İlham Əliyev və Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər - TAM MƏTN + FOTO
Cəmiyyət
Oxunub: 837
21 Oct 2021 | 12:29
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər - TAM MƏTN + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
 
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: 
 
“Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər”.
 
Milli Məclisin deputatı İmamverdi İsmayılov: “Cənab Prezident, sağ olun. Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, icazə versəydiniz, Sizi qədim Zəngəzurumuzun bu dilbər guşəsi olan Zəngilanda salamlayardıq. Siz bizi artıq məcburi köçkünlükdən çıxarmısınız. Zəngilan çox bərəkətli torpağa malik olan bir diyardır, gözəl meşələri, təbii sərvətləri, filiz yataqları, çayları və dünyada ikinci, Avropada birinci olan təbii çinar meşələri - saymaqla qurtaran deyil. Amma cənab Prezident, vaxt var idi ki, biz gəlirdik Horadizə, sonra da Cocuq Mərcanlıya, oradan həsrətlə boylanırdıq öz yurdumuza. Amma taleyin hökmünə bax, dünən ayağımızla gələ bilmədiyimiz, maşınımızla gələ bilmədiyimiz diyarımıza indi hətta müasir hava limanı olan təyyarələrimizlə gələ bilirik. Çox sağ olun, var olun. Arzularımızdan Qarabağdakı reallığa gəldik. Gördüklərimiz düşüncələrimizi çox geridə qoyub. Bu gün ulu öndərimiz, böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin ruhu şaddır. Çünki zəngilanlılar Heydər Əliyevin xilaskarlıq missiyasını heç vaxt unutmurlar və unutmayacaqlar. Əgər o, böyük tarixi şəxsiyyət olmasaydı, 1993-cü ildə zəngilanlılar özünü Araza vurar, yolları hər yerdən bağlanmış və Araza qərq olmuş camaat növbəti Xocalı sakinlərinin taleyini yaşayacaqdı. İndi taleyin ədalətli məntiqinə baxın. Heydər Əliyev zəngilanlıların xilaskarı oldu, Siz isə Zəngilanın xilaskarı oldunuz”.
 
Prezident İlham Əliyev: “Sağ olun. Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.
 
Amma indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi.
 
Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.
 
Sakin: “Cənab Prezident, dünyanın bir çox aparıcı dövlətləri indi Azərbaycanın hərb modelini öyrənir. Özü də o model ki, Zəfər tarixi modelidir və dərsliyə düşüb. Siz Qarabağın və Zəngəzurun xilaskarı, Ali Baş Komandan kimi Azərbaycan dövlətini də, Azərbaycan Ordusunu da, Azərbaycan xalqını da müzəffər edən tarixi şəxsiyyət olaraq öz adınızı tarixə qızıl hərflərlə yazdırdınız”.
 
Prezident İlham Əliyev: “Sağ olun”.
 
Sakin: “İyirmi birinci əsrdə indiyədək görünməmiş tarixi möcüzə yaratdınız. Bu Qələbənin müəllifi, memarı özünüzsünüz. Ona görə də biz hamımız, bütün Azərbaycan xalqı Sizi çox istəyir və qəlbən sevir”.
 
Prezident İlham Əliyev: “Sağ olun. Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq. Mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq, paralel olaraq təbiətin qorunması, çayların qorunması. Bilirsiniz ki, Oxçuçayı ermənilər nə günə qoymuşlar. Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Biz bu çayları təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik.
 
Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub”.
 
Sakin: “Cənab Prezident, xatırlamasam, günah olar, bizim Zəngilan rayonunun ərazisində böyük Mincivan stansiyası yerləşirdi. Sovetlər dönəmində oraya hansı qatarlar gəlmirdi - Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan. O qatarlar bizim arzularımız idi. Bu yerlərin, yurdların insanları öz vaxtını, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdular. İndi Siz Azərbaycanın dəmir yollarını Zəngəzura və dünyaya açırsınız. Tezliklə o yollarla böyük qatarlar gələcək. Bu qatarlar Azərbaycanı dünya ilə qovuşduracaq. Bu da Sizin böyük quruculuq əzminizdən xəbər verir”.
 
Prezident İlham Əliyev: “Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi”.
 
Sakin: “Cənab Prezident, Siz Mehriban xanımla qoşa qanad kimi Azərbaycanın bütün kəndlərini, Zəngəzuru, Qarabağı diyar-diyar gəzmisiniz, qarış-qarış gəzib ziyarət etmisiniz. Ən vacibi nədir? Siz o kəndləri, toponimlərin qədim adlarını bilirsiniz, bərpa edirsiniz, onları bizə öyrədirsiniz, həm də tarixi ədaləti bərpa edirsiniz. Bu, çox vacib amildir. Çünki bizim tariximizdə bunlar unudulmuş məqamlardır. Biz bunları bərpa etməliyik. Ona görə də biz Sizə böyük minnətdarlığımızı bildiririk”.
 
Prezident İlham Əliyev: “Çox sağ olun, buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya”.
 
Əməkdar artist Almaz Orucova: “İcazə verin, mən dayandığımız bu torpağın müqəddəsliyini, şərəfini, qürurunu, dünyada başımızın ucalığını bizə təqdim etdiyiniz üçün Sizə dərin, sonsuz minnətdarlığımı çatdırım”.
 
Prezident İlham Əliyev: “Sağ olun”.
 
Almaz Orucova: “Bir az əvvəl mən doğma ocağıma getdim”.
 
Prezident İlham Əliyev: “Haradadır, sizin eviniz burada idi?”
 
Almaz Orucova: “Bəli, bir az qabağa gedib sola çıxırsan, bizim evimizdir”.
 
Prezident İlham Əliyev: “Ev qalıb, yoxsa dağıdılıb?”
 
Almaz Orucova: “Heç nə qalmayıb, bir az yeri qalıb, daş qalıb. O doğma hissləri, o şirin hissləri, o xatirələri yaşamağı heç nə ilə əvəz edə bilmərəm. Siz bizim başımızı dünyada uca etdiniz. Azərbaycan Ordusunun, Azərbaycan xalqının dəyərli bir sərkərdəsinin olduğunu göstərdiniz. Var olun, sağ olun. Varlığınızla, sağlığınızla hər zaman bu xalqın, bu Ordunun başında olasınız”.
 
Sakin: “Cənab Prezident, Elnur mənə dedi ki, kamançanı gətirməmişik. Mehriban xanım, dedim ki, kamançasız Zəngilana gəlmək olmaz”.
 
Əməkdar artist Elnur Əhmədov: “Doğma Zəngilan torpağında Sizi salamlayıram, Mehriban xanımı ürəkdən salamlayıram. Mən bu torpaqda dünyaya göz açmışam, məhz daşıyıcısı olduğum bu sənəti Zəngilan rayonunun Məmmədbəyli kəndində sevmişəm. Allah Sizləri var eləsin. Mehriban xanıma mən məxsusi təşəkkürümü bildirirəm ki, bizim muğamımızın dünyaya inteqrasiya olunmasında məxsusi xidmətləri var”.
 
Cənab Prezident, biz “Qarabağ” muğam qrupu olaraq xanəndə, Xalq artisti Mənsum İbrahimov, sənət dostlarım Elçin Həşimov və Kamran Kərimov ilə birgə dünyanın demək olar, elə bir ölkəsi yoxdur ki, orada konsert proqramı ilə çıxış etməyək. Amma hər birimizin böyük arzumuz, bizim üçün dünyanın ən böyük səhnəsi Siz başda olmaqla, Mehriban xanım başda olmaqla Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı idi. Çünki bizim üçün ondan böyük, şərəfli gün yox idi. Cənab Prezident, hörmətli Mehriban xanım, mənim ən böyük arzum o idi ki, anadan olduğum o kənddə, uçuq da olsa, o evdə kamançamın səsi gəlsin”.
 
Sakin: “Kamançanın səsi gəlsin”.
 
Elnur Əhmədov: “O şəraiti bizə yaratdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm”.
 
Almaz Orucova Elnur Əhmədovun müşayiəti ilə muğam ifa edir.
 
Sakinlər: “Sağ olun”.
 
Almaz Orucova: “Çox sağ olun, Mehriban xanım”.
 
Prezident İlham Əliyev: “Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?”
 
Birinci vitse-prezident Mehriban Əliyeva: “Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?”
 
Prezident İlham Əliyev: “Şəhriyar Məmmədyarovun atasıdır”.
 
Birinci vitse-prezident Mehriban Əliyeva: “Xoş gördük”.
 
Prezident İlham Əliyev: “Şəhriyar necədir?”
 
Həmid Məmmədyarov: “Çox sağ olun. Hər şey gözəldir, sağ olun”.
 
Prezident İlham Əliyev: “Sağ ol”.
 
Sakin: “Cənab Prezident, mən də təşəkkür edirəm. Biz 27 il idi ki, həmişə oktyabrın 30-u dost-tanışla müzakirə edirdik ki, Zəngilanın işğalı günü gəlir, nə edək, nə tədbir keçirək? Daim o qəmi, qüssəni yaşayırdıq. Sağ olun ki, biz bu gün artıq Zəngilanın işğaldan azad olunmasının bir illiyini qeyd edirik. Siz az öncə qeyd etdiniz ki, Zəngilan böyük nəqliyyat dəhlizinə çevrilir və bu, bölgənin inkişafına çox böyük təsir göstərəcək. Dünyanın super gücləri bu gün nəqliyyat dəhlizləri uğrunda mübarizə aparırlar. Siz böyük işlərə imza atmısınız. Bütün zəngilanlılar, bütün Azərbaycan bu işdə Sizə uğurlar arzulayır. Biz Sizi həmişə dəstəkləyirik, yanınızdayıq. Uğurlar arzulayırıq. Sağ olun”.
 
Prezident İlham Əliyev: “Sağ olun. İşğal tarixi artıq tarixdə qaldı, əbədi silindi. İndi yeni tarix var - 20 oktyabr tarixi”.
 
Sakin: “Əsas məsələ də odur. Bu gün Zəngilanın azad olunan günüdür, cənab Prezident. Zəngilana ən böyük payınız, ən böyük ərməğanınız budur. Sağ olun”.
 
Sakin: “Cənab Prezident, mən də Zəngilan gəncləri və idmançıları adından Sizə dərin təşəkkürümü bildirirəm ki, bizi görmədiyimiz bu ata-baba yurdumuza gətirib çıxardınız. Allah Sizə bu işlərinizdə kömək olsun, var olun”.
 
Professor Adilə Abbasova: “Cənab Prezident, Sizə çox böyük minnətdarlığımızı bildiririk. Bu gözəl diyarda, Odlar Yurdu Azərbaycanımızın dilbər guşəsi olan Zəngilanda, qızıl Zəngilanda, azad Zəngilanda, zəngin Zəngilandayıq. Bu hissləri Siz bizə yaşatdınız. Biz bu dəqiqə Sizə qürurla baxırıq, Sizinlə danışırıq, söhbət edirik. Çox həyəcanlıyıq. Allah bizə bunu qismət etdi. Mən Sizə bütün zəngilanlılar adından minnətdarlığımı bildirirəm. Cənab Prezident, Siz Azərbaycan xalqının bütün arzularını yerinə yetirən böyük şəxsiyyətsiniz. Siz böyük, Müzəffər Sərkərdəsiniz. Dünyanın heç bir yerində Sizin kimi dövlət xadimi görməmişik. Siz 44 günlük Vətən müharibəsi ərzində Qarabağ məsələsinin mümkünsüzlüyünü mümkün etdiniz. Siz Azərbaycanın Zəfər tarixinə adınızı əbədi yazdınız. İndi bizim nəsildən qalanlardan biri mənəm. Atam da Zəngilan rayonunda çox işləyib, 14 il icraiyyə komitəsinin sədri olub. Demək istəyirəm ki, uşaqlıq illərim burada keçib. Siz Zəngilanı bütün dünyaya tanıtdınız. Ulu Öndər Sizin haqqınızda belə deyirdi: “Mən ona özüm qədər inanıram və onun gələcəyinə çox böyük ümid bəsləyirəm”. Siz hər bir azərbaycanlının Prezidentisiniz. Ata vəsiyyətini yerinə yetirdiniz, Azərbaycan xalqının başını uca etdiniz, Azərbaycanı qalib dövlətə çevirdiniz”.
 
Prezident İlham Əliyev: “Çox sağ olun, çox təşəkkür edirəm”.
 
Adilə Abbasova: “Bu haqda çox fikirləşmişəm, mənə elə gəlir, dünyada elə bir dövlət xadimi yoxdur ki, Sizin kimi 44 gün ərzində belə bir Zəfər əldə etsin. Ona görə Siz dünyanın ən böyük mükafatına layiqsiniz. Sizə çox minnətdarıq”.
 
Prezident İlham Əliyev: “Çox sağ olun. Biz hələ Moskvadan bir-birimizi tanıyırıq. O vaxt azərbaycanlıların vətəndaş cəmiyyətində, Azərbaycan Assambleyasında bərabər iştirak etmişik”.
 
Adilə Abbasova: “Sizin fəaliyyətinizi mən hələ Moskvadan bilirəm, çox görmüşəm, eşitmişəm. Mənim yadımdadır, o cəmiyyət yaradılanda Ulu Öndər onunla maraqlanırdı. Azərbaycanlıların qurultayı keçirildi.
 
Demək istəyirəm ki, Sizin Azərbaycana bəxş etdiyiniz bu hisslər, bu sevinc xüsusi qeyd olunmalıdır. Mən ürəkdən danışan adamam, bəlkə də bir az həyəcanla danışıram. Amma ürəkdən danışıram. Cənab Prezident, Sizi bütün Azərbaycan xalqı ürəkdən sevir. Siz dünyanın ən böyük mükafatına layiqsiniz”.
 
Prezident İlham Əliyev: “Çox sağ olun. Ən böyük mükafatım bu gün burada Sizinlə bərabər olmağımdır”.
 
Adilə Abbasova: “Azərbaycan xalqının milli qüruruna çevrilən bir ifadə var: Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! Eşq olsun, eşq olsun!”
 
Prezident İlham Əliyev: “Azərbaycan xalqına eşq olsun!”
 
Adilə Abbasova: “Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə!”
 
Prezident İlham Əliyev: “Sağ olun. Çox sağ olun”.
 
Sakin: “Cənab Prezident, Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atasıdır. Siz ona fəxri ad vermisiniz”.
 
Şəhid atası Əbdül Noçuyev: “44 günlük müharibə dövründə Sizin xalqa müraciətlərinizi mütəmadi olaraq izləmişik. Hər dəfə işğaldan azad olunan ərazilərin adları sadalandıqca bizim sevincimizin həddi-hüdudu olmayıb. Mənim oğlum, tabor komandiri, kapitan Surxay Noçuyev Şuşa uğrunda gedən döyüşlərdə müharibənin 44-cü günündə qəhrəmancasına şəhid oldu”.
 
Prezident İlham Əliyev: “Allah rəhmət eləsin”.
 
Əbdül Noçuyev: “Siz müvafiq Sərəncamınızla ona Vətən Müharibəsi Qəhrəmanı adı verdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk. 2021-ci il sentyabrın 27-də Sizin və Mehriban xanımın iştirakı ilə yürüş keçirildi. Orada Surxay Noçuyevin şəkli həkk olunmuş lövhə ön cərgədə idi. Həmin lövhəni Sizin göstərişinizlə bizim ailəyə təqdim etdilər. Bu, bizim ailəmiz üçün ən böyük hədiyyə oldu. Çox sağ olun, cənab Prezident”.
 
Prezident İlham Əliyev: “Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram”.
 
Əbdül Noçuyev: “Çox sağ olun, cənab Prezident”.
 
Sakin: “Cənab Prezident, biz orta məktəbdə oxuyanda Zəngilanda xoş bir ənənə var idi. Biz bu dağlara, təbiətin bu gözəl guşələrinə çaylardan çınqıllar yığıb gətirərdik. Orada o çınqıllardan ürək sözlərimizi, Vətənlə bağlı sözlərimizi yazardıq. Yeni tarixi Siz diktə etdiniz, yeni tarixin müəllifisiniz. Ona görə Zəngilanda tikiləcək məktəbin şagirdləri, bugünkü müasir tariximizə, Zəfər tariximizə şahidlik edən gənclərimiz yenidən çınqıllar və daşlar daşıyıb bu təpələrdə Azərbaycanın əzəmətlə dalğalanan o bayraqlarının altında Azərbaycanın xəritəsini çəkəcək və yeni sözlər yazacaqlar. Yazacaqlar “Qarabağ Azərbaycandır!”. Bu yurdların xilaskarına eşq olsun! Böyük Qayıdışımız mübarək, cənab Prezident!”
 
Prezident İlham Əliyev: “Bu gün yarımstansiyanın da açılışını etdik. Mənə məlumat verildi ki, sovet vaxtında Zəngilan rayonunun ümumi enerji tələbatı cəmi 7 meqavat idi, çünki əhali o qədər də çox deyildi. İndi isə biz gələcək inkişafı nəzərə almaq şərti ilə yarımstansiyanı 50 meqavatlıq etdik. Bir də ki, əhali artıb. İşğala qədər Zəngilan rayonunun əhalisi təqribən 30 mindən bir qədər çox idi. İndi 45 minə çatıb və əminəm ki, zəngilanlıların hamısı gəlib burada, belə bir gözəl yerdə, doğma vətəndə yerləşəcək”.
 
Sakin: “Təşəkkür edirik, cənab Prezident”.
 
Prezident İlham Əliyev: “Biz indi məscidi də bərpa edirik”.
 
Axund: “Bu məsciddə axund işləmişəm. Mehriban xanıma da təşəkkür edirik. Bu xoş günləri bizə yaşatdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Əslində, Siz bizə ikinci dəfə Zəngilanda yaşamağı qismət edibsiniz. Cənab Prezident, Sizə bütün Zəngilan camaatı adından təşəkkür edirəm.
 
Birinci vitse-prezident Mehriban Əliyeva: “Çox sağ olun”.
 
Prezident İlham Əliyev: “Çox sağ ol. Heydər Əliyev Fondu məscidin bərpası ilə məşğuldur, artıq orada lövhələr də qoyulub. Biz də burada olanda simvolik olaraq təməl daşını da qoyduq. Onu da bərpa edəcəyik”.
 
Birinci vitse-prezident Mehriban Əliyeva: “O qalan hissəni”.
 
Prezident İlham Əliyev: “Bəli, qədimdən qalan o hissəni bərpa edəcəyik. Mənə dedilər ki, sovet vaxtında ora klub idi, ya da anbar”.
 
Sakin: “Ora bizim kəndimizin meşəsidir. Azərbaycanın böyük münbit meşələrindən biridir”.
 
Prezident İlham Əliyev: “Sizin kəndiniz buradadır?”
 
Sakin: “Bəli, Vənədli kəndi, aşağıdadır. Bütün ağacları qırıblar - cökə, palıd, vələs, ulas. Tarixin çox məşhur ağacları olan böyük meşələrdən biri olub”.
 
Prezident İlham Əliyev: “Kəsib daşıyıblar ağacları. Biz Bəsitçayda olanda gördük ki, hətta kötükləri yandırıblar. Kəsiblər ağacları, yandırıblar. Bəsitçay qoruğunun bir hissəsi qalıb, ora 100 hektardan böyük bir ərazi idi”.
 
Sakin: “Bəli, dövlət qoruğu olub əvvəllər”.
 
Prezident İlham Əliyev: “Bəli, Siz də dediniz, Avropada birinci çinar meşəsidir”.
 
Sakin: “Cənab Prezident, Ali Baş Komandan, Sərkərdə kimi 44 günü nə qədər narahat keçirdiniz. Dünyanın bu vaxtında belə qərar qəbul etmək, savaşı bu cür Zəfərlə başa çatdırmaq, bunları belə peşəkarlıqla idarə etmək Sizin əsl Liderliyinizdən xəbər verir. Cənab Prezident çox sağ olun, çox minnətdarıq”.
 
Prezident İlham Əliyev: “Siz sağ olun”.
 
Sakin: “Zəngilan azad olunan gün zəngilanlıları bu ocağa topladınız. Çox sağ olun, minnətdarıq”.
 
Prezident İlham Əliyev: “Çox sağ olun”.
 
Sakin: “Tarix unudulmur”.
 
Prezident İlham Əliyev: “Tarixi gündür. Tarix həmişə olacaq. 20 oktyabr həm zəngilanlılar üçün, həm bütün xalqımız üçün əbədi bir Zəfər günü kimi qalacaq. Çünki azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər günüdür”.
 
Sakinlər: “Cənab Prezident, Mehriban xanım, gün o gün olsun ki, Sizi abad Zəngilanda qarşılaya bilək. Sizə uğurlar arzu edirik. Qədəmləriniz uğurlu olsun. Çox sağ olun, İnşallah, abad Zəngilanda gözləyəcəyik”.
 
Birinci vitse-prezident Mehriban Əliyeva: “İnşallah. Allah amanında. Sağ olun.
 
Prezident İlham Əliyev: “Bir daha təbrik edirəm.
 
Sakinlər: “Sağ olun, hər şeyə görə sağ olun.
Oxşar xəbərlər
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi