Azərbaycanda sosial-iqtisadi durum ağırlaşdıqca xalqın narazılığı da buna müvafiq surətdə artmaqdadır. Maraqlıdır, hakimiyyət gərginliyin pik həddə çatacağı, xalqla açıq qarşıdurmanın qaçılmaz olacağı təqdirdə Qarabağda müharibəni tətikləyə və beləliklə də ümumxalq narazılığının məcrasını bu yolla dəyişə bilərmi?
Məsələ ilə bağlı
Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən AMİP Mərkəzi Şurasının
üzvü, politoloq Əli Orucov hakimiyyətin müharibə variantından istifadəsinin nəzəri
baxımdan mümkünlüyünü vurğulasa da, bunun praktiki baxımdan reallaşacağına
inanmadığını qeyd etdi:
“Manatın birdən-birə 35
faiz ucuzlaşması ərzaq məhsullarını və diər gündəlik tələbat mallarını 50-100
faiz bahalaşdırdı.Ölkədə bütün qiymətlər birinci kosmik sürətlə qalxdı. Hökümət xalqı
sakitləşdirmək üçün güya bahalaşmaya qarşı mübarizə aparmaq görüntüsü yaramşa
çalışsa da, bu alınmadı. Çünki bahalaşmanın kökünü kömrükdə, banklarda və
vergidə axtarmadığından pərakəndə satışla bunu qarşısını almaq mümkün olmazdı.
Sadaladığım həmin üç dövlət qurumuda soyğunçuluq dövlət səviyyəsində davam
edir. Bütün bunlar isə cəmiyyətdəki narazılığı daha da dərinləşdirməkdədir.
Hakimiyyətdən narazı qalanların sırasına xırda iş adamları, aşağı səviyyəli
dövlət məmurları, orta biznes strukturları da əlavə olundu. Hətta, bu etirazlar
getdikcə radikal və nifrətedici fon almaqdadır. Üstəlik də korrupsiyanın, rüşvətin,
qanunsuz vergi yığmaların, monopoliya, özbaşınalıqlar, soyğunçuluq kimi hallar
dözülməz durum yaradıb. İnsanların artıq səbr kasası daşmaq üzrədir. Ölkə
sosial partlayışın bir addımlığındadır. Belə bir təhlükəli vaxtda diqqəti
daxili narazılıqlardan yayındırmaq üçün hakimiyyətin çıxış yolu kimi Qarabağda
yeni bir müharibənin başlamasını bəlkə də nəzərdən keçırə bilər. Bu bir həqiqətdir
ki, iqtidar daxili və xarici təzyiqlərdən və narazılıqlardan yayınmaq üçün
zaman-zaman müharibə kartından və erməni faktorundan istifadə edib. Böhranlı
anlarda həm Azərbaycan, həm də Ermənistah hakim dairələri üçün müharibə və
Qarabağ problemi kart-blanş olub. Bu problemdən həm hakimiyyətlər özlərinimüdafiə,
həm də şantaj aləti kimi bəhrələniblər. Anacaq Dağlıq Qarabağ münaqişəsi beynəlmiləlləşdiyindən
nə Azərbaycan nə də Ermənistan hakimiyyətləri birtərəfli qaydada müharibəyə
başlamaq risqini göz altına ala bilməzlər. Bu həmin hakimiyyətin siyasi iflası
və siyasi səhnədən birdəfəlik getməsinə səbəb ola biləcək nəticələr verə bilər.
Bunula belə müvəqqəti olaraq daxili sakitliyi yaratmaq, diqqəti yayındırmaq, müəyyən
müddətə hesablanmış milli-vətənpərvərlik ovqatı yaratmaq, sosial ədalətsizlikdən,
mövcud böhrandan doğan nifrətin, qəzəbin və kinin düşmənə yönəldilməsi məqsədi
ilə cəbhə xəttində atəş kəs pozula bilər, hansısa əməliyyatlar aparıla bilər.
Lakin bunu total müharibəyədək gedib çıxacağı inandırıcı deyil. Cənubi
Qafqazda, xüsusən də Ermənistanla-Azərbaycan arasında silahlı mühaqişənin yenidən
başlanmasına regionda marağı olan supergüclər imkan verməz. Amma mən çox istərdim
ki, Qarabağ problemi hakimiyyətlərin siyasi oyun vasitəsinə çevrilməsin,
müharibə başlasın və torpaqlarımızı işğaldan azad edək”.
Seymur
Əliyev