“Liderliyə gedən yolda hər hürən itə əyilib daş atsan ora gedib çata bilməzsən”
Oxunub: 7181
29 Jun 2015 | 11:46
“Liderliyə gedən yolda hər hürən itə əyilib daş atsan ora gedib çata bilməzsən”

Oxucuların diqqətinə təqdim edilən “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə dünya çapında tanınan alim, süni ”“intellekt sahəsində tək-tük mütəxəssislərdən professor Rafiq Əliyev doğulub böyüdüyü Ağdam rayonunun Novruzlu kəndi, oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

Rafiq Əliyev o yerləri, o illəri belə xatırlayır:  


Çox “tüstü”lü kəndimiz...


Mən Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşam. “Vikipediya”dan tutmuş bütün internet resurslarında, kitablarımdakı məlumat hissəsində hər zaman Novruzlu kəndinin adını fəxrlə yazdırmışam ki, dünyada da həmin kəndi tanısınlar. Kəndimiz Ağdamım mərkəzindən 9-10 kilometr aralıda, Qarqar çayının sahilində  yerləşirdi.  Böyüklüyünə gəldikdə, məncə, hər hansı bir ölkənin, bölgənin, hətta kəndin də böyüklüyü onun ərazisi ilə yox, yetişdirdiyi, bəşəriyyətə bəxş etdiyi insanlarla ölçülür. O dünya və bu dünyalıq dostum Məhəmməd Əsədov ötən əsrin 80-ci illərində XIX əsrin sonlarında Peterburqda nəşr olunan bir kitabı göstərdi. Orada çar Rusiyasına daxil olan bütün yerlərin, hətta kəndlərin belə xarakteristikası verilmişdi. O zaman bir kənddə əhalinin sayını tüstü ilə ölçürlərmiş. Yəni bu kəndin neçə evindən, neçə bacasından tüstü qalxır. Novruzluda 96 tüstü olub. Amma başqa kəndlərdə əsasən 30, 40, 50 tüstü olarmış. Bu da elə o zamandan Novruzlunun böyüklüyünü göstərib. Amma yenə də deyirəm, kəndin böyüklük göstəricisi onun “tüstü”ləri yox, yetişdirdiyi böyük insanlarla ölçülməlidir. 




“Babamın koması”


Babamın tikdirdiyi ikimərtəbəli evimiz var idi. Təxminən 5-6 otaqdan ibarət idi. Böyük həyəti, babamın saldığı bağ da öz yerində. Amma kəndin ən böyük və ən yaxşı evi sayılan  üçmərtəbəli bir ev var idi. O da Azərbaycanın böyük alimi Xudu Məmmədovun anasıgilin evi idi. O vaxtı Novruzlunun yeganə üçmərtəbəli evi elə o idi. Çünki hər adam bu cür evlər tikə bilmirdi. Mən XIX əsrin sonu XX əsrin əvvəllərindən danışıram. Çünki babam da, Xudu müəllimgilin anası da o evləri bu zamanda tikmişdilər. Kəndimizin Rusiyada oxuyub gələn, bir neçə dil bilən Mirzə Çıraq adlı bir ziyalısı da var idi. O, həm mənim atama, həm də Xudu müəllimin anasına qohum idi. Elə qohumum Xudu müəllimin də, başqa insanların da yetişməsində o insanın rolu böyükdür. Bayaqkı söhbətimə yenə qayıdaraq deyə bilərəm ki, Novruzlunun böyüklüyünü göstərmək üçün bircə Xudu Məmmədovun adını çəkmək bəs edərdi. Təbii, başqaları da var. Sizə dərs deyən Cahangir Məmmədli, mənim xalam oğlu Əli Əmirli. Anar bir dəfə bağda mənə Əli Əmirlini təriflədi. Dedim ki, o qohumum olduğuna görə belə deyirsiniz? Dedi, “qətiyyən bunu bilmirdim. O bu gün bizim əsas dramaturqumuzdur”.


Məndən köçməyən xatirələr


O zaman barama qurdu saxlayırdıq.  Barama hasil edib dövlətə təhvil verərdik və əvəzində özümüzə dəftər-kitab alardıq. Siz yəqin ki, onu görməmisiniz. Baramalıq tut yeməli olmurdu. Odur ki, yarpağını, budağını qırmağa icazə verirdilər. İş vaxtı dəhrə düz dizimə dəydi. Sürətlə qan axırdı. Bibim də siqaret çəkən idi. Tez dezinfeksiya məqsədilə cunasını yandırdı və siqaretin külünü mənim dizimə basdı. Qan kəssə də, göyərti hər zaman dizimdə qaldı. Bu saat da dizimdə o göy yer var. Mən hər zaman ona həyat mayakım kimi baxmışam. O mənim üçün əsl zəhmətin və həmin zəhmətlə yüksək nailiyyət qazanmağın, şəxsiyyət kimi formalaşmağın göstəricisi olub.   



Hər şey məktəb yolundan başladı


Uşaq çağının yaddan çıxmayan bir xatirəsi  birinci sinfə getməyimlə bağlıdır. O zaman ancaq 7 yaşı olanlar birinci sinfə gedə bilərdilər. Mənim də 6 yaşım var idi. Gördüm uşaqlar gedir, mən də onlara qoşulub məktəbə getdim. Məni məktəbə qoymadılar, dedilər ki, uşaqsan. Bir dəfə, iki dəfə, axırda müəllim dedi ki, a bala nə istəyirsən, axı sənin yaşın çatmır, bunlarla ayaqlaşa bilməzsən? Dedim, heç olmasa sinifdə oturum. Gördülər ki, mümkün deyil, elə o vaxtdan adımı jurnala yazdılar. O məktəbdə 6 ay oxudum. Sonra atamın işi ilə əlaqədar Ağdamın mərkəzinə köçdük. Atam Ağdamda zavod direktoru idi. Ailəvi ora köçdük və mən Ağdamın məşhur bir nömrəli məktəbində oxudum. Novruzludakı məktəbimiz 8-10 otaqdan ibarət birmərtəbəli, palçıqdan hörülmüş bir “bina” idi. Biz də o məktəbdə oxumuşuq, amma bina elə vəziyyətdə 1988-ci ilə qədər qaldı. 1980-ci illərdə rəhmətlik Famil Mehdi ilə Novruzluya getmişdim. Gördüm, yenə həmin o birmərtəbəli torpaqdan salınan məktəb qalır. Nəyə gücüm çatırdısa etdim, əlaqələrimdən, imkanlarımdan yaralanaraq təşəbbüs göstərdim, nəticədə 1990-cı illərin əvvəllərində  Novruzlu kəndində nəinki Ağdamda, Qarabağda, hətta Azərbaycanda nümunə ola biləcək  ikimərtəbəli məktəb binası tikildi. 600 şagirdlik məktəbin iki idman zalı və hətta kompüter otağı da var idi.


İlk universitet: evim, atam və anam  


Atamla aramızda hər zaman qalın bir pərdə olub. Mən nə ata, nə də ana silləsi görmüşəm. Ailədə demokratik bir ab-hava hökm sürərdi. Sizə bir əhvalat danışım. Bayaq dediyim dizdəki göy nişanə kimi o da mənim həyat mayakımdır. Deməli, həyətdə uşaqlarla oynayırdıq. Oyun üçün kiçik komandalara bölünmək lazım gəlirdi. Bu zaman bir uşaq qabağa gəlib dedi ki, kim mənim komandamda olmaq istəyir. İrəli çıxdım, bir başqası da özünü təqdim etdi. Sən demə, anam da pəncərədən bizi seyr edirmiş. Oynayıb qurtarandan sonra evə gəldim. Anam o zaman mənə cəmi bir cümlə dedi: “Oğlum, heç vaxt  “mən kiminlə olacağam demə, kim mənimlə olacaq de”.

Bütün həyatım boyu hara getdimsə çalışdım ki, bu fikir də mənimlə olsun. Dünyanın bir çox universitetlərində dərs dedim. Orada liderlik dərsi keçirilirdi. Anamın dediyi fikir, sən demə, həmin dərslərin əsas nüvəsi imiş. Bütün liderlər ancaq bunu düşünməlidir: mən nə etməliyəm ki, başqaları mənimlə olsunlar, mən onlarla yox! Siz gəncsiniz, həm sizə, həm də siz yaşda oxuculara demək istəyirəm ki, liderliyə gedən yolda hər hürən itə əyilib daş atsan, ora gedib çata bilməzsən. Liderlik yolunu tutmusansa, onsuz ora çatacaqsan. Amma hər dəfə əyilib, daş götürüb atsan, bu mümkün olmaya bilər.




Çörəkdən çox yediyimiz - məhrumiyyətlər, əzab və dərd


Ailədə 12 uşaq olmuşuq. Amma o uşaqlardan yalnız 6-sı qalıb. İndi ikimiz qalmışıq: bacım və mən. Qardaşlarım da ali təhsil aldılar, öz ziyalılıqları ilə seçilən insan odlular. Təkrarçılıq kimi çıxmasın, mən yenə o dizdəki göy yaraya qayıdıram və deyirəm ki, gül-çiçək içində böyüyən insandan heç zaman şəxsiyyət ola bilməz. İnsanı insan edən, şəxsiyyət kimi formalaşdıran, adını böyük hərflə yazdıran məhz zəhmət və üzləşdiyi məhrumiyyətlərdir. Hə, yadıma düşmüşkən, bir də dərdidir. İnsanın dərdi olmasa, vallah, o, şəxsiyyət ola bilməz. Ola bilər ki, bu sözümü kimsə qəbul etməsin, amma özəl fikrimdir. Əziyyət, dərd insanı yetişdirir, insanı insan edir. Müharibənin və müharibədən sonrakı illərin əziyyətini görmüşəm. Müharibədən sonrakı illərdə - təxminən 1948-49-cu illərdə - çörək bişirən sexə gedib gecədən maşınlara yük vurardıq ki, bizə növbədən kənar bircə çörək versinlər. Çünki çörək üçün o zaman gecədən böyük növbələr düzəlirdi. İnanın, bu cür çətinliklərdən çıxan adam çox şeylərə sinə gərə bilər.


Müəllimlərim: “Yaxşı ki, o kişi olub”



Novruzluda mənə birinci sinifdə dərs deyən Qərənfil müəllimə var idi. O hər zaman xatirimdədir. Onu heç vaxt unutmadım. Amma sonradan əlaqəmiz itdi. Bir dəfə, tədbirlərin birində çıxış etdim və mənə cəmi 4 ay dərs deyən o müəllimənin də adını çəkdim. Sonda bir nəfər mənə yaxınlaşdı. Dedi, mən Qərənfil müəllimənin oğluyam, o, bu gün də durur. Bu məni çox sevindirdi. Daha çox minnətdar olduğum bir müəllimim də var, onun haqqında hər zaman danışmışam. Onuncu sinfi qurtaranda hamı elə bilirdi ki, mən universitetin filologiya, yaxud buna oxşar fakültəsinə daxil olacağam. Çünki o zaman qəzetlərdə, jurnallarda ara-sıra şeirlərim çıxırdı. Təbii ki, Ramiz Rövşənin şeirlərindən deyildi. Həvəskarın yazdığı şeirlər idi. Hərdən qəzəl də yazardım, daha doğrusu, oxşadardım. Amma müharibə görmüş fizika müəllimim Kamal müəllim məni istiqamətləndirdi.  Dedi ki, sənin potensialın ədəbiyyatdan çox kibernetikaya uyğundur. Halbuki, o zaman kibernetika qadağan edilmişdi. Onu “sarı iblis” adlandırırdılar. Çünki o zaman Vinnerin kibernetikaya aid sarı cildli kitabı çıxmışdı. Mən bu seçimə görə o müəllimimə bu gün də minnətdaram. Yenidən şansım olsaydı, bir daha bu sahəni seçərdim. Ona görə ki, özümü burada daha yaxşı tapıram.


Gah qopduğum,  gah da içində yaşadığım səslər


Ən birinci eşitdiyim və vurulduğum səs Qarqar çayının səsi olub. Bir az Bakıdan aralanıb təbiətlə təmasda olan kimi görürsən ki, orada sənə stress verən heç nə yoxdur. Çünki Allah təbiətdə stress verəcək heç nə yaratmayıb. Çayların şırıltısı, quşların səsi, mehin hənirtisi, hətta xəzəlin belə xışıltısı insana rahatlıq gətirir.  Mən “Azadlıq” radiosunda bir dəfə dedim ki, şair Musa Yaqub kimi şəffaf, dağ suyu kimi təmiz bir adam tanımıram. Ona görə ki, o, elə təbiətin özüdür.

Bir də süni səs var idi. Siz gəncsiniz, yəqin patefon görməmisiniz? O vaxtı bizim evdə patefon olardı. Mən Qədir Rüstəmovun “Sona bülbüllər”ini,  Arif Babayevin oxuduğu bir çox xalq mahnılarını hələ o zaman, yəni 1940-cı illərdə Səyyarə Hüseynovanın ifasında “plastinka”da dinləmişəm. Onlar Qədirin, ya Arifin gətirdikləri deyil. Bir də çox maraqlı idi ki, o zaman biz radioda ancaq İran dalğalarını tuta bilirdik. Mən onsuz da muğamı sevirdim, o mənim üçün hər şeydir. Onu dinləyərkən tamam başqa dünyalara gedirəm. Amma muğamı sevməyimdə İran radio dalğalarının da rolu olub. Hə, bir də onu deyim ki, Xan Şuşinskiyə “Xan” adını bizim kənddə - Novruzluda veriblər. Bu yüz faiz dəqiq məlumatdır. Bu haqda eşitmişdim, sonradan yaşlı kəndçilərimdən biri bu barədə danışdı. İranda Xan deyilən məşhur bir xanəndə var imiş. Bir gün Şuşinski Novruzluda oxuyanda kəndin sayılıb-seçilən bir ağsaqqalı ayağa durub deyib: “Əşi, əsl xan elə bu imiş ki!”. Beləcə, bu ad elin də dilinə düşüb. 




Orada qoyub gəldiklərim


Ən birinci torpaq. Özü də müqəddəs bir torpaq. O torpağı qoyub gəldim. Bir əhvalat danışım. Əsl ziyalı və həqiqi qələm adamı Sadıq Murtuzayevin Ağdam rayon Partiya Komitəsinin birinci katibi olan vaxtlar idi. Onun Ağdamın ziyalıları ilə görüşmək kimi bir şakəri var idi. Mənim Ağdama gəldiyimi eşidib görüşməyə gəlmişdi. Abdal Gülablıda tikdirdiyi böyük sanatoriyada görüşdük. Dedi ki, hansı ziyalı gəlirsə, ərk edərək bir istəyini bildirir. Amma siz nə zaman gəlmisinizsə, heç nə deməmisiniz. Dedim, hələ ki hər şey yaxşıdır, lazım olsa deyərəm. Amma israr etdi. Çox çək-çevirdən sonra dedim ki, Novruzlu qəbiristanlığına su çəkdirsəniz, yaxşı olar. 20 gündən sonra artıq hər şey hazır idi. Qəbiristanlıqla bağın arasında bir çəpər var idi. Çəpərin bağ olan hissəsində bir artezian quyusu qazdırdı. Həmin quyudan qəbiristanlığa beş bulaq çəkdirdi. Dedim ki, bulaqlar mənim ata-anamın qəbrinə yaxın olmasın. Sonra elə bilərlər ki, mən bu məqsədlə xahiş etmişəm. Bax, orada qoyub gəldiyim ən böyük itkim o qəbiristanlıqdır. Atamın, anamın məzarları oradadır. Sizi qəmgin notlara kökləyəcəyəm. Amma nə edək, bu həyatın reallığıdır. Mən namizədlik dissertasiyasını müdafiə edən günü oğlum rəhmətə getdi. Onu da o qəbiristanlıqda dəfn etmişik.

Mənə çox arzular və təbriklər olub. Amma bilmirəm yaşla, yaxud nə ilə bağlıdırsa, jurnalist Qabil Abbasoğlunun bir təbriki daha çox yadımda qalıb. Dedi ki, sizə ən böyük arzum odur ki, övladlarınızın çiynində Novruzlu qəbiristanlığına gedəsiniz. Bu, böyük arzudur.  




Tikdim ki, izim qala


Kəndimizlə Ağdam arasında yazın əvvəllərində gediş-gəliş kəsilərdi. Qarqar çayı daşardı və çox böyük daşqınlar əmələ gələrdi. Həmin selin azı 5-6 nəfəri necə aparması bu gün də hafizəmdədir. Çünki gözlərimin qarşısında olub. Bir lal var idi, nə qədər başa salmaq istədik ki, sel güclüdür, girmə ora, qulaq asmadı. Girən kimi onu sel apardı. Bir aya qədər, demək olar kəndlə şəhər arasında əlaqə tamam kəsilərdi. Sonra bəzi  imkanlarım yarandı. İctimai əlaqələrdən istifadə edib Qarqarın üzərindən o regionda ən böyük bir körpü saldırdım. Bu gün də bəzi ədəbiyyatlarda bu barədə yazılıb. Körpü Novruzlu qəbiristanlığından başlamış ta Ağdam hava limanına qədər Qarqarın üzərindən uzanırdı. Ən böyük xeyri o oldu ki, mənfur qonşular Ağdamı tutanda insanlar bu körpü vasitəsilə daha rahat və tez qaçıb xilas ola bildilər. Sevinirəm ki, kəndim üçün həm bunu, həm də məktəbi tikdirə bildim.


“Darıxmaq da sözdür...”


O kənd üçün çox darıxıram. Orada olmaq üçün hər şeyi qurban verərdim. Allah sizə hallı bir qocalıq nəsib etsin. Görəcəksiniz ki, insan qocaldıqca torpaqlaşmaq istəyir. Yaş ötdükcə, insan daha çox nostalgiyaya dalır. Deyərdim ki, hələ darıxmaq da çox azdır. Bu nədirsə, çox ağrılı bir hissdir.(modern.az)






Oxşar xəbərlər
20:34, Bu gün
Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu oldu - YENİLƏNİB
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var