Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları...
Ədəbiyyat
Oxunub: 5161
06 May 2015 | 23:47
Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları...
Azərbaycanda, ümumiyyətlə, bütün türk xalqları arasında dastançılıq ənənələrinin tarixi çox qədim zamanlara gedib çıxır. Hələ eramızdan çox-çox əvvəldən başlayaraq qədim türk xalqları içərisində yaranmış və yayılmış əhvalat, macəra və rəvayətlər klassik dastanlarımızın ilk qaynaqları sayıla bilər. Lakin qədim dastanların əksəriyyəti yazıya alınmadığı üçün itib-batmış, unudulmuş, ya da bəzi kitablarda bu dastan parçalarından nümunələr verilmişdir  
Dastanlarımızın sistemli şəkildə toplanıb yazıya alınmasına və tədqiqinə isə çox-çox sonralar başlanılmışdır. Lakin bununla yanaşı, xalqımızın şifahi ədəbiyyat nümunələrinin, o cümlədən qədim və klassik dastanlarımızın ayrı-ayrı nümunələrinin pərakəndə də olsa, qeydlər şəklində yazıya alınması, bəzi hallarda bədii əsər kimi yenidən işlənməsi qədim dövrlərdən başlanmışdır. Belə nümunələrə ədəbiyyat, söz-sənət həvəskarlarının hobbi kimi tərtib etdiyi qeydnamələrdə, yaddaşnamələrdə, cünglərdə, tarixçilərin salnamələrində, bəzi görkəmli klassiklərimizin bədii əsərlərində rast gələ bilirik.  
Məlumdur ki, bir sıra görkəmli klassik şairlərimiz qədim dastan nümunələrindən  öz əsərlərində bədii süjet kimi, salnaməçilər isə onlardan salnamələrində tarixi rəvayət kimi istifadə etmişlər. Ulu ozanlarımız, ustad aşıqlarımız, eləcə də şeir, saz-söz, ədəbiyyat həvəskarlarımız isə bu nümunələri öz qeydnamələrinə, yaddaşnamələrinə yazaraq, günümüzə qədər gəlib çıxmasına ”“ yaşamasına şərait yaratmışlar.   
Zaman keçdikcə şifahi ədəbiyyat nümunələrinə, eləcə də dastanlara maraq bir qədər də artır. Belə ki, “XIX əsrin birinci yarısından başlayaraq ümumiyyətlə şifahi ədəbiyyat nümunələrinin, eləcə də dastanlarımızın yazıya alınması yeni bir mahiyyət kəsb etməyə başlayır. Əgər keçmiş əsrlərdə bu iş ancaq ayrı-ayrı peşəkar ifaçıların və həvəskar-maraqlıların yaddaşnamələri cüngləri səviyyəsindən yuxarı qalxa bilmirdisə, indi bu zəngin xəzinə müəllimlərin, alimlərin, səyyahların diqqətini cəlb edir və sözün həqiqi mənasında toplama işləri başlanır” (14, 4-5).
Müəllifin bu fikri ilə razılaşmaqla yanaşı, onu da əlavə etmək lazımdır ki, bunu hələ dastanlarımızın tam mənada toplanıb yazıya alınması, araşdırılması kimi qəbul etmək qeyri-mümkündür. Bu cür toplama və yazıyaalma işləri müsbət hal kimi qiymətləndirilərək, əsl sistemli toplama və yazıyaalmanın başlanğıcı, ilkin addım kimi qəbul edilə bilər. Və o da maraqlıdır ki, ilkin toplama, yazıyaalma və araşdırma işlərində həvəskar, eləcə də peşəkar müəlliflərin diqqətlərini ən çox cəlb edən “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları olmuşdur. Sonrakı mərhələdə tərcüməçi və naşirlər də daha çox bu dastanlara üstünlük vermişlər.
Lakin xalqımızın ruhunu, mənəviyyatını əks etdirən dastan fondumuz təkcə “Koroğlu” qolları və “Kitabi-Dədə Qorqud” boyları ilə məhdudlaşmır. Qədim zamanlardan başlayaraq, günümüzəcən insanlarımızın sevə-sevə dinlədiyi, nəsildən-nəslə ötürüb yaşatdığı bir-birindən gözə və maraqlı yüzlərlə məhəbbət, qəhrəmanlıq və ailə-məişət dastanımız mövcuddur. Onların hər biri xalqımızın zövqünü oxşayıb, dünyaduyumunu, düşüncə tərzini əks etdirməklə yanaşı, təxəyyülünün gücünü, sənətkarlığının, istedadının qüdrətini danılmaz fakt olaraq sübuta yetirir. Bütün bunların nəticəsidir ki, Azərbaycanda dastançılıq, dastan yaratmaq ənənəsi bu gün də davam etdirilməkdə, klassik məhəbbət (eləcə də qəhrəmanlıq və ailə-məişət) dastanlarımız məclislərdə, el şənliklərində, yubiley və xatirə gecələrində xüsusi maraq və coşqu ilə dinlənilməkdədir.   
Azərbaycanda hələ Sovet hakimiyyəti qurulmazdan əvvəlki dönəmdən başlayaraq, məhəbbət dastanlarımızın bir çoxu ara-sıra nəşr olunmağa başlamışdır. “Aşıq Qərib”, “Tahir−Zöhrə”, “Şah İsmayıl”, “Abbas və Gülgəz”, “Xəstə Qasım”, “Şahzadə Əbülfəz”, “Alıxan”, “Novruz” və s. kimi məşhur dastanları buna misal göstərmək olar. Sovet hakimiyyəti illərində isə, etiraf etmək lazımdır ki, bu proses daha da sürətlənərək, sistemli şəkil almağa başladı. Bu dövrdə dastanların istər toplanıb yazıya alınması, istərsə də araşdırılıb geniş tədqiqatlara cəlb olunması, nəşri istiqamətindəki işlər get-gedə sürətlənmişdir. Salman Mümtaz, Hənəfi Zeynallı, Əhliman Axundov kimi görkəmli alimlərimiz H.Əlizadə, S.Axundov, Ə.Tahirov və b. folklorşünaslarımız, eləcə də S.Rüstəm, M.Rahim kimi xalq şairlərimiz bu sahəyə xeyli zəhmət sərf etmişlər. Onların gərgin əməyi və təşəbbüsü ilə dastanlarımızın bəzən bütöv halda özləri, bəzənsə ayrı-ayrı qoşmaları nəşr edilmişdir. Bunlardan H.Əlizadənin toplayıb tərtib etdiyi “Azərbaycan el ədəbiyyatı”, “Dastanlar və nağıllar”, Ə.Axundovun “Xalq dastanları” kitabları və s. daha çox diqqətəlayiqdir.  Bunlardan əlavə, 1920-1940-cı illərdə Yusif Vəzir Çəmənzəminli, Rəşid bəy Əfəndiyev, Vəli Xuluflu, Bayraməlibəyov və başqaları dastan və dastan qoşmalarından ibarət xeyli material toplayıb, müxtəlif mətbuat orqanlarında nəşr etdirmişlər.
Həmin dövrdə İsmayıl Hikmətin çapdan çıxmış ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabında şifahi xalq ədəbiyyatımıza ayrıca bir bölmə ayrılması da o dövr üçün diqqətəlayiq hal idi (8, 58).  Həmin bölmədə bir sıra dastanlarımız qısaca da olsa şərh edilərək qiymətləndirilir. Doğrudur, müəllifin özünəməxsus qiymətləndirmə, şərh və dastanlarımız üzərində apardığı bölgülərin bir çox məqamları ilə razılaşmaq mümkün deyil. Lakin həmin dövr üçün onun mülahizələri olduqca dəyərli və əhəmiyyətli sayıla bilər. Çünki bu mülahizələr Azərbaycan folklorşünaslığı istiqamətində atılan ilk addımlardan idi və elmimizin bu sahəsinin inkişafı, genişlənməsi istiqamətində bir təkan rolunu oynayırdı. Belə ki, İsmayıl Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” kitabının sözügedən fəslində “təhkiyəvi növ” adı ilə işarələdiyi eposu üç qismə bölürdü: roman, hekayə, dastan. Sonrakı mərhələdə hekayə adlandırdığı dastanları da yenidən dörd yerə ayırır:

1) tarixi hekayələr;
2) sevda hekayələri;
3) qəhrəmanlıq hekayələri;
 4) xaricdəngəlmə hekayələr. 
 
O da diqqətəlayiq haldır ki, müəllif həmin fəsildə adlarını çəkdiyi, haqqında məlumat verdiyi bir sıra dastanların Azərbaycan xalqının mənəvi sərvəti olduğunu xüsusi vurğulayır. “Aşıq Qərib”, “Koroğlu”, “Əsli−Kərəm”, “Leyli−Məcnun”, “Tahir−Zöhrə”, “Fərhad−Şirin”, “Şah İsmayıl”, “Mahmud−Əlif” kimi dastanların ən çox Azərbaycan ərazisində ağız-ağız, məclis-məclis gəzib-dolaşdığı fikrini irəli sürür. Məhəbbət dastanlarımızdan söz açarkən bildirir ki, bəzi qoşmalarında təsəvvüf və hətta hürufilik təsirləri olmasına baxmayaraq, xalq ədəbiyyatı nümunələri arasında ən həyati eşq romanı “Aşıq Qərib”dir (8, 58).
Qeyd etmək lazımdır ki, XX əsrin birinci yarısında məhəbbət (eləcə də qəhrəmanlıq, ailə-məişət və s.) dastanlarımızdan söhbət açan bəzi məqalələr də nəşr edilmişdir. Bunlardan “Azərbaycan aşıqları” kitabına Abdulla Şaiqin, “Azərbaycan el ədəbiyyatı” kitabına Hənəfi Zeynallının yazdığı ön sözlər, R.Əfəndizadənin “El ədəbiyyatı və ya el sözləri” (7, 23-36), Əmin Abidin “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına aid vəsiqələr” (1, 48-53),  sərlövhəli məqalələri qeyd edilməyə layiqdir.

Ardı var...

Cəmilə Çiçək (İsbəndiyarova)
                                                
AMEA Folklor İnstitutunun doktorantı
 

Oxşar xəbərlər
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki