M.Ə.Rəsulzadə: ”Qafqaz Türkləri” (II hissə) - Nəsiman Yaqublunun təqdimatında
Oxunub: 2365
04 Jan 2024 | 10:59
M.Ə.Rəsulzadə: ”Qafqaz Türkləri” (II hissə) - Nəsiman Yaqublunun təqdimatında

2024-cü ildə Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə M.Ə.Rəsulzadənin hazırladığım maraqlı yazılarını oxuculara təqdim edirəm.Qeyd edim ki, yaratdığım “Məhəmməd Əmin Rəsulzadə İrsini Aradırma Mərkəzi”nin çalışmaları olaraq M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini də nəşrə hazırlayıram. Onun “Qafqaz türkləri” əsərini ayrıca olaraq 1-ci cilddə oxuculara  geniş təqdim etmişəm.

Qafqaz Türkləri

(Əvvəli ötən təqdimatımızda: //moderator.az/az/arasdirma/721725/meresulzade-qafqaz-turkleri-i-hisse-nesiman-yaqublunun-teqdimatinda/)

XIII və XIV əsr türk-moğol istilasının əsridir. Cingizin kəndisi, koman­dan­la­rı­nın əksərisi və nəşət etdiyi qövm moğol olmaqla bərabər, moğol ordularının qismi-külli­sini həmən türk elləri təşkil ediyordu. Budəfəki türk axını həm şimaldan, həm də cənub­dan gəliyordu. Bu iki axın bir dəfə “Terek”, sonra da Kür nəhri hövzələrində Hülakü ilə Bərəkə xan qüvvətlərinin müdhiş müsadimələri şəklində qarşılaşıyordu. Moğol istila­sı­nı mütəaqib Azərbaycanda təəssüs edən Elxanilər hökuməti əsnasında, Cəlairi sülaləsi zamanında və sonra türkmən sülalələrindən Ağqoyunlularla Qara­qo­yunlular dövrün­də Azərbaycan ilə Qafqasiya məmləkətlərinə külliyyətli surətdə türk qövmləri gəlmiş, bu gələnlər miyanında türkmən-oğuz əşirətləri bilxassə əksəriyyət təşkil eləmişlərdir. Böyük Timur bu həvaliyə üç dəfə səfər eləmiş, bu səfərlər də Qaf­qa­siya məmləkətləri ilə Azərbaycanda türk ünsürünün qüvvətlənməsini mucib olmuş­dur. Moğol istilası mü­vər­rixlər tərəfindən şərqdə etnoqrafik pək böyük bir inqilab dövrü kimi tələqqi edil­mək­də­dir. Azərbaycan ilə Şərqi Qafqasiya bu dövrdə kamilən türkləşmiş və qəribi bu ki, bu­günkü şiə İranın müəssisi ədd olunan Səfəvi sülaləsi Azərbaycan türk şeyxləri miya­nın­dan çıxdığı kimi, bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqasiya daha ziyadə türk­ləş­mişdir. Səfəvi şahları İran ilə Anadolunun müxtəlif nöqtələrinə atıl­mış türk əşirət­lə­rini mərkəzi-hökumətləri bulunan Azərbaycan ilə Arran səmtlərinə cəlb ilə birləş­di­ri­yorlardı ki, Ərdəbil həvalisi ilə Muğanda məskun Şahsevən qəbilələri bu surətlə vücuda gəlmişlərdir.

3) QAFQASİYA VƏ AZƏRBAYCAN TÜRKLƏRİNİN QÖVMİ ƏNASİRİ

Türklərin Şərqi Qafqasiya ilə Azərbaycana nə surətlə gəldiklərini və yerləş­dik­lə­ri­ni gördük. Bu müşahidə bizdə moğol istilasından əvvəl şimaldan gələn türk qövm­lə­ri­nin əksəriyyətlə qıpçaq türklərindən ibarət olduğunu göstərdiyi halda, səlcuqiləri mütəa­qib vüqu bulan moğol axını əsnasında və daha sonra buralarının türkmən-oğuz əşirətləri tərəfindən iskan edildiyini əyan etməkdədir.

Türk istilasından mütəzərrir olan millətlərin dava etdikləri kimi, bu yerlərdə yerləşən əhali cəbrən türkləşdirilmiş olmaqdan ziyadə  türk köçəbələri tərəfindən sözün tam mənası ilə iskan edilmişdir. Müxtəlif qıpçaq, oğuz və hətta moğol qəbilələrinin bu­ra­­lara hanki sənədə gəldikləri ilə nərədə iskan edildikləri tarixi məxəzlərdə qeyd olun­duğu kibi, bugünkü coğrafi isimlərlə lisani materiallarda dəxi bu köçəbələrin izlə­rini gör­mək müşkil deyildir. Axınların vüqu bulduğu zamana məxsus bir şiddətlə cərə­yan edən tarixi hadisələr əsnasında əksəriyyətlə çoluqları və çocuqları ilə köçərək bura­larda yerləşən hakim türk ünsürləri vəziyyətdən doğan həyat mücadiləsində məhkum qövm­lər­dən daha ziyadə müqavimət göstərmiş, növünü mühafizə etmiş, məhkum yer­lilər isə qismən dağlara çəkilmiş, səfalət və qıtlıqdan ölmüş, qismən də, ehtimal şu və ya bu su­rətlə hakim qövmlər arasında əriyib təməssül eləmişlərdir. Hər halda gərək Şimali Qaf­qa­siyada, gərək Dağıstanda və gərək Cənubi Qafqasiya ilə Azərbaycanda bu günə qədər mühafizə olunan qövmi isimlər bu ərazinin hanki dövrdə və nə surətlə türk əhali tərə­fin­dən iskan edildiyini təhqiqən və ya təqribən göstərməkdədir.

Dağıstanda və Şimali Qafqasiyada yaşayan türklərin əksəriyyətlə qumuq, noqay, qaraçay kimi çığatay şöbəsinə mənsub olduqları təhəqqüq etdiyi halda, Cənubi Qafqa­si­ya ilə Azərbaycan türklərinin Anadolu türkləri kibi əksəriyyətlə oğuz türkmənlərinə mənsub əşirətlərdən təşəkkül etdiyi görülməkdədir. Bununla bərabər Dağıstan ilə Şimali Qafqasiyada türkmənlərə rast gəlindiyi kimi, Mavərayi-Qafqasiya ilə Azərbaycanda da qıpçaq, peçeneq, noqay və bulqar qəbilələrinə mənsub türk əşirətlərinin izlərinə məb­zu­liy­yətlə təsadüf olunur. Moğol izləri kəza mövcuddur.

Cənubi Qafqasiya ilə Azərbaycanın bilxassə səlcuqilər və moğollardan sonra oğuzlaşdığı müdəqqiqlərcə təsdiq olduğu kimi, oğuz harsının ən bənam əsərini təşkil edən Dədə Qorqud mənaqəbələrinin də bilxassə bu tərəflərdə məruf olduğu şayani-diqqətdir. Dədə Qorqud kitabında məzkur hekayələrin mövzu etibarıyla Azərbaycan sahəsinə aid olduğu nəzəri-diqqəti bilxassə cəlb etməklə, bu mənqəbələrin son zaman­lara qədər yerli “ozan”lar tərəfindən əllərində “qopuz”, köy-köy dolaşaraq, hekayə edil­mə­ləri də təsbit olunmaqdadır. Dədə Qorqud qəhrəmanlarından birisinin eşqinin dərə­cə­sini göstərmək üçün, sevdiyi qızı “bir öpüb üç dişlədiyi”ndən bəhs olunur. Bu “miq­yas” müasir Azəri xalq ədəbiyyatında hələ qullanılmaqdadır. 1638 sənəsində Qafqa­si­ya­­ya səyahət edən Olari (Olearius)nin anlatdığına görə, Qafqasiya ilə Azərbaycan şəhər­lərinin bir çoxunda axirən unudulmuş bulunan milli türkmən hekayəti və ənənatı nəql olunuyormuş ki, bunu Övliya Çələbi də qeyd etməkdədir. Bundan maəda Olariyə Dərbənd həvalisində mədfun “İmam” Qorqudun məzarını da göstərmişlər imiş. “Dədə Qorqud” mənqəbələrindən maəda Anadolu, Azərbaycan və Qafqasiya türklərinin eyni mənşədən gəldikləri və eyni qövmi ənasir və hars mühitində yaşadıqlarını göstərir mi­sal­lara məbzuliyyətlə təsadüf olunur. “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm” kimi eşq hekayələrindən maəda bir çox manilər, qoşmalar, ağıtlar, atalar sözü, bilməcələr kimi xalq ədəbiyyatı əsərlərinin bu mühitlərdə əksəriyyətlə eyni soydan olduğunu gör­mə­mək qabil deyildir.

4) AZƏRBAYCAN VƏ TÜRK QAFQASİYANIN SİYASİ MÜQƏDDƏ­RATI

Azərbaycan və türk Qafqasiya dediyimiz ərazinin qismi-mühümi dövri-qədim­də “Midiya” namı ilə məruf dövlətin əsas qismini təşkil ediyorlardı. Bugünkü Azər­bay­can Cümhuriyyətini təşkil edən mühüm qisminə Albaniya deyiliyordu. Ərəblərin Arran de­dikləri bu məmləkət sasanilərdən əvvəlki dövrdə Roma ilə İran arasında qanlı ixti­laf­ları mucib olmuşdur. Sasanilər dövründə isə Albaniya (indiki Azərbaycan Cümhuriyyəti) Azər­baycan (indiki İran Azərbaycanı) ilə bərabər İran imperatorluğunun Şimali Visru­va­lığını təşkil eləmişdir. Bartolda görə, bu ittihad, islam fütuhatı zamanında belə müha­fizə olunan “Azəri” şivəsi ilə yafəsi olması mühtəməl bulunan Arran (Albaniya) lisanı ara­sındakı fərqi ortadan qaldırmamışdır. Lisan fərqi olduğu kimi, bu iki məmləkət ara­sın­da din fərqi də mövcud imiş. Azərbaycan zərdüşt dinində ikən, Alba­niya xristian di­ni­­nin təsirində imiş. 460 tarixində bərtərəf edilən Albaniya sülaləsinə mənsub xanlar xris­­tian olduqları kimi, əsilləri Sasanilərə irən və VI əsrin sonlarından etibarən Alba­ni­yayı idarə edən İran sülaləsi də VII əsrin ibtidasında  xristian olmuşdur.

Sasani imperatorluğunun ərəblər tərəfindən inqiraza uğraması islam hakimiy­yə­ti­nin bu yerlərdə təsisini dərhal təmin edəməmişdir. Bir çox zaman daha Albaniya xan­ları həm ərəblərə, həm bizanslılara, həm də xəzərlərə bac və xərac vermək məc­bu­riy­yə­tində qalmışlardır. Arran üzərindəki dava ancaq VIII əsrdə tamamilə ərəblərin lehinə həll edilmişdir. Bununla bərabər, xristianlıq bir din olaraq, IX əsrə qədər buralardakı əhəmiyyətini qeyb etməmiş, Şabran ilə Şəki tərəfində mühafizə edilmişdir.

Sasanilər kibi ərəblər də hakimiyyətlərini ta Dərbəndə qədər götürmüş və  bura­dakı istehkamları təcdid və təhkim ilə türk təərrüz və axınlarına səd çəkmişlərdir. Ərəb valii-ümumiləri Arranın mərkəzini təşkil edən “Bərdə”də oturuyor və buradan Ermə­nistanı dəxi idarə ediyorlardı. Azərbaycan, Arran və Ermənistan işbu dövrdə ziraət və maddi mədəniyyət etibarıyla bir vəhdət təşkil ediyorlardı. Ərəblər tərəfindən bu vila­yət­lərin idarəsinə təyin olunan valilərin vərasət üsuluna tabe tutulması ilə məmləkətin siya­si vəhdəti də bir növ hüsulə gəlmiş oluyordu. IX və X əsrlərdə hökumət edən Səcidi (sacilər – red.) ərəb sülaləsi ilə X və XI əsrlərdə hökumət edən gilanlı Salari sülaləsi zamanında dəxi bu siyasi vəhdət baqi idi. Bu dövrlərdə Şərqi Qafqasiya məmləkətləri bilxassə məmur idi.

Qafqasiya şəhərlərindən Bərdə ilə Dərbəndin məmurəliyi və ticarətdəki əhə­miy­yəti  Azərbaycanın o zaman ən məmur və məruf şəhərini təşkil edən Ərdəbilə faiq idi.

(ardı var)

 
Oxşar xəbərlər
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
13 May 2024 | 08:55
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış