İrandakı prezident seçkilərində bir mollanı başqa bir molla əvəz elədi. Yeni mollanın əvvəlki mollalardan fərqi ondadır ki, bu molla əvvəlki mollalarla müqayisədə daha qəddardır, daha çox qaniçəndir, Azərbaycan türklərini isə görən gözü yoxdur.
O, uzun illər İranın hüquq-mühafizə sistemində müxtəlif vəzifələrdə çalışaraq “repressiyalar və qətliamlar kralı” kimi tanınmış birisidir. Kİm seçdi bu başkəsən mollanı prezident kürsüsünə? Əlbəttə ki, bu seçimi milli mənsubiyyətindən asılı olmayaraq İran vətəndaşları etdilər! İranda doğrudan da seçki saxtakarlığı olmur. Bu molla həqiqətən xalqın səsi ilə seçilib. Hər xalq özünün seçdiyi prezidentə layiqdir. İranın yeni prezidenti İbrahim Rəisi də İranda ona səs verən hər kəsə layiqdir. Əgər İran vətəndaşları əsassız edamlardan və ümumiyyətlə, repressiyalardan zövq alırlarsa, buna sayğı ilə yanaşmaqdan başqa çarə qalmır...
Fikrət Yusifov, sabiq maliyyə naziri