Doğum günün mübarək Almaxanım!!!
u200b
u200b u200bAlmaxanım Əhmədliu200b 2001-ci ilu200b avqust ayının 18-dəu200b Bakı şəhərindəu200b ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünasu200b alim,u200b şair,u200b filologiya elmləri doktoru,u200b professoru200b Vüqar Əhmədinu200b qızıdır.u200b 2006u200b -u200b 2014-cü illərdəu200b S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızıu200b diplomlau200b bitirmişdir. 2017-ci ildəu200b Azərbaycan Milli Konservatoriyasınınu200b Solo oxuma fakültəsinə daxil olub.Bu il oranı əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə yüksək balla daxil olub.
2014-cü ilinu200b iyul ayının 13-dəu200b muğam,u200b təsnif, xalq və bəstəkar mahnılarından ibarət “Qarabağ” adlı ilk audiou200b diskiu200b işıq üzü görmüşdür.u200b
2014-cü ilnu200b martu200b ayındau200b türk xalqlarıu200b üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc"u200b medalau200b layiq görülmüş vəu200b diplomlau200b təltif olunmuşdur.
2014-cü ilinu200b oktyabr ayının 7-dənu200b televiziyau200b ekranlarında çıxış edir.u200b Hal-hazırdau200b Amerikanınu200b 7,u200b Avropanınu200b 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşıu200b türk,u200b ərəb,u200b farsu200b vəu200b ingilis dillərindəu200b oxuduğuu200b nəğmələru200b yer tutur.u200b
2017-ci ilinu200b iyun ayının 12-dəu200b Heydər Əliyev Fondu,u200b Azərbaycan Dövlət Televiziyası,u200b Mədəniyyət və Turizm Nazirliyiu200b və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - baş mükafatçısı olmuş, “Qran Piri”u200b mükafatıu200b ilə təltif olunmuşdur.Almaxanım Əhmədlininu200b müsabiqəu200b ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq.u200b
2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir. Hal-hazırda, eyni zamandau200b Beynəlxalq Muğam Mərkəzinin solistidir.
V Respublika Muğam Müsabiqəsi - 1-ci yeri qazanıb.u200b
u200b 2017-ci ildəu200b Beynəlxalq Muğam Mərkəzindəu200b ilk solo konsertini verib.
2018-ci ildəu200b Tacikistanınu200b Düşənbəu200b şəhərindəu200b Azərbaycan Xalq Cümhuriyyətininu200b yaranmasının 100 illiyi münasibətilə solo konsert vermişdir.u200b
2019-cu ildəu200b Qüdsdəu200b solo konsertlə çıxış edib.
u200b 2020- ci il yeni il gecəsi Almaniyada Avropa türklərinin televiziyasında solo konsertlə çıxış edib.u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b Bu yaxında yüksək məharətlə oxuduğu " Çahargah" dəstgahı solisti olduğu Az.TV - də nümayiş olinub, muğam ictimaiyyəti və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b
Gənc xanəndə, müğənni Almaxanım milyonların sevimlisidir. İstər doğma Vətənində, istərsə də Türkiyə, İran, ərəb və Avropa ölkələrində sevilir, pərəstişkarları saysızdır.u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b
u200b DOĞUM GÜNÜN MÜBARƏK SEVİMLİ, İSTEDADLI AZƏRBAYCAN QIZI.
20 YAŞIN- YUBİLEYİN MÜBARƏK!!!u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b u200b
Dilbər Rzayeva
Azərbaycan Milli Elmlər Akademiyası Nizamiu200b Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçi