran sülaləsinin inqirazı və bütün amillər, şübhəsiz, bir çox zaman Xəzər türklərinin Mavərayi-Qafqasiyaya sühulətlə enmələrinə və burada birləşmələrinə imkan vermişdir.
 
Ərəb istilası şimaldan gələn türk axınını durdurmuşdur. Sasanilər kibi Dərbənd istehkamlarına fövqəladə əhəmiyyət verən ərəb fatehlərinin bu məsələdəki fəaliyyətləri bütün ənənatı  ilə “Dərbəndnamə”də  zikr edilmişdir.
 
Fəqət məmləkətdə fars ünsürünün çoxalmasına səbəbiyət verən və eyni zamanda Xəzər axınına sədd çəkən ərəblər, cənubdan gələn türk yayılışına pək də mane ola­ma­dı­lar. Bağdad xəlifələri Türküstanda cəlb etdikləri əcir əsgərlərə dayanmaq zərurətinə düş­müş­lərdi. Bu könüllü türk cəngavərləri sayəsində idi ki, IX əsri-miladi ibtidalarında, Bağdad xilafəti üsyan halında bulunan Qafqasiya vilayətlərini hakimiyyəti altında tuta biliyordu[7]. Əmir Buğanın Gəncə həvalisindəki Şəmkir şəhərini ehya edərək buraya  isla­­miyəti qəbul etmiş Xəzər mühacirlərini yerləşdirdiyi məlumdur.
 
Şərqi Qafqasiya ilə Azərbaycanın gözəl ovaları ilə mükəmməl yaylaları türk köçə­bələrinin daima sevdikləri ərazini təşkil eləmiş, şimaldan gələn ellər burasını mə­nim­sədikləri kibi, cənubdan gələnlər də burada yerləşmiş və yurd salmışlardır. XI əsrdə Azərbaycan və Qafqasiyaya girən Səlcuq türkləri buralarda ciddi bir müqavimətə uğra­mıyorlardı. Səlcuqilərin buralarda sühulətlə yerləşə bilmələri ancaq kəndilərindən əvvəl gəlib də buralarda yerləşmiş bulunan türk ellərinin mövcudiyəti ilə izah edilə bilir. Səl­cuq imperatorluğunun əsasını təşkil edən türk köçəbələri əksəriyyətlə Türkmən-Oğuz əşirətlərindən ibarət idi. Bu aşirətlər kəndilərindən əvvəl gəlib də burada yerləşmiş bulu­nan digər türkmənlərlə birləşərək, qismən Şərqi Qafqasiya ilə Azərbaycanda qalmışlar və əksəriyyətlə buradan keçərək Anadoluda yerləşmişlərdir.
 
Bu ana qədər Azərbaycan ilə Qafqasiya məmləkətlərində yerləşən türk qövmləri arasında şimaldan gələn Qıpçaq elləri əksəriyyət təşkil ediyordu. Şöylə ki, Səlcuq impe­ratorluğunun parçalanması üzərinə 1146 sənəsində Azərbaycanda istiqlalını elan edən Atabəy sülaləsi bir Qıpçaq sülaləsi idi. Digər namla Pəhləvanilər sülaləsi deyə məruf olan bu sülalənin hökmran olduğu 81 sənə əsnasında Azərbaycan ilə Şərqi Qafqasiyaya yenidən bir çox türk qəbilələri cəlb və iskan edilmişlərdir.
 
XIII əsr ibtidalarında Pəhləvani sülaləsinin hakimiyyətinə xatimə verən Xa­rəzm­şahilər zamanında da Azərbaycan ilə Qafqasiya məmləkətlərinə yeni türk qövm­ləri yerləşdirilmişdir. Xarəzmilər zamanında Aras nəhrindən çəkilən dörd böyük kanal­la suvarılan Muğan səhrasında təsis olunan məmurələr münhəsirən türk zarelərlə iskan edilmiş bulunuyordu.
 
(ardı var)
 
[1] Nikolay Marr: (1865-1934) Rus şərqşünası və dilçisi (red.).
 
[2] Massaget, Masget adıyla da bilinirlər (red.).
 
[3] Şərqi Qafqasiya ilə Azərbaycanın hər tərəfində kürd, erməni və tat kibi qeyri-türk ünsürlər dağ başlarında yaşarlar.
 
[4] Attila ilə görüşmək üçün göndərilən Bizans heyətinə daxil bulunan Priskin rəvayətinə görə Hun türklərinin sərdarı Attila Bizans heyətinə vüqu bulan bəyanatında ordusunun dağlardan keçərək İran üzərinə hücum etdiyini söylərkən, bu dağlardan atəş fışqırmaqda olduğunu da qeyd eləmişdir. Məlum olduğu üzərə, Bakı həvalisində arasıra alovlar fışqıran “Binəqədi” (red.) yanardağından maəda, yerdən çıxan təbii qazlar vardır ki, bunlardan ən məşhuru “Suraxanı” atəşgədəsi ilə “Şubanı Ahgərməsi”dir (M.Ə.).
 
[5] Erməni müvərrixlərinin yazdığına görə V əsri-miladinin ortalarında II Yezdgərdə qarşı üsyan edən Mamikonyan Kür nəhri sahilində, Şəmkir həvalisində bir yerdə İran orduları üzərində ehraz etdi­yi qələbəsini ancaq bu surətlə təmin eləmişdir (M.Ə.).
 
[6] Bu xüsusda Zəki Vəlidi bəyin məqaləsinə müraciət oluna: “Yeni Qafqasiya”, sənə 4, nr. 10
 
[7] Xürrəmiyyə məzhəbinin məşhur müəssisi Babəkin üsyanını yatırmaqla məruf Afşinin bədəhü bütün nüfuz və hizmətlərinə rəğmən, xəlifə tərəfindən edam etdirildiyi marağı mucib hadisələrdəndir. Müvərrixlərdən bir qismi bu nəkbəti Afşinin bu tərəflərdə müstəqil bir türk hökuməti təsisinə qal­xış­dığı ilə izah edirlər. Böylə bir fikir ancaq buralarda kəndilərinə isnad ediləcək qüvvətli bir türk ünsü­rü­nün mövcudiyyətilə qabili-təsəvvür ola bilirdi. Afşin kibi Əmir Buğanın da xəzərlərlə münasibətdar olduğu rəvayət edilməkdədir (M.Ə.).

 

Oxşar xəbərlər
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış