Hazırda həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova Moderator.az saytı vasitəsi ilə əlaqədar qurum və şəxslərə müraciət edərək övladının ağır xəstə olmasının nəzərə alınaraq onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə yardımçı olmağı xahiş edib:
"Şərlənərək
həbsə atılmış oğlum hüquq müdafiəçisi Taleh Xasməmmədovun həyat və sağlamlığı
ciddi təhlükədədir. O, hər an ölə bilər.Təxminən 2 ay öncə Talehi İranda müayinə
edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa, ölə biləcəyini ona
bildiriblər. İran həkimlərinin tibb sənədlərinin surətini mətbuat vasitəsi ilə
ictimaiyətə təqdim edirəm. Onun qanında zəhərlənmə var, qəfil baş qaldıran
ağrılardan huşunu itirir, həyatı ciddi təhlükədədir. Talehi mənim gözümün
qarşısında şərləyərək həbs etdilər. Bunu gözümlə görməsəydim bu qədər
yanmazdım.Bu şərləmə hadisəsi məni çox sarsıtdı. Bütün bunları Göyçay rayon
İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin tapşırığı ilə ediblər. Çünki Taleh
onun rayonda qanunsuz fəaliyyəti barədə mətbuatda çıxışlar etmişdir. Bir yandan
günahsız oğlumun şərlənərək həbsə atılması, bir yandan da ki, ciddi xəstəlikdən
əziyyət çəkməsi məni çox-çox narahat edir. İki azyaşlı uşağının və mənim
ağlamaqdan gözlərimiz quruyub, bu haqzıslığı Allah da götürməz. Göyçay rayon icra
başçısı yalandan şaiyə yaydırıb ki,guya Talehin həbsini Bakıdan sifariş ediblər.Bizim
ailə buna qətiyyən inanmır. Çünki cənab prezident Talehi özü əfv sərəncamı
ilə cəza çəkməkdən azad etmişdir. İnanıram ki, cənab Prezident günahsız Talehin
ciddi xəstə olması ilə maraqlanıb onun ev dustaqlığına buraxılmasına köməklik
edəcəkdi.Mən başda Fuad Ələsgərov olmaqla İşçi Qrupunun bütün üzvülərinə
müraciət edib Talehin ciddi xəstə olmasını nəzərə alıb ev dustaqlığına
buraxılmasına köməklik göstərmələrini xahiş etmişəm. Ümüdlə, inamla İşçi
Qrupunun iclasını gözləyirik. İnanıram ki, ümüdlərimiz boşa çıxmayacaq.
Xatırladım
ki, 24.02.2015-ci il tarixdə mağazadan çıxıb maşına əyləşmək
istəyəndə qondarma zərərçəkən Zahir adlı şəxs anı olaraq qəfil
Talehə yaxınlaşıb üzünə tüpürdü , yaxasından yapışıb yıxıldı yerə və Talehi də
yıxdı öz üstünə. Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi iki maşın
polislər ora gəldlər, Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin
"işverənidir", çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi
iştirak edib .Talehin barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə
cinayət işi başlanılıb. Həbs qəti imkan qərarından verilən apellyasiya şikayətinin
təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 06 mart 2015-ci iltarixdə qərar
çıxartmışdır. Hazırda 2-saylı İstintaq Təcridxanasında saxlanılır.
P.S.Mövzu
ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.