Bacısı ilə eyni gün, eyni yaş və hətta eyni çarpayıda vəfat edib, əsla evlənməyən alim... - VİDEO
Oxunub: 11253
16 Jun 2021 | 17:14
Bacısı ilə eyni gün, eyni yaş və hətta eyni çarpayıda vəfat edib, əsla evlənməyən alim... - VİDEO
Azərbaycanda nanotexnologiyanın banisi sayılır. Neft-Kimya sektorundakı kəşflərindən danışmaq üçün isə saatlar lazımdır. Kənardan zəhmli, mühafizəkar, hətta biraz qəzəbli görünsə də, tanıyanlar necə mehriban olduğundan danışır. Ən böyük qayəsi insan yetişdirmək olan, hər zaman sözünü deyərək qəribə tale yaşayan, özünü elmə, bu xalqın gələcəyinə həsr edən 20-ci əsrin dahisi..
 
Bəli, Azad Mirzəcanzadədən danışıram. Onun necə nəhəng alim olduğunu sizə izah etməkdən ötrü bir neçə elmi nailiyyətindən bəhs edəcəyəm...
 
1. Maye və qazların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklifi.
 
2. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklifi.
 
3. Süzülmənin relaksasiya qanununun təklif edilməsi, qazkondensat sistemləri və qeyri-nyuton neft yataqlarının işlənməsinin metodik əsaslarının işlənilməsi və tətbiqi.
 
4. Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsaslarının işlənməsi.
 
5. Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələrin təklif və tətbiqi.
 
6. Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlili. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının yaradılması və tətbiqi.
 
Sadaladığım bu kəşflərin hamısı elm dünyasında ayrıca bir hadisə kimi dəyərləndirilir və neft erasında əvəzolunmaz metodlar sayılır. İndi düşünün ki, bu kəşflərin müəllifi sadəcə bir nəfərdir və o bir nəfəri Azərbaycan yetişdirib.
 
Alim haqqında öncələr də müxtəlif səpkili sənədli filmlər çəkilib, süjetlər hazırlanıb. Ancaq izləyicilər də qəbul edər ki, bütün bu materiallarda sanki bir yarımçıqlıq sezilir. Mirzəcanzadə özündən sonra elə bir boşluq buraxıb ki, onu doldurmaq üçün gərək elə Azad olasan. ? Nə məişət qayğıların ola, nə digər vərdişlərin. Özünü elə elmə həsr edəsən...
 
Görkəmli alim 1928-ci il sentyabrın 29-da Bakıda dünyaya gəlib. Atası Xəlil kişi İranın Sarab şəhərindən olan qatı komminist, anası Asiya xanım isə xan nəslinin nümayəndəsi olub.
 
Azad təhsil həyatına Bakıdakı 14 nömrəli orta məktəbdə başlayıb və II Dünya Müharibəsi başlayana qədər orada oxuyub. Sonralar məktəbi hərbi hospitala çevirdiklərindən, 13 yaşlı Azad da digər şagirdlər kimi Bakıdakı 18 nömrəli məktəbə köçürülüb. Di gəl ki, onun şagirdlik dövrü çox çəkməyib. Sinif yoldaşlarına nəzərən çox intellektual və qeyri-adi dərəcədə yüksək riyazi bacarığa sahib olan Azad məktəbi ekstern imtahanla vaxtından əvvəl bitirib.
 
Bəlkə elə görünür ki, məktəbi vaxtından əvvəl bitirmək gənc elm sevdalısı üçün böyük avantajdır. Amma Azadın cəmi 15 yaşı vardı və o artıq həm ali təhsil almalı, həm də ailənin yükünü çiyinlərində daşımalı idi.
 
İnsanı çətinliklər yetişdirir axı. O dövrün ağır şərtlərindən xəbərdar olanlar yəqin, məktəbi bitirər-bitirməz müəllimliyə başlamağın çətinliyini də yaxşı bilir. Çünki Mirzəcanzadə yeniyetməliyini fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə keçirib. Üstəlik, 16 yaşında 44 nömrəli məktəbdə müəllimliyə başlayıb və bu işini də düz 1952-ci ilə qədər davam etdirib, 24 yaşına qədər.
 
Onun müəllimliyə axşam fəhlə-gənclər məktəbində başlaması boşuna deyil. Azad indi bir yandan universitetə qəbul olmalı, digər yandan dərs keçməli idi. Üstəlik, bu azmış kimi Azərbaycan Sənaye İnstitutu da Azadın yaşının azlığını bəhanə edib gələcəyin dahisini qəbul etmək istəmirdi. Nəhayət 1944-cü ildə çoxsaylı müraciət və cəhdlərindən sonra bu institutdakı neft-mədən fakültəsinə qəbul olunmağı bacaran Mirzəcanzadə 1949-cu ildə ali təhsilini dağ mühəndisi ixtisası üzrə bitirməyə nail olub.
 
Bu qarmaqarışıq təhsil həyatından baş çıxarıb Mirzəcanzadənin elmi dünyasını dərəcələndirməyə çalışsaq, belə bir tablo ilə qarşılaşarıq. Bu insan 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu il 31 yaşında professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
 
Xronoloji ardıcıllığa baxanda hər şey bəsit görünür. Ancaq gəlin, bu cümləni özümüz üçün təkrarlayaq. Azad Mirzəcanzadə 31 yaşında professor adını alıb. 31 yaşında bu adı qazanmış başqa neçə alim tanıyırıq? Üstəlik, bu məqam alimin həyatındakı yeganə fərqlilik də deyil.
 
Misal üçün, o, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu və Neft Ekspedisiyasında baş laborantlıqdan şöbə müdiri vəzifələrinə qədər bir çox vəzifələrə yiyələnib. Müxtəlif illərdə bir sıra təhsil ocağında laboratoriya müdiri olub. Ancaq alimin vəzifələrini sayıb qurtarmaq üçün ayrıca bir proqram hazırlamaq lazım olduğundan bütün xronoloji məlumatları tamaşaçıların internet axtarışına həvalə edib bu tarix adamın həyatını kəşfə çıxırıq...
 
Məsələn, əgər Ginnesin Rekordlar kitabında elmi dərəcələr üzrə bölmə olsaydı, sırf yetişdirdiyi professorların sayına görə Azad Mirzəcanzadə həmin kitabın ilk səhifələrində yer alardı. Çünki altmış illik elmi fəaliyyəti dövründə professor Azərbaycan elminə 100-ə yaxın elmlər doktoru, 300-dən artıq elmlər namizədi qazandırıb və bu rəqəmlər hətta bütün dünya üzrə ən yüksək göstəricilərdən sayılır. Elə bir insan düşünün ki, ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında birbaşa iştirak edib. Orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı müxtəlif layihələrin rəhbəri olub.
 
Həyatda yeganə sevgisi elm olan bu insanın çox qəribə cəhətləri də diqqət çəkir.
 
Dost-qohum və həmkarlarının dediyinə görə, Azad Mirzəcanzadənin ən qəribə yönü də onun insanlarla davranışı olub. Misal üçün, simalardakı simmetriyanı sevib. Üstəlik, baxan kimi adamın necə biri olduğunu da ayırd edə bilib. Hətta ilk baxışdan yanılsaydı belə, bu kimi hallar üçün əlavə bir silahı da vardı Azadın: Kitablar...
 
Hər halda, onun həyatında kitab oxumaqdan təbii və adi nəsə axtarmaq düzgün olmaz. Özü də necə oxumaq, saniyələr içində, super-sürətli... Ancaq söhbət burada alimin adamları araşdırma üslubundan gedir. Maraqlıdır ki, o tanış olacağı insanlardan kitab istəyərək, kitab seçiminə görə əslində qarşısındakı şəxsiyyəti oxuyurmuş..
 
Balanslı insan idi. Öz təbirincə desək, əlli-əlliyə. Və bu balansı onu bəzən böyük çətinliklərlə üzləşdirib. Məsələn, Neft və Kimya institutundakı fəaliyyəti ərzində tutduğu güzəştsizlik yolu ona olan münasibəti yavaş-yavaş dəyişdirib. Nəhayət 1987-ci ildə vəziyyət pik səviyyəyə çatanda onu ali təhsil ocağından uzaqlaşdırıblar. Professor Rafiq Əliyev həmin vaxtları bu cür xatırlayır:
 
“Onu 1987-ci ildə Neft və Kimya İnstitutundan çıxardılar, qaldı bayırda. Guya, yaxşı alim, yaxşı müəllim deyil. Amma buna baxmayaraq, biz tez-tez görüşürdük. Elə oldu ki, 1987-ci ilin axırında mən Mərkəzi Komitənin elm və təhsil şöbəsinə gəldim. Ən birinci həyata keçirdiyim iş o zaman Azad Mirzəcanzadənin öz yerinə bərpa etmək oldu. Şəxsən özüm onun qolundan tutaraq kafedraya gətirdim. Cəmiyyətdə həmişə belə şey olub. O cür alimi işdən çıxardılar ki, guya yaxşı alim deyil”.
 
Rafiq Əliyev daha sonra Elm və Təhsil Komitəsinin rəhbəri kimi Neft Akademiyasının o vaxtkı rektoru ilə görüşüb və alimin yenidən öz kafedrasına qayıtmasını tapşırıb. Bəlkə bir az da geciksəydi, heç nəyi düzəltmək mümkün olmayacaqdı. Çünki vəziyyət elə həssas nöqtədə idi ki, Azad bəy işdən çıxarılan kimi yerinə başqası gətirilib...
 
Bəs niyə narazı idilər alimdən? Niyə bəzi adamlar şayiə yayırdı ki, guya o özündən başqa heç kimi bəyənmir? Bu sualı məşhur kitabçı Elman Mustafayevin bir əhvalatı ilə cavablandırmaq yerinə düşər.
 
"Azad müəllim Ali Attestasiya Komissiyasının sədri olan vaxt çox adam ondan incik idi. Çünki o, mənsəbə yox əsl elmə qiymət verirdi. Görürdün ki, varlı bir biznesmen, yaxud vəzifə sahibi hər hansı sahədə elmlər namizədi adını almaq istəyirdi. Amma Azad müəllim ona heç vaxt imkan verməzdi. Məsələn, deyərdi ki, sənin sahən, işin budur , o hara, müdafiə etdiyin iş hara? İşlər elə beləcə də geri qaytarılırdı. Bir dəfə çox maraqlı bir söz işlətdi. Dedi ki, bunlar professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər".
 
Özü deyirdi ki, onun həyatı elə, iş masasına oxşayır. Daim qarışıq, dağınıq... və tənha. Düzdür, o qadınlara həddən artıq dəyər verib və yetərincə humanist biri olub. Kişinin ailədəki məsuliyyətini də bütün fikirlərində ön plana çəkib. Ancaq məsələ onun öz dünyasıdırsa, vəziyyət bir qədər dəyişir. Hətta Azad Mirzəcanzadə adını modelləşdirib bir evə bənzətsək, onun mərkəzində elm, künclərində isə anası Asiya və bacısı İradə xanım dayanar. Bəli, dünya şöhrətli alim bacısı da ömrü boyu subay qalıb ömrünü qardaşına qulluq edərək keçirib. İndi soruşmaq olar ki, yəni, professorun nə vaxtsa heç sevdiyi də olmayıb?
 
Bax, bunu bir balaca araşdırdıqda bəzi məqamlar ortaya çıxır. Sən demə, Mirzəcanzadə vaxtilə aşiq də olub. Əslində bu məqamın aşkarlanması üçün də xeyli illər keçib.
 
147 saylı Texniki-Humanitar liseyində dərs deyən əməkdar müəllim Həlimə Mehdiyeva deyir ki, bir gün mühazirə vaxtı alim ona yaxınlaşaraq, Qəmər Almaszadəni məktəbə dəvət eləməyini istəyib. Həlimə xanım duruxub. Sakitcə soruşub, axı o balerinadır. Sualdan bərk əsəbləşən Mirzəcanzadə isə yumruğunu masaya vurub ki, dedim, dəvət elə. Həlimə xanım Opera və Balet teatrı ilə əlaqə yaradandan sonra məşhur balerinanın hazırda yataq xəstəsi olduğunu öyrənib. Və onu da öyrənib ki, alim uzun illər Qəmər xanımı sevib.
 
Yeri gəlmişkən, Mirzəcanzadənin direktoru olduğu 147 saylı lisey şəxsən alimin öz təşəbbüs və maddiyyatı hesabına yaradılıb.
 
Professorun sevgi arxivi təkcə kədərdən ibarət deyil. Hərdən gəncliyinə salıb çılğınlıqlar etdiyi də olub. Misal üçün, alim bir dəfə məhəllələrinə köçən təzə qonşu qızın diqqətini çəkmək istəyəndə eyvandan yıxılıb, ayağını qırıb...
 
Tələbələri deyir, həmişə çəkiniblər onun zəhmindən. Qorxublar ki, əsəbiləşər. Ancaq alimi bir balaca təhlil edəndə onun necə alicənab və insanpərvər biri olduğu ortaya çıxır. Məsələn, bəzən hətta bir-birindən fərqli bahalı geyim dəstlərini dolayı yolla tələbələrinə göndərib ki, bəs “filankəsin dirsəyi parıldayırdı, get, bunu ver ona”.
 
Ancaq o təkcə sosial fiqur olmayıb. Misal üçün, atası qatı kommunist olan alimin özü bu dünya görüşünü mənimsəməyib. Azərbaycan müstəqillik qazanandan sonra öndə gedən ziyalılardan biri də Azad Mirzəcanzadə olub. Dövrünün bir çox hökumət adamı ilə əlaqədə olub. Hətta Əbülfəz Elçibəy ilə yaxın dost olublar ki, elə onun haqqında yayılan məşhur hekayələrdən biri də, məlum dostluqla bağlıdır.
 
Sən demə, əvvəllər Elçibəy ona Bakı Dövlət Universitetinin rektorluğunu təklif edib. Ancaq Mirzəcanzadə işi şəxsi həyata qatmağın tərəfdarı olmadığından bu təklifdən boyun qaçırıb. Ancaq Ali Attestasiya Komitəsi yarananda Elçibəyin ikinci jestini, yəni, komitə sədrliyi təklifini rədd edə bilməyib alim. O özü çox sonralar bu məsələ ilə bağlı deyib ki, Elçibəyi ikinci dəfə qırmaq istəməyib. Alim peşəsi ilə bağlı prinsipial mövqe sərgiləsə də, söhbət özünə gələndə mülayimliyinə görə kimsəyə etiraz edə bilməyib...
 
Sadəlik və insanlığı ilə məşhur olan alimin hobbilərinə də toxunaq gərək. Tar və pianoda əla ifa edib. Klassik musiqilərlə yanaşı, bədii ədəbiyyatı da çox sevib və bəlkə buna görə iş masasında Üzeyir Hacıbəylidən başqa kimsənin portreti olmayıb...
 
Əgər Mirzəcanzadəni portretləşdirmək istəsək, bu düşündüyümüzdən də çətin olacaq. Doğrudur, Mirzəcanzadələr ailəsi dedikdə indi yada cəmi ikicə nəfər düşür. 2004-cü il, yəni öldüyü ana qədər həyatını qardaşının yolunda şam kimi əridən bacısı və cəmiyyətin mayakına çevrilmiş özü...
 
Hətta ölümü belə mistik sayılacaq qədər müəmmalı birindən danışırıq. Çünki bacısının ölümündən sonra yavaş-yavaş zəifləyən alim, 2006-cı il, iyulun 17-də dünyasını dəyişib. İş orasındadır ki, professor ilə bacısı İradə xanımın ölümü sanki bir-birini cəzb edib. Hələ sağ ikən də onlar arasında ruhi rabitə olmasından danışırmışlar. Bəlkə də bu rabitənin nəticəsi idi ki, 2006-cı ildə, 78 yaşında dünyasını dəyişən Azad İradə xanımla eyni yaş, eyni gün, eyni palata, hətta eyni çarpayıda vəfat edib. Balans dediyi şey də bu imiş yəqin...
 
İndi ötəri nəzərlə geriyə baxıb sual vermək olar ki, Mirzəcanzadələr ailəsindən geriyə nə qalıb? Elmi nailiyyətləri, cəmiyyətə miras qoyduğu müəllim, akademik və professorlar...? Onun yoxluğu qarşısında bu ifadələr lap təsəlliyə oxşayır axı ... Alimin boşluğu o qədər aydın hiss olunur ki, düşünürsən ki, davamçısı gələnə qədər masasındakı dağınıqlığı heç kim heç vaxt təmizləyə bilməz. Sanki, ölümü ilə bütün elmi camiənin balansını pozub axı Mirzəcanzadə... Pozub ki, onun bir nəfərlik yoxluğunu milyonlardan ibarət Azərbaycan xalqı doldursun... öz elmi ilə... Alimin təbirincə desək, bilmirəm, izah edə bildimmi?
 

 

Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi