Rusiyadakı ÜAK-ın ləğvindən sonra bu ölkədəki Ümumrusiya Özbəkistan Konqresinin də fəaliyyəti yasaqlanıb.
Maraqlıdır, Rusiyanın ard-arda iki türk dövlətinin diaspor təşkilatının fəaliyyətini yasaqlaması bu ölkənin əsrlər boyudur apardığı anti-türk siyasətinin növbəti mərhələsi hesab oluna bilərmi?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Rusiyanın şovinist siyasətindən hələ də əl çəkmədiyini vurğuladı:
“Rusiyada iqtisadi vəziyyət pisləşdikcə, ətrafındakı çəmbər daraldıqca şovinizm də eyni şiddətlə artır. Ruslar Azərbaycan və Özbəkistanı Türkiyə ilə yaxın münasibətlərinə görə cəzalandırır. Ancaq undurlar ki, bu hərəkətləri ilə onsuz da pisləşməkdə olan vəziyyətlərini bir az da mürəkkəbləşdirirlər. Rusiya məcburən Türkiyə ilə “dost”dur. Əslində isə Pyotrun vəsiyyətinə sadiqdirlər. Türkiyənin güclənməsi Rusiyanı da ciddi şəkildə narahat edir. Bu narahatlıqlar da səhv addımları atmalarına səbəb olur”.
Seymur Əliyev