Türkiyənin təhlükəsizlik qüvvələrinin Muş vilayətində həyata keçirdiyi anti-PKK əməliyyatı sonucunda terror təşkilatına məxsus xeylu silah-sursat, eləcə də terrorçuların icazəsiz aksiyalar və müxtəlif əməliyyatlar zamanı geydiyi xeyli sayda qadın paltarı müsadirə edilib. Terrorçuların bundan öncə də qadın paltarlarından istifadə etdiyi müşahidə edilsə də, Muş vilayətindəki əməliyyat terror təşkilatının qadın ətəkləri ilə bağlı daha geniş planlara malik olduğunu, qadın paltarının PKK əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevrildiyini göstərib.
PKK-nın türk ordusu, türk
polisi, türk insanı ilə mübarizədə kütləvi şəkildə qadın qiyafəsinə üz tutması əslində
sözügedən terror təşkilatının əsl simasından, onun uğur qazanmaq üçün ən şərəfsiz
üsul və vasitələrdən belə istifadə etdiyindən xəbər verir.
Bəli, bu gün yaşadıqları,
var olduqları üçün borclu olduqları ölkəni hər fürsətdə xəncərləyən PKK-çılar
öz xain əməllərini qadın ətəyinə sığınmaqla, qadın paltarı geyinməklə
reallaşdırmağa çalışırlar. Hansı ki, bugünə qədər dünyanın heç bir ölkəsində
azadlıq uğrunda mübarizə aparan heç bir xalq, heç bir qurum, heç bir toplum öz
azadlığını, mübarizə və zəfərini qadın tumanı geyməklə axtarmayıb. Özlərini
azadlıq mücahidi kimi qələmə verən hələ heç bir qrup, heç bir təşkilat özünü bu
dərəcədə alçatmayıb. Müstəqilliyə can atan heç bir milli azlıq özünü bu şəkildə
rüsvay etməyib.
Bu gün PKK və ermənilərə
məxsus terror təşkilatları istisna olmaqla heç bir terror və ya qeyri-terror təşkilatına
hətta arzularında olduqları azadlığı vəd etməklə belə qadın ətəyi geyindirmək
mümkün deyil. Siz nə pul, nə azadlıq, nə də ölüm vədi ilə baskları İspaniya,
“İRA”nı İngiltərə, “Əl-Qaidə”ni ABŞ, çeçeni Rusiya, fələstinlini İsrail əleyhinə
mübarizədə qadın paltarı geyməyə, meydanlara qadın qiyafəsində çıxmağa vadar edə
bilməzsiniz. Çünki məqsədi azadlıq olan və özünə hörmət qoyan hər bir şəxs və
ya hər bir toplum azadlığı azadlığa layiq üsullarla əldə etməyə cəlb edir.
Bütün dünyada uşaqların, mülki insanların qətilləri ilə tanınan PKK üçün isə
hansı qiyafə və görkəmdə zühur etməyin heç bir əhəmiyyəti yoxdur. Çünki PKK hətta
terror təşkilatı kimi belə hər hansı simaya malik deyil.
Şübhəsiz, kiminsə qadın
olması onu qəhrəmanlıq məziyyətindən məhrum etmir. Tarix boyu kişilər kimi qadınlar arasında da öz mərdliyi,
cəsarəti, qorxmazlığı, fədakarlığı ilə seçilən qəhrəmanlar az olmayıb. Hətta hər
hansı bir qadının fahişə olması belə onun qəhrəmanlığı üçün əngəl sayılmır. Necə
ki, Böyük Fransa Burjua İnqilabının ilk qurbanı fransız fahişəsi olub və
o, inqilabçıların qurduğu barrikadanın
üstünə çıxaraq üzünü nizami fransız ordusuna tutaraq onlara meydan oxuyub. II
Dünya müharibəsində rus fahişələrinin alman zabitlərinin məhvindəki rolu da hər
kəsə bəllidir. Bu baxımdan kiminsə qəhrəman olması üçün onun hökmən kişi
qismində doğulması şərt deyil. Lakin bir kişinin öz azadlığını qadın qiyafəsində
axtarması rəzalətdir və bu “kişilər” heç bir ləyaqət sahibi üçün bir fahişə qədər
belə dəyər kəsb etmir.
Odur ki, uğuru qadın
qiyafəsində axtaran, dalğalanan ətəklərini
azadlıq bayrağı zənn edən PKK-çılar anlamalıdır ki, geydikləri qadın qiyafəsi
onların əsl kimliklərini ifadə etsə də, uğur qazanmaqları üçün yetərli deyil.
Onlar öz qadın qiyafətlərini uşaq bezinə, köpək xaltasına dəyişsələr belə, yenə
də öz məqsədlərinə çata, türk süngüsündən xilas ola bilməyəcəklər. Çünki xəyanət
olan yerdə cəzanın olması mütləqdir. Çünki ləyaqətsiz üsullarla ləyaqətli həyata
sahiblənmək mümkünsüzdür. Çünki tale, də Tanrı da hər zaman yalnız cəsurlardan
yanadır. Hansı ki, bu ifadənin əslində nə demək olduğu qadın qiyafəlilər üçün
sonsuza qədər sirr olaraq qalacaqdır.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru