"Dövlət maliyyəsinin çoxunu təmir-tikintiyə qoymaqla uzağa getmək olmaz"
Oxunub: 3814
01 Dec 2018 | 13:00
Moderator.az millət vəkili Əli Məsimli ilə müsahibəni təqdim edir:

- Milli Məclisdə büdcə müzakirələri başa çatdı. Sizcə 2019-cu ilin “Büdcə Zərfi”nin müzakirəsi əvvəlki illərdəkindən daha çox nə ilə fərqləndi?    

-2019-cu ilin dövlət büdcəsi layihəsi özündən əvvəlki illərlə müqayisədə, iqtisadi artımın 3,6 faiz, inflyasiyanın 3,8 faiz, manatın məzənnəsinin 1,70 manat, eləcə də neftin qiymətinin 60 dollar proqnozları əsasında tərtib edilib. Gələn ilin büdcəsinin reallaşdırılması əvvəlki illərlə müqayisədə daha geniş miqyaslı islahat xarakterli tədbirlərlə müşayiət olunacaq. Bu özünü vergilər və pensiya sahəsində daha qabarıq göstərəcək. Bu dəfəki büdcə müzakirələri əvvəlki illərlə müqayisədə 3 oxunuşdan keçdi, aktivlik dərəcəsinə görə əvvəlki illərdəkindən fərqləndi. Deputatların bütün təklifləri olmasa da, hər halda əvvəlki illərlə müqayisədə nisbətən daha çox təklifləri nəzərə alındı və onları həyata keçirməkdən ötrü əvvəlki illərdəkindən daha çox əlavə vəsait də ayrıldı. Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırıldı. 

-Bununla belə, büdcə müzakirələri zamanı bildirdiniz ki,  2019-cu ilin büdcəsi də özündən əvvəlki illərin bir sıra problemlərini daşımaqda davam edəcək və xeyli problem sadaladınız. Onların arasında hansıları daha ciddi hesab edirsiz? 

-Büdcənin tərtibində, gəlir və xərclərinin strukturunda, eləcə də icrası prosesində çatışmazlıqlar yetərincədir. Onların arasında üçünü daha ciddi hesab edirik:

Birincisi, büdcənin neft amilindən asılılığının aradan qaldırılmasında ardıcıl siyasətin olmaması. 2016 və 2017-ci illərdə Neft Fondundan transferlərin azaldılması xətti götürülmüşdü. 2015-ci ildəki 8,1 milyard manatdan 2017-ci ildə 6,1 milyard manata endirilmişdi. Bu il Neft Fondundan transferlər 10995 milyon manata, gələn il isə 11364 milyon manata qədər artırılır. Yəni gələn ilin büdcəsi Neft Fondundan iri transfertlər hesabına artırılır və deməli büdcəmiz dünya neft bazarının konyukturundan asılı vəziyyəti daha da güclənəcək. Bu hal, müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatında uzun illər neft amilinin dominant rolundan doğan bir reallıqdır. Ona görə də, təbii ki, ehtiyac yarananda Neft Fondundan büdcəyə transferlər etmək lazımdır. Amma bunun bir optimal ölçüsü və həmin vəsaitdən səmərəli istifadənin ciddi nəzarət mexanizmi olmalıdır.

İkinci əsas çatışmazlıq ondan ibarətdir ki, 2018-ci ilin büdcəsi kimi 2019-cu ilin büdcəsi də infrastruktur və sair layihələrin reallaşdırılması vasitəsilə makroiqtisadi sabitliyin qorunmasına yönəldilsə də, iqtisadi artımın sürətəndirilməsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə əlaqəsi zəifdir. Belə yanaşma büdcə proseslərinə konservativ yanaşmadır və yeni çağırışları tam nəzərə almadan, yaranmış situasiyanın sadəcə qorunub saxlanılmasına hesablanıb. Belə yanaşma yeni çağırışlara tam cavab vermədiyindən getdikcə riskli olacaq. Çünki infrastruktur layihələrinə, xüsusən də təmir-tikintiyə yönəldilən vəsaitin səmərəlilik dərəcəsi yetərli səviyyədə deyil. Bu sahədə obyektiv nonitorilər aparıb, dövlət xərcləmələrini nəticəliliyi aşağı yox, yüksək olan sahələrə yönələtmək lazımdır. Mövcud üsulun xərci hamıdan çox, səmrəsi isə az olduğundan, sosial sahəyə ayrılan vəsai də yetərli olmur və əhalinin güzəranına nəzərəçarpan təsir göstərə bilmir. Əhalinin gəlirlərində əmək haqqının payı Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33faiz təşkil edir. Büdcənin sırf sosial xərcləri Rusiyada 36 faiz, Qazaxıstanda 44 faiz, Belarusda -46 faiz , Özbəkistanda 54 faiz, Azərbaycanda isə 26 faizdır.

Belə bir bölgü şəraitində sosial məsələlər əgər bundan sonra da qəbul olunan qanunların tələbləri əsasında yox, aidiyyatı sahələrin məmurlarının mülahizələri əsasında tənzimlənməkdə davam ediləcəksə, onda müstəqillik illəridə postsovet və postkommumist məkanında ən yüksək templərlə artan, təkcə son 15 ildə iqtisadiyyatına 250 milyard dollara yaxın sərmayı qoyulan və iqtisadiyytı 3 dəfədən çox böyüyən, Azərbaycan yerləşdiyi regionda potensialı bizdən müqayisəyəgəlməz dərəcədə aşağı olan digər iki ölkə ilə müqayisədə əmək haqqı sahəsində ausayderə çevriləcək. 

Buna qətiyyən yol vermək olmaz! Buna yol verməməkdən ötrü, digər şərtləri yerinə yetirməklə yanaşı, həm də sosial məsələlər aidiyyatı sahələrin məmurlarının mülahizələri əsasında tənzimlənməsi praktikasından qanunlar əsasnda tənzimləməyə keçmək lazımdır.

Üçüncüsü, dövlət maliyyəsinin əsas məqsədlərindən biri innovasiyalara əsaslanan iqtisadi artımım stimullaşdırılması olduğundan, büdcə xərclərinin strukturu elə olmalıdır ki, məhsuldar xərclər qeyri məhsuldar xərcləri üstələsin ki, növbəti illərdə də qeyri məhsuldar xərcləri artırmaq üçün iqtisadi faliyyətin səmərəliliyindən qaynaqlanan bazalar olsun. Bu baxımdan büdcə xərcləmələrinin strukturunu və təmir-tikintiyə daha çox vəsit ayrılması variantını məqbul hesab etmirik.Büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə, səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulmalıdır. Ona görə də büdcə xərcləmələrində etibarlı bir məsuliyyət, nəzarət, şəffaflıq, monitorinq və hesabatlılıq mexanizmi tətbiq olunmalıdır.

-Büdcə müzakirələrində qaldırılan məsələrə münasibət bildirərkən maliyyə naziri qeyd etdi ki, millət vəkillərinin təklifləri əsasında büdcəyə dəyişiklik edilib və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir. Nazir onu da qeyd etdi ki, millət vəkilləri hərəfindən irəli sürülən təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır.Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq....

- Təbii ki, büdcə müzakirələri zamanı irəli sürülən bütün təklifləri həyat keçirmək üçün zəruri olan maliyyə təminatını bir ilin icində həll etmək olmaz. Amma elə məsələlər var ki, onların həllinin bundan sonra da gecikdirilməsi həm əhaliyə və dövlətə ciddi zərbədir, həm də onun mürəkkəbləşmiş həllinə əvvəlkindən daha çox xərc çəkmək lazım gələcək.Unutmayaq ki, hökumətin və Milli Məclisin ən mühüm missiyası öz fəaliyyətləri ilə davamlı sosial-iqtisadi tərəqqiyə və insanların rifahının yüksəlməsinə xidmət etməkdir. Bəli, məlumat verildi ki, millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır.Məsələnin o biri tərəfi də var.... Büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalardan və gözlənilən artım hesabına baş tutacaq.Bu yaxşı haldı...Amma büdcəyə daha iri məbləğlı vəsaitlər cəlb etməkədən ötrü başqa mənbələr də var. Hər il büdcə müzakirələri zamanı biz həmin mənbələr barədə danışırıq.Bu ilki büdcə müzakiriləri zanmanı təkcə bizim göstərdiyim maliyyə mənbəmələri üst-üstə gəlinib tədricən işə salınsa, 10 milyard manatdan çox əlavə vəsait alınar. Deməli imkan yetərincədir və həmin mənbələri də işə salmaq lazımdır. 

-Büdcə müzakirələri zamanı daha çox təklif irəli sürən millət vəkillərindən biri kimi hansı təkliflərinizin daha tez reallaşdırılmasını istərdiz?

-Hesab edirik ki, sosial sahədə yaranmış vəziyyət "əhalinin güzaranı daha da yaxşılaşıb” kimi, xüsusən devalvasiyadan sonra yoxsul, qismən də ortabab təbəqəyə aidiyyatı olmayan prizmadan yox, hazırkı real durum baxımından hökumətdə ciddi təhlillər aparılmalıdır. Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin və digər hökumət qurumlarının gələn il və yaxın illər üçün konkret SOSİAL HƏDƏFLƏR müəyyənləşdirməsinə və onları reallaşdırmaqdan ötrü SOSİAL TƏŞƏBBÜSLƏRLƏ çıxış etməsinə ehtiyac var:

1.Müstəqillik illərində Azərbaycan iqtisadiyytı postkommunust və postsovet məkanında ən sürətlə artan iqtisadiyyatdır.Hətta neft bumu mərhələsində 2011-ci ilə qədər Azərbaycan iqtisadiyyatının orta illik artım templəri dünya orta artım temini 5-6 dəfə üstələyirdi.Ondan sonra isə artım tempimiz zəifləyib və son 2 ildə əks proses nəticəsində dünya orta artım teminidən 5-6 dəfə geri qalır.Gələn ildən bu geriliyi aradan qaldırmaqdan ötrü(buna real şans var), digər şərtlərlə yanaşı, həm də büdcədə nəzərdə tutulan investisiya xərclərinin multiplikativ effekti iqtisadi artım templərinin yüksəldilməsinə xidmət etməlidir ki, əhalinin güzəranın yaxşılaşdırılmaısna əlavə vəsait yaransın.Yəni bu çatışmazlıq aradan qaldırılmalıdır ki, büdcəmiz həm iqtisadi artım templərinin sürətləndirilməsinə həm də aztəminatlı təbəqənin güzəranının yaxşılaşmasına nəzərəçarpan dərəcədə təsir edə bilsin.

2.Azərbaycanda milli gəlirin bölgüsündə ədalət prinsipini təmin etmək lazımdır. MDB-nin 3 əsas enerjidaşıyıcılı ölkəsini müqayisə etdikdə görürük ki, Qazaxıstanda ÜDM-in(yeni yaradılan dəyərin) 30 faizindən çoxu, Rusiyada- 45 faizindən çoxu, Azərbaycanda isə 20 faizindən azı əməyin ödənilməsinə gedir. Ona görə də son illər regionda iqtisadi atımın tempi ilə yanaşı, əmək haqqının səviyyəsinə görə də ausayderə çevrilmək riski ilə üzləşmişik. Buna qətiyyən yol vermək olmaz. Ona görə də hökumət 2020-ci ilin sonunadək orta əmək haqqının səviyyəsinə görə regionda 1-ci, MDB məkanında 2-ci olmaq kimi hədəf götürməli və innovasiyalı iqtisadi inkişafı təmin etmək, milli gəlirin bölgüsündəki ədalətsizliyi aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, dövlət vəsaitlərinin bir hissəsinin korrupsiyaynın yeminə çevrilməsinin qarşının alınmasının sffektiv mexanizmini tətbiq etmək, kölgə iqtisadiyyatının dairəsini məhdudlaşdırmaq, qanundan yuxarıda duranları qanunlara əməl etmməyə vadar etmək, buna məhəl qoymayanları kənarlaşdırmaq, qanunla müəyyən olunan cəzasını vermək və beynəlxalq təcrübədən məlum olan digər üsulların effektiv kombinasiyası əsaınada buna nail olmalıdır.Mövcud ədalətsizliklər və özbaşınalıqlar vaxtında aradan qaldırılmalıdır ki,məmurun milyardlar talaması işdən çıxandan sonra yox, əsl zamanında aşkarlansın.

3.2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 541 manat olmuşdur.Amma bu orta statistik rəqəmdir, çoxunun aylıq gəliri bundan aşağıdır. Neft sektorunsa orta əmək haqqı 3200 manatdan yüksək, qeyri-neft sektorunda isə 480 manatın altındadır.Maliyyə sekrorunda çalışanın orta maaşı 1600 manatdan yüksəkdir.Rəsmi statistika dövlət sektorunda çalışanların maaşalarını 1400 manatın altında,özəl sektorda çalışanların maaşlarını isə 1600 manata yaxın göstərsə də, bu da orta statistik rəqəmdir və hər iki sektorda 300- 500 arası əmək haqqı alanlar da xeyli saydadır. Doğrudur, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artıb və onların orta aylıq əməkhaqqı 500 manata çatıb.Amma ümumilikdə götürdükdə təhsildə maaş orta hesabla 360 manat, səhiyyədə -250 manat ətrafındadır. 

Üç il bundan əvvəl əmək haqqının orta səviyyəsinə görə.Gürcüstanı da saysaq, MDB məkanında 3-cü-4cü yerdə olurduq.İndi 6-cı yerdəyik.Əmək haqql sahəsində önə keçməkdən ötrü, alternativi olmayan innovasiyalı inkişaf yoluna çıxıb iqsisadı artım templərini yüksəltmıliyik ki, yüksək əmək haqqına da iqtisadi zəmin yaransın.İslahatlar sistemli aparılsa, gələn il Azərbaycanda iqtsadi artım tempi bu ilkindən nəzərəçarpan dərəcədə yüksək, əks halda proqnoz göstəricisindən aşağı ola bilər.Bununla yanaşı büdcə təşkilatlarında çalışanların, müəllimlərin, həkimlərin, elm, mədəniyyət sahəsində, dövlət stukturlarında çalışıb az maaaş alanların maaşları artırılmalıdır. Bununla yanaşı qeyri-dövlət sektorunda ikili mühasibatın və əmək haqqının az hisssini sənədlərdə rəsmən göstərib, qalanını isə konvertdə vermə praktikasını aradan qaldırmaq lazımdır. Çünki konvertdə maaş alanlar həm ölkənin rəsmi elan olunan orta əmək haqqı göstəricisini aşağı salır, həm də ipotekadan yaralana bilmirlər, pensiyaya çıxanda isə aşağı pensiya alacaqlar.

4. Artıq üçüncü ildir ki, xarici valyutada olan problemli kreditlərə güzəştin verilməsi məsələsi gündmdə olsa da, bu problem öz həllini tapmayıb. Bununla bağlı biz deputat həmkarm Vahid Əhmədovla birlikdə Təkliflər Paketi hazırlayıb təqdimetmişik. Mülki Məcəllədə göstərilib ki, öhdəliklər icra edilə bilmirsə, ona xitam verilir. Icra haqqında qanunda deyilir ki, hər hansı məhkəmə qərarının icrası mümkün deyilsə, ona xitam verilir. Yəni borc silinməlidir. Xarici valyutada olan problemli kreditlərə güzəştin verilməsi məsələsinin həllinin bu qədər uzanmasına görə dövlət müəyyən məsuliyyət daşıyır. Ona görə də 2019-cu ilin sonunadək xarici valyutada olan kreditlərlə bağlı obyektiv araşdırmalardan sonra əhaliyə dövlət və banklar səviyyəsində güzəştlərin edilməsi, ödəniş qabiliyyıti olmayan imkansız şəxslərin borclarının isə silinməsini zəruri hesab edirik. 

5.Dövlət maliyyəsinin çoxunu təmir-tikintiyə qoymaqla uzağa getmək olmaz.Bu öz məqbul meyarları çərçivəsinə salınmalı və gələcəyə də sərmayə qoymaq lazımdır. Gələcəyə sərmayə qoyuluşu daha çox insan kapitalına yönəldilməli, yeni doğulan uşaqdan başlayıb, təhsilə, elmə, innovasiyalara doğru hərəkət etməlidir. 

Xeyli ailələrdə uşaqların qidalanması üçün maddı imkan zəifdir. Bu isə uşqaların fiziki və psixi cəhətdən sağlam böyüməsinə mane olur. Belə vəziyyət millətin gələcəyi üçün təhlükə mənbələrindən biridir.Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, ailələrin sosial ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycanın inkişafı deməkdir.Uşaqpullarının birdəfəlik məbləğnı tədricən uşaqlar üçün yaşayış minimumunun iki, üç və sair mislinə çatdırmaq və 2020-ci ildən müəyyən yaşa qədər uşaqlara uşaqlar üçün yaşayış minimumunu əsas götürməklə müavinət verilməsini zəruri hesab edirik.

6.Məşhur bir kəlamda deyildiyi kimi, bir milləti məhv etmək üçün atom bombasına ehtiyac yox, onun təhsili iflasa uğratmaq kifayətdir.Təhsilin iflası-millətin iflası deməkdir. Təhsil sahəsində aparılan mütərəqqi islahatların hər addımı dəstəkləyəcəyik. Bununla belə təhsil sistemimizin rəqabət qabiliyyətliyini təmin etməkdən ötrü hələ çox iş görmək lazımdır. Universitetlərdə təhsil alan tələbələrin hər 3 nəfərindən 2-si(s0n illər bi rəqəm daha da atrıb) ödənişli əsaslarla təhsil alır.Orta əmək haqqının 550 manat, xeyli insanın 200-300 manat maaş aldığı şəraitdə təhsil haqqlarınin yuxarı həddi 5 min manata çatır.Dövlt ali məktəblərində də ödənişli təhsil xeyli artıb. Ya dövlət ali məktəblərində təhsil pulsuz olmalı, ya da Azərbaycanda da təhsil cəmiyyətini formalaşdıran Boloniya sisteminə keçən əksər olkələrdə olduğu kimi, bizdə də təhsil kreditləri mexanizminin tətbiq dairəsi genişlndirilməlidir. Bir ilə 25-28 faizə təhsil krediti olmaz.Bu istehlak kredinin çevrilmiş formasıdır. Hər il minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarlaşdırılır.Təhsil Strategiyasinda göstərildiyi kimi, gələn ildən Təhsil kreditlərinin tətbiq dairəsini genişləndirmək və yaxın illərdə onun əhatə dairəsini yoxsul ailələri əhatə etmə səviyyəsinə çatdırılmaısnı zəruri hesab edirik.

7. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır və ÜDM-in cəmi 0,16 faizni, büdcəninisə 0,5 faizinini təşkil edir. Milli Elmlər Akademiyasında çalışan kiçik elmi işçi tarif dərəcəsindən asılı olaraq 227-240 manat,elmi işçi-240-267 manat, böyük elmi işçi-207-306 manat maaş alır. Nə qədər ki, gənc elmi işçilər ailə qurmayıb, bəlkə də belə aşağı maaşa qane olub, işləyirlər.Ailə qurandan sonra görəcəklər ki, aldıqları maaş heç uşağın yeməyinə belə çatmır.Belə şəraitdə Azərbaycan elminin problemi alimindən daha çox maliyyəsindədir deyə, ciddi islahatlar aparmaq şərtilə eli işçilərin əmək haqqlarının artırılması problemi də həll etmək lazımdır. İslahatlar yolu ilə elmin iqtisadiyytala inteqrasiyasına nail ola bilsək, həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox, bir sıra hallarda isə hətta “birə-on” nisbətində gəlir gətirəcək.
Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb