Son vaxtlar dünyada
baş verən hadisələr bəşəriyyətin təhlükəsizliyini, planetin 7
milyardlıq nüfuzunu təhdid etdiyi üçün hər kəs narahatdır. Dünyanın dörd bir
yanında baş verən qırğınlar, qətliamlar, tökülən günahsız insan qanları hər kəsdə
sual doğurur- niyə kimisi ölkəsinin, regionunun lideri olmaq üçün
insanlığını beş quruşluq edir, kimisi məhşurluq qazanmaq üçün
əxlaqını, mənəvi dəyərləri unudur ? Cavab o qədər də çətin deyil-dinlərarası
savaş. Yəqin bu gün çoxlarını ilk növbədə bu sual düşündürür- “Ərəb
baharı” adı altında ərəb ölkələrini bürüyən qara buludlar nə
vaxt çəkiləcək ?Axı bu zavallı topluma belə bahar lazım deyildi. Bunun harası
bahar oldu ki,az qala bütün ərəb coğrafiyasında qan su yerinə axır? Cidanı
çuvalda gizlətmək olmaz, illah da iyirmi birinci əsrdə. Əslində bütün
bunlar “ərəb baharı” adı altında islam dininə qarşı ortaya
atılmış məkrli xristian hiyləsidir, islamdan güc alan müsəlmanların
baharını zimistana döndərməkdir...
Son vaxtlar
Türkiyədə Gezi parkında və Misirdə baş verən hadisələr bir daha sübut etdi ki,
islam dininin güclənməsi xristian aləmini bərk narahat etdiyindən Qərbin bəlli
paytaxtlarında çeşidli ssenarilər hazırlanır. Misirdə qardaş qırğını yaşanarkən
Hüsnü Mübarəkin məhkəmə prosesinin ildırım sürəti almasının ardından qəfil
azadlığa buraxılması islam dünyasındakı ziddiyyətləri daha da
dərinləşdirməyə, Yaxın Şərqi qaynar qazana döndərməyə hesablanmış bir ssenari
deyildimi? Ortaya belə bir sual çıxır, əgər Hüsnü Mübarəki belə asanlıqla,
sanki bir mələk kimi günahsız şəkildə, 30 illik qanlı idarəçiliyini
maskalayaraq azad edəcəkdinizsə, bu hoqqalar kimə və nəyə lazım idi? Niyə
minlərlə günahsız insanı qanına qəltan etdiniz ? Budurmu sizin demokratiya?
Gorun çatlasın, Qəddafi, əgər xortlasaydı əli qanlı diktator
həmkarına-Misirin sonuncu fironuna həsəd aparardımı görəsən? Yəqin ki, bu suala
ən dolğun cavabı elə onun özü verərdi. Hər halda azadlığa çıxması həbsdə
yatmasından betər olsa da Misir fironu Liviya cəlladı kimi rüsvayçı ölümlə
üzləşmədi. Belə bir ucuz və rüsvayçı ölüm Azərbaycan ərazilərində misilsiz
qəddarlıq törədən bütün erməni cəlladlarına nəsib olmalıdır. Xüsusən də əli
yüzlərlə günahsız xocalının qanına batmış indiki Ermənistan prezidenti Serj
Sərkisyan Müəmmar Qəddafinin miskin taleyini yaşamalıdır. O zaman ilahi
ədalətin zəfərindən danışmaq olar. Yeri gəlmişkən, namərd
qonşularımızdan-ermənilərdən danışarkən dünyaca məhşur amerikalı aktrisa,
hollivud ulduzlarının ulduzu Ancelina Colinin bir müddət öncəTürkiyədəki Suriya
qaçqınlarını ziyarət etməsi diqqətimi yaman cəlb etmişdi. BMT-nin xoşməramlı
səfiri qismində qardaş ölkəyə təşrif buyurmuş olsa belə bu səfər də başdan
ayağa Qərbin antiislam projesinin tərkib hissəsiydi. Günlərin bir günü həmin bu
ulduzun sorağı erməni tapdağında olan Azərbaycan torpaqlarından gəlsə də
təəccüblənməməliyik. Çünki dünya yavaş-yavaş erməniləşir, azğınlaşır. Qərbin
xeyir-duasıyla Misirdə hərbi çevriliş edərək “Müsəlman qardaşları”nın
rəhbərlərinə divan tutmaqla əslində müqəddəs kitabımızda bütün müsəlmanların
bir-birinə qardaş olduqlarının buyrulmasını xristian aləminin həzm edə
bilmədiyini ortaya qoydular. Yəni islam dininin gücünü azaltmaq üçün müsəlmanın
bir-birinə qardaş olmasına imkan verilməməli. Ancaq ermənilərdən onlara qardaş
olar, çünki eyni bezin qıraqlarıdır. Nə yazıq ki, bizləri bir-birinə
qırdıranlara özümüz də bəhanə veririk. Ayılmaq və anlamaq bu qədərmi zor...!?