“Heydər Əliyevin sifarişi ilə rus hərbçilərindən aldığım silah-sursatı  Naxçıvana  yolladım...”
Oxunub: 5307
19 Jan 2021 | 13:08
“Heydər Əliyevin sifarişi ilə rus hərbçilərindən aldığım silah-sursatı  Naxçıvana  yolladım...”
1990-1991-ci illərdə Xızı rayon partiya komitəsinin 1-ci katibi, 1991-1992-ci illərdə həmin rayonun İcra Hakimiyyyəti başçısı vəzifələrində çalışmış tanınmış ictimai xadim, Milli Məclisin sabiq deputatı Maksim Musayev Moderator.az-a  31-ci ildönümü ərəfəsində olduğumuz 20 Yanvar qətliamından sonra ərazisində 7 hərbi hissə olduğu rayon əhalisinin sovet-rus ordusuna qarşı etirazları, həmin hərbi hissələrin komandir və zabitlərinin yerli rəhbərliyə qarşı münasibətindən və s. bəhs edən sənədli bir material təqdim edib. Aktuallığını nəzərə alaraq həmin məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
Sovet-rus ordusunu Azərbaycandan kim çıxardı?..

(Əvvəli burada: //www.moderator.az/news/361138.html )

“Rus komandirlər “Nasosnı”ya yaxın arsenaldan  gecələr gizli şəkildə Qroznıya –çeçenlərə silah-sursat göndərirdi...”

"Bir dəfə rayonun inzibati orqanlarından olan bir polkovnik, qəbuluma gəlib bildirdi ki, “Nasosnı”ya (ind. Z.Tağıyev qəsəbəsi) yaxın ərazimizdəki silah anbar-arsenaldan (bu rayondaki iki arsenaldan kiçiyi idi) Rusiyaya- Qroznıya tərəf gecələr silah-sursat göndərilir. Şübhələrimiz var, icazə verin, həmin silahla dolu maşınları yolda - rayon ərazisində saxladıb yoxlayaq. Səlahiyyətimdən kənar olsa da, razılaşdıq ki, araşdırma aparılsın. Məlum oldu ki, bir aydan çoxdur ki, rayondakı bir hərbi hissədən  qeyri-hərbi yük avtomobilləri ilə Qroznıya – çeçenlərə patron satır. Həmin hərbi hissənin komandiri ilə söhbət apararkən açıqladı ki, biz buradan gedirik. Tez arsenaldaki silah sürsatı dəyər-dəyməzə satırıq ki, Azərbaycanda qalmasın. Pulunuzu gətirin, sizdə silah alın, bizə “yuxarı”nın verdiyi icazənin bitməsinə bir neçə gün qalıb. Mən respublikanın müvafiq orqanları ilə maliyyə məsələsi barədə əlaqəyə girsəm də, müsbət nəticə alınmadı. Qarabağda isə müharibə gedirdi. Silahı alsaq da, haraya, kimə, nə qədər, hansı ölçülərdə göndərəcəyimizi də bilmirdik. Vaxt isə az qalmışdı, Xızı əsasən qaçqın rayonu olduğundan, məmurlar da kasıb idilər. Qərarlaşdıq ki, əsgərlərə (sayca onlar az qalmışdılar) toyuq, ət, yumurta və süd verərək silah alaq. Komandir dediklərimizlə razılaşdı. Tikinti təşkilatlarının bir neçə maşınları ilə silah-sursatı arsenaldan çıxarıb doldurduq Giləzi kəndi yaxınlığındaki qoyun damına. Milis də bir neçə gün oranı mühafizə etdi. Sonra  həmin silah-sursat Müdafiə Nazirliyinə verildi. Ağrılı odur ki, illərlə torpaqlarımızda keflə yaşayan, suyumuzu içib çörəyimizi yeyən, saf havamızı udan, hörmət göstərilən zabitlər və  komandirləri silahın Azərbaycanda qalmasını istəmirdilər. Ordu gedənə yaxın vaxtlarda isə əlimizdən nə isə almamış çıxmaq belə, fikrində deyildilər. Tələm-tələsik, həm də ona görə satıb, qaçmaq istəyirdilər ki, qorxurdular. Düşünürdülər ki, biz onları daş- qalaq edib, qovsaq, hər şey Azərbaycana qalacaq, buradan da cibi boş çıxacaqlar.  Bəhs edilən arsenalın “yola salma” mərasimindən yaddaşımda qalanlar bunlardır. Onu da unutmamışam ki, həmin silah-sursatın bir neçə yeşik patronundan - “öz payıma” düşəni Kəlbəcərin Nadırxanlı və Ağdamın Mərzili kəndlərinə göndərdim. Xatırımdadır ki, həmin ərəfədə Ermənistanla silahlı qarşıdurma şəraitində olan Naxçıvandan - Ordubad konserv zavodunda baş iqtisadçı işləyən  Hicran Kərimli yanıma gəldi; silah-sursat almaq üçün onu Heydər Əliyevin göndərdiyini bildirdi. Hicran Kərimovun(sonradan Kərimli-S.L.) istədiyi məsələlər həll edildi (o, sonra Azərbaycan Respublikası Ali Sovetinin deputatı oldu).

İndi isə Xızı rayonunda yerləşən bir Sovet-rus hərbi hissəsi komandanlığının parlamentin – o vaxtkı Ali Sovetin deputatı kimi mənə təqdim etdiyi və arxivimdə qalan rəsmi məktubdan yazmaq (rus variantını təqdim edərək) lazım gələcəkdir. 


 
 

Buna zabit heyəti iclasının mart 1992-ci il tarixli protokolu da demək olar. Belə ki, Xızı rayonunun Sitalçay ərazisində yerləşən 44382 saylı hərbi hissəsinin zabitlər iclasında sədrlik edən polkovnik Qriqoroviç və katib kimi baş leytenant Prixojiy imza atıb, möhür vurmuşdur. Eyni zamanda həmin məktub Azərbaycan, Qazaxıstan, Ukrayna, Rusiya prezidentləri və ordu Baş Qərargahlarına da ünvanlanmışdı. Məqsədləri nəinki Azərbaycandan çıxmamaq, hətta buradaca hər şeyi özəlləşdirib qalmaq idi. Tələblərini sadalamaqla məsələyə aydınlıq gətirmək olar: bizim bütün qanuni tələblərimiz yerinə yetirilsin; təcili olaraq 44382-ci hərbi hissəsinin yerləşdiyi şəhərcik toxunulmaz ərazi elan edilsin; zabitlərin yaşadıqları mənzillər onların şəxsi əmlakına verilsin; silah və sürsatlara nəzarət zabitlərə tapşırılsın; hərbçilərin və onların ailə üzvlərinin əmlakları və mənzillərinə toxunulmazlıq təmin edilsin; hərbçilər yeni iş və yaşayış yerlərinə köçərkən onların əmlaklarından vergi tutulmasın və sairə. Göründüyü kimi tələblər daha çox, istəklər ondan da çoxdur. Azərbaycanı tərk eləmək istəyənlər isə yoxdur. Bu, Sovet ordusunun yerləşdiyi bir hərbi hissə zabitlərinin iclas protokolu idi. Ölkəmizdə dərin kök salan bazaların çıxarılmasının bir hərbi hissənin timsalında nə çətinliklərlə üzləşdiyi aydın olur. Məsələnin digər tərəfini də düymaq və başa düşmək lazım gəlir. Azərbaycan sovet bazalarndan təmizlənir. Çünki müstəqil olub. Sovet ordusunun daşınmaz əmlakı ölkəmizdə qalır və əsgər-zabitlər isə çıxarılır. Bu bizim üçün arzumuza çatmaq, sevinmək və xoş əhval- rühiyyəyə səbəb olsa da, sovet ordusunda xidmət edənlər üçün fəlakət idi. Rayonumuzda xidmət edənlərin əksəriyyəti matəm içərisində idilər. 1992-ci il yanvar ayının 4-də Moskvadan göndərilən 1 nömrəli əmrə əsasən sovet hərbi hissələri bütün fəaliyyətlərini dayandıraraq 3 ay müddətində şəxsi heyyətləri ilə birgə ölkəni tərk etməli idi. Lakin əmrdə göstərilmirdi ki, zabit-gizirlərin taleyi necə olacaq, mənzillə təmin olunacaqlarmı, onların ailə üzvlərinin müqəddaratının başlı-başına buraxılmasının səbəbi nədir və sairə. Şikayətlənirdilər ki, prezident Yeltsin bizi küçəyə atıb. Bəziləri yaşadıqları mənzildə qalmağı, hər hansı sahədə iş verməyimizi xahiş edirdilər (hətta ağlayan, yalvaranlar da olurdu). Qəbulumda olan polkovnik Qriqoroviç ölkəsinin, yəni Rusiyanın onlara sahib  durmadığını, xidməti əməklərinə qiymət verilmədiyindən əzabla danışırdı. Gizlətmirdi ki, öz ölkəndən kənar başqa bir torpaqda hərbi xidmət etməyin perspektivi yoxdur. “Biz hiss edirdik ki, 20 Yanvar hadisələrindən sonra bizlərə nifrət var, zabitlərlə söhbətləşəndə biri-birimizə deyirdik ki, biz Azərbaycandan gedəcəyik. Ancaq gözləmirdik ki, belə qısa müddətdə buranı tərk etmək barədə əmr olacaqdır” –deyə rus polkovnik yalvarış dolu baxışlarla danışırdı... 
(Davamı var)

Hazırladı: Sultan Laçın

Oxşar xəbərlər
16:55, Bu gün
Bakıda bir sıra obyektlər içməli sudan qanunsuz istifadə ediblər - FOTO/VİDEO
16:52, Bu gün
Zaxarova: “Rusiyalı sərhədçilərin çıxarılmasına dair Ermənistandan hər hansı tələb almamışıq” - VİDEO
16:50, Bu gün
Nağdsız ödənişlərin 80 faizdən çoxu elektron ticarətin payına düşüb
16:47, Bu gün
Rusiya və daha dörd Aİ ölkəsində 19 qida əlavəsi qadağan edildi
16:44, Bu gün
İcra başçısının toy xəbəri sabiq deputatı xəstəxanalıq etdi
16:40, Bu gün
UNEC rektoru Gürcüstanda rəsmi səfərdədir - FOTOLAR
16:37, Bu gün
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
16:35, Bu gün
Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib - FOTOLAR
16:30, Bu gün
BDU və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tədbir keçirib - FOTOLAR
16:25, Bu gün
Sahil Babayev İmişlidə vətəndaşları qəbul etdi – FOTOLAR
16:22, Bu gün
Pulumuzu necə saxlayaq manat yoxsa dollar? - Ekspert açıqladı
16:21, Bu gün
Ünsiyyət hər kəs üçün: İndi jest dilini öyrənmək daha rahat oldu - FOTO
16:19, Bu gün
Nazir: “Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq” - FOTO
16:16, Bu gün
Sumqayıtda ata oğluna ağır xəsarət yetirib
16:10, Bu gün
"Putin NATO ilə müharibəyə hazırlığa başlayıb" - ISW
16:05, Bu gün
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar: Pozuntular AŞKARLANDI
16:00, Bu gün
Rusiya ilə döyüşməkdən çəkinən Avropa: “B” planı olmayan Qərb - ŞƏRH + FOTO
15:58, Bu gün
Bakıda qadın azyaşlı oğlu ilə çimərliyə getdi, orada oğlanlarla... – ŞOK təfərrüat
15:54, Bu gün
Azərbaycan Premyer Liqası dünyanın ilk "10-luğ"una düşdü
15:50, Bu gün
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
15:46, Bu gün
“Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır” - Mariya Zaxarova
15:42, Bu gün
Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKT
15:38, Bu gün
Xalq artisti doğum gününü İçərişəhərdə qeyd etdi - VİDEO
15:34, Bu gün
Arıqlamaq istəyənlərin DİQQƏTİNƏ - Bu səhvləri etməyin
15:34, Bu gün
“Atam ölümündən bir gün əvvəl elə gözəl muğam oxudu ki... Kaş onu çoxlu-çoxlu qucaqlayıb öpərdim” - Sənətkarın qızından ETİRAF - FOTO
15:32, Bu gün
Bəy və gəlinin dəvətnamədəki tələbi qonaqları QƏZƏBLƏNDİRDİ
15:25, Bu gün
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahid: “Rəisin köməkçisi pulu gətirib verdi”
15:20, Bu gün
Rəşad Nəbiyev alman şirkətlərinin nümayəndələri ilə görüşüb
15:17, Bu gün
Laçında azan hərbçimizin anası: “Dünən danışdım onunla, dedi ki, hər şey yaxşıdır” - YENİLƏNİB + FOTO/VİDEO
15:15, Bu gün
Anar Bağırov: “Ölkəmizdə saxlanılan erməni separatçıların bütün hüquqları tam təmin olunur”
15:11, Bu gün
“Prezident İlham Əliyevin bizi təbrik etməsi mənə əlavə motivasiya verdi” - Qurban Qurbanov
15:07, Bu gün
52 mindən çox şagird buraxılış imtahanı verəcək
15:02, Bu gün
AFFA hərəkətə başladı - Rövnəq Abdullayev rəhbərliyi Gəncəyə yığır
14:58, Bu gün
“Küçə qadınıdır, yiyəsi yoxdur!” - Tacirdən xanım müğənniyə ağır sözlər - VİDEO
14:54, Bu gün
“Prius” sürücüsü qəfil manevr etdi, BMW restorana çırpıldı - VİDEO
14:49, Bu gün
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi!
14:44, Bu gün
BDU-da sağlam həyat tərzinin təbliğinə dair təlim keçirib - FOTO
14:39, Bu gün
"ABŞ Konqresində Baydenin istefası barədə qətnaməyə baxılacaq" - "Fox News"
14:35, Bu gün
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub - FOTO/VİDEO
14:31, Bu gün
Azərbaycanda provayderlərə XƏBƏRDARLIQ edildi
14:28, Bu gün
“Media və insan hüquqları” mövzusunda təlim keçirilib - FOTO
14:26, Bu gün
Arvadını 25 bıçaq zərbəsi ilə öldürən şəxs: “Onun mənə xəyanət etdiyi kişinin heç bir təqsiri yoxdur”
14:24, Bu gün
Rusiya hərbçiləri çaşqınlıq içində: Aşkarladıqları qurğu bütün elektron cihazları “söndürür”
14:22, Bu gün
Bakıda piyada keçidlərinin vəziyyəti qənaətbəxşdirmi? - FOTO
14:19, Bu gün
"Birbank"dan Od çərşənbəsinə ÖZƏL KAMPANİYA
14:16, Bu gün
Aleksandr Perenciyev: “Ermənistandakı Rusiya hərbçiləri girov ola bilərlər” - MÜSAHİBƏ
14:12, Bu gün
Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu - FOTO
14:09, Bu gün
Türkiyədə 12 saat ərzində DƏHŞƏTLİ RƏQƏM: 7 qadın öldürüldü - FOTO
14:07, Bu gün
“Ermənistanla sərhəddə gərginlik yaranmasında həm Rusiya, həm də Qərb maraqlıdır...”-General
14:05, Bu gün
4 bürc üçün UĞUR və ŞANS dövrü başlayacaq
14:02, Bu gün
Koreya prezidenti İlham Əliyevi təbrik etdi
14:00, Bu gün
Bu gün toyu olan icra başçısının 4 övladı var
13:55, Bu gün
Paşinyanın öz partiyası ilə qapalı görüşünün təfərrüatı məlum oldu: Münhendə nələr danışılıb?
13:51, Bu gün
Azərbaycanda “Hökumət buludu”na miqrasiya olunan dövlət qurumlarının sayı açıqlandı
13:48, Bu gün
Azərbaycanın FIFA referisi Türkiyə millisinin oyununa təyinat aldı
13:40, Bu gün
Avtomobilin şüşəsini sındıraraq pul kisəsini oğurladı - FOTO + ANBAAN VİDEO
13:36, Bu gün
Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur
13:35, Bu gün
“Kənd” sözünün mənşəyi haqqında maraqlı ARAŞDIRMA üzə çıxdı...
13:31, Bu gün
Hərbi ekspertdən XƏBƏRDARLIQ: Bu məsələni belə qoymayacağıq… – VİDEO
13:28, Bu gün
"Deyirəm, keçmişimdən sual vermə, verir, elə etmə ki..." - Aysundan Zaur Kamala SƏRT SÖZLƏR
13:27, Bu gün
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - FOTO
13:26, Bu gün
Samir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim etdi
13:24, Bu gün
Ukraynanın işğalından sonra əsas HƏDƏFLƏR – ŞƏRH + XƏRİTƏ
13:20, Bu gün
Bakıda avtobus sürücülərinin “ölüm yarışı” - VİDEO
13:17, Bu gün
İranda keçmiş dövlət rəsmilərinin şikayət etdikləri qadın jurnalist həbs olunub - FOTO
13:15, Bu gün
Fermerlərə hansı şərtlə güzəştli kredit veriləcək? - Komitə sədrindən AÇIQLAMA
13:13, Bu gün
Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLADI
13:10, Bu gün
Türkiyənin milli müdafiə nazirinin müavini hərbi institutu ziyarət etdi - FOTO/VİDEO
13:05, Bu gün
Rafael İsgəndərov: “Rəhmətə getdi və bizi yetim qoydu” - VİDEO
13:02, Bu gün
Təranə Səmədova yenidən hakim qarşısına çıxarılır
13:00, Bu gün
Cari ilin ilk görüşü - FOTOLAR
12:58, Bu gün
Babək prospektində QƏZA - 2 avtomobil bir-birinə çırpıldı - VİDEO
12:56, Bu gün
Dəm qazından ölən qadın müəllim imiş - FOTO
12:52, Bu gün
Ali Məhkəmə Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul etdi
12:48, Bu gün
Sükan arxasında ürəyi tutdu, avtomobili dayanmış maşına çırpıldı - ANBAAN VİDEO
12:44, Bu gün
Bu peşələr sıradan çıxır, iş tapa BİLMƏYƏCƏKSİNİZ - Abituriyentlərin DİQQƏTİNƏ!
12:40, Bu gün
Sabahın HAVA PROQNOZU: Şaxta olacaq, bəzi yollar buz bağlayacaq
12:35, Bu gün
Müəllim 15 yaşından kiçik şagirdə 16 dəfə TƏCAVÜZ ETDİ - FOTO
12:32, Bu gün
İsmayıllıda dəhşətli qəza: Yük maşınları toqquşdu - VİDEO
12:31, Bu gün
Beş rayona prokuror təyin olundu
12:28, Bu gün
Gəncədə təhlükəli avtokranın fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
12:25, Bu gün
Gənc oğlan sevgilisinə söz atan taksi sürücüsünü bıçaqladı - CƏZA
12:21, Bu gün
İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alındı - FOTO
12:19, Bu gün
Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb
12:16, Bu gün
DYP-dən səhhətində ciddi problemlər olan sürücülərə MÜRACİƏT
12:13, Bu gün
Qərb dairələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır - RƏY + FOTO
12:07, Bu gün
Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşdü
12:05, Bu gün
Peru Konqresi Xocalı Soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib - FOTO
12:03, Bu gün
Hadisə özündən 10 yaş kiçik sevgilisi ilə dodaq-dodağa - VİDEO
12:01, Bu gün
Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıblar - VİDEO
11:59, Bu gün
"Bakıda bir çox kanalizasiya xətləri yararsız vəziyyətdədir" - Azay Quliyev
11:59, Bu gün
Abşeronda çərşənbə tonqalından çıxan alov avtomobili külə döndərdi - VİDEO
11:55, Bu gün
Azərbaycanın 9 boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mübarizə aparacaq
11:50, Bu gün
BDU və “Veysəloğlu Şirkətlər Qrupu” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
11:45, Bu gün
Bakıda 40 manat borc pula görə tanışını bıçaqlayan şəxslə bağlı QƏRAR
11:35, Bu gün
Azərbaycan alman şirkətləri ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq edəcək - FOTO
11:30, Bu gün
Aqrar Sığorta Fondu BDU-nun müəllim-tələbə heyəti ilə görüş keçirib - FOTO
11:25, Bu gün
Beşinci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə! - FOTO
11:20, Bu gün
BDU əməkdaşlarının monoqrafiyası “Amazon” platformasında 6 dildə satışa təqdim edilib
11:15, Bu gün
Paşam var olsun!
GÜNLÜK
27 Feb 2024 | 18:32
Bakıda ŞOK HADİSƏ: Qəbiristanlıqda qazıntı zamanı… - VİDEO
27 Feb 2024 | 18:48
Kamil bu dəfə Hacı Nuranı bağışladı: “Başıma iş gələn gün...” - FOTO
27 Feb 2024 | 17:37
“Bu insanların bir çoxu utandığından kimə müraciət edəcəyini bilmir”
27 Feb 2024 | 23:24
Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO
27 Feb 2024 | 18:50
Yazda şanslı olacaq 3 BÜRC – Onları yeniliklər gözləyir
27 Feb 2024 | 20:12
İşğal altındakı 8 kənd və Zəngəzur dəhlizi açıqlaması - XƏBƏRDARLIQ
27 Feb 2024 | 17:15
Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır - RƏY + FOTO
27 Feb 2024 | 18:05
Komitə sədrindən HƏYƏCAN TƏBİLİ: “Ana südü ilə qidalanan uşaqların sayı azalır”
27 Feb 2024 | 18:13
“Əsrin seks qalmaqalı”nın “zərərçəkən”i Monika Levinski 25 ildə necə dəyişib... - FOTO
27 Feb 2024 | 17:49
Tacikistan nümayəndə heyəti DOST Mərkəzində olub - FOTO
HƏFTƏLİK
23 Feb 2024 | 13:25
Maaş və pensiyalar yenidən artacaq? - Nazirlikdən CAVAB
24 Feb 2024 | 13:15
“Böyüyümdür, nə etməli idim?” - Nüşabə Ələsgərli xalq artisti ilə yayılan ARXİV görüntüsündən danışdı - VİDEO+ÖZƏL
26 Feb 2024 | 09:31
“Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər, Allahverdi Bağırov ona dedi ki, qızları...”-Xocalının 8 günlük əsiri-FOTO+ÖZƏL
26 Feb 2024 | 08:00
“Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da onu günlərlə tanımamışıq”-ÖZƏL+FOTO
27 Feb 2024 | 09:32
“Heç kimə demirdim ki, “Uzundraz Oqtay” mənəm”- məşhur filmin qəhrəmanı-EKSKLÜZİV
21 Feb 2024 | 18:08
Bankdan dollar almaq istəyənlərin diqqətinə - VİDEO
22 Feb 2024 | 19:02
“Efirlərimiz eyni filmləri göstərir...”-Xalq artistindən ETİRAZ-FOTO+ÖZƏL
23 Feb 2024 | 00:24
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib - YENİLƏNİB
23 Feb 2024 | 09:49
Məşhur aktyor: “Azərbaycan deyəndə göz önümdə qardaş canlanır, Oktay Kaynarca ilə 35 ildir dostuq”-EKSKLÜZİV
24 Feb 2024 | 19:01
Azərbaycanda xanım həkimə yüksək VƏZİFƏ VERİLDİ
AYLIQ
27 Feb 2024 | 18:32
Bakıda ŞOK HADİSƏ: Qəbiristanlıqda qazıntı zamanı… - VİDEO
27 Feb 2024 | 18:48
Kamil bu dəfə Hacı Nuranı bağışladı: “Başıma iş gələn gün...” - FOTO
27 Feb 2024 | 17:37
“Bu insanların bir çoxu utandığından kimə müraciət edəcəyini bilmir”
27 Feb 2024 | 23:24
Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO
27 Feb 2024 | 18:50
Yazda şanslı olacaq 3 BÜRC – Onları yeniliklər gözləyir
27 Feb 2024 | 20:12
İşğal altındakı 8 kənd və Zəngəzur dəhlizi açıqlaması - XƏBƏRDARLIQ
27 Feb 2024 | 17:15
Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır - RƏY + FOTO
27 Feb 2024 | 18:05
Komitə sədrindən HƏYƏCAN TƏBİLİ: “Ana südü ilə qidalanan uşaqların sayı azalır”
27 Feb 2024 | 18:13
“Əsrin seks qalmaqalı”nın “zərərçəkən”i Monika Levinski 25 ildə necə dəyişib... - FOTO
27 Feb 2024 | 17:49
Tacikistan nümayəndə heyəti DOST Mərkəzində olub - FOTO