Bir cənub şəhərindən başlayan əfsanə: “Rövşən Lənkəranski”...
Kriminal
Oxunub: 3749
28 Feb 2015 | 11:55
Bir cənub şəhərindən başlayan əfsanə:  “Rövşən Lənkəranski”...

Hətta bu qədər məşhurlaşmasaydı belə, atasının qatilini məhkəmə zalında öldürdüyünə görə “zon”larada həmişə hörmətlə qarşılanmalı, bayırda da sözünə hər zaman dəyər verilməlidir... 

Nədir “Rövşən Lənkəranski”ni bu qədər cəlbedici, maraqlı edən? Hündür boyu, gənc yaşlarında saxladığı uzun saçları, maliyyə imkanları, sözübütövlüyü, ədaləti, yoxsa bu qədər qalı dava-savaşdan sağ qurtulmağımı?



Onu daha da “əlçatmaz” edən bir ciddi səbəb də var: adı İnterpolun axtarış siyahısındadır...

Deyilənlərə görə, dindardır. Spirtli içki içmir, narkotiklərdən də uzaqdır, uzun danışmağı da sevmir. Orta təhsilli, ailəlidir. Onun gah Bakıda gizləndiyi deyilir, gah sorağı Moskvadan, Dubaydan, İstanbuldan gəlir... Sonra haradasa “güllələnir”, haradasa “adam vurdurur” xəbərləri sıralanır. Qəzetlər yazıb ki, onu sonuncu dəfə ötən ilin noyabrında Aşura mərasimində görüblər. Xəbərlərə görə, “Kiçik Bazar” adlanan ərazində ətrafında 4-5 mühafizəçisi ilə birgə olub. Onu daha da “əlçatmaz” edən bir ciddi səbəb də var: adı İnterpolun axtarış siyahısındadır...

Ona xüsusilə doğulub boya-başa çatdığı cənub zonasında pərəstiş edənlər, “cənub şəhərinin kriminal əfsanəsi” sayanlar da    çoxdur. Kriminal aləmdə ona rəğbəti olmayanlar da, düşmənləri də kifayət qədərdir. Amma etiraf ediləsi bir gerçək də var: hətta bu qədər məşhurlaşmasaydı belə, atasının qatilini məhkəmə zalında öldürdüyünə görə “zon”larda həmişə hörmətlə qarşılanmalı, bayırda da sözünə hər zaman dəyər verilməlidir... 
          
Fakt budur ki, “oğru dünyası”nın son on illiklərdə ən nüfuzlu simaları - “böyük qardaş” - Hikmət Muxtarov (“Sabirabadlı Hikmət”) və Məmməd Hüseynovun (“Masallı Mamed”) ölümündən sonra internet axtarış saytlarında adı ən çox aranan azərbaycanlı “qanuni oğru”lar sırasında  Rövşən Canıyevin adı (“Lənkəranski) birinci sırada gəlir. Azərbaycan mediasında onun haqqında üç-dörd cümləlik xəbər dərhal minlərlə oxucu tapır. Nədir  ”Rövşən Lənkəranski"ni bu qədər cəlbedici, maraqlı  edən? Gənc yaşlarında saxladığı uzun saçları, maliyyə imkanları, sözübütövlüyü, ədaləti, yoxsa bu qədər qanlı dava-savaşdan sağ qurtulmağımı? Yoxsa “Ded Xasan”ın qətlinin onun adına yazılmasımı? Bəlkə yeniləşən dünyanın kriminal aləminə Polad Ələmdar sayağı fərqli baxışımı? Yeri gəlmişkən, onu “dərin dövlətin” adamı sayanlar da var axı... 

*   *   *

O, 1975-ci ilin yanvar ayının 27-də Lənkəranda doğulub. Bir ay əvvəl 40 yaşı tamam olub. Onu kriminal dünyada ön sıraya çıxaran atasının qatilini məhkəmə zalında güllələməsidir. 17 yaşında əlinə silah alıb bu işə ürəklə gedirsənsə, kriminal aləm niyə sənin başına and içməsin ki? Qisas həmişə qiyamətə qalmaz ki... 


1996-cı ildə baş verən o qətl işinə görə yeniyetmə  Rövşənə cəmi iki il iş kəsilib. 1997-ci ilin martında isə cəzası şərti cəza ilə əvəz olunaraq azadlığa buraxılıb. “Rövşən Lənkəranski”nin  adı belə tanınmağa başlayıb... 

2000-ci ildə “Lənkəranski” artıq “qanuni oğru” sayılırdı. Elə həmin il o, Bakı bulvarında kriminal aləmdə yaxşı tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. “Lənkəranski” həmin davada ciddi psixi travmalar aldığını iddia edir və məhkəmə-psixi ekspertizanın qərarı ilə müalicəyə göndərilir, ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Bir müddət sonra isə hüquq-mühafizə orqanları onun izini itirirlər, onun barəsində beynəlxalq axtarış elan edilir.

“Lənkəranski”nin sorağı bunda sonra Moskvadan daha tez-tez gəlir. Ona “qanuni oğru” adını dövrünün ən tanınmış “vor zakonu”-"Nardaranlı Mirseymur" verib. Moskvadakı biznes əlaqələrinin də “Lənkəranski” rəhmətlik Mirseymurla yaxınlaşdıqdan sonra yarandığı deyilir. Bu həmin dövr idi ki, Moskva bazarlarına nəzarət uğrunda amansız mübarizə gedirdi. 2003-cü ildə “Lotu Quli”nin(“Nadir Səlofovun) də adı keçdiyi qətl baş verir. Mirseymura ”Peşera" barında “Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurulur. Azərbaycanlı “qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşır. 


2003-cü ildə Sankt-Peterburqda “Yevlaxlı Elçin” kimi tanınan Elçin Əliyev də öldürülür. Onun qətli ilə bağlı müxtəlif versiyalar olsa da, bu illər ərzində bu barədə heç kim açıq danışmayıb. Qeyri-rəsmi bilinən budur ki, bu qətldə “Lənkəranski”nin adı hallanıb və hətta 2004-cü ilin dekabrında bu cinayət işinə görə Moskvada həbs də edilib. Amma sübutlar olmadığı üçün həbsdən buraxılıb.

2006-cı il aprelin 7-də Moskvada  “Sabirabadlı Hikmət” qətlə yetirilir. 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Bu illərdə Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət “Rövşən Lənkəranski”yə keçir. İddialar var ki, onun “Lotu Quli” ilə münasibətləri məhz bazarlara nəzarət uğrunda savaşdan qaynaqlanır və illərdir ki, davam edir.

2008-ci ilin fevralında Kiyevdə həbs edilən “Lənkəranski”  Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də “Rövşən Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə “qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır. 

“Lənkəranski”nin “srok”dan tez buraxılmaları, uzun müddət axtarışda olmasına baxmayaraq ələ keçməməsi onun opponentlərini həmişə düşündürüb, qıcıqlandırıb. Məsələn, onun 2010-cu ildə həbsdən çıxmasına “Lotu Quli” vəkil vasitəsilə belə reaksiya veribmiş: “Rövşəni həbs edib bura gətirəndən sonra Nadir bizə dedi ki, onu buraxacaqlar. Dedik ola bilməz. Onun üstündə ağır maddələr var. Amma məhkəmə onu zaldan azadlığa buraxdı. Rövşən axtarışda ola-ola hava limanı vasitəsilə ölkəyə gəlir, onu qarşılayıb-yola salırdılar. Bu onu göstərir ki, müəyyən yüksək vəzifəli məmurlar onun arxasında dayanır”.


Daha bir faktı da qeyd edək. “Lənkəranski”nin qardaşı Gömrük Komitəsində yüksək vəzifədə işləyir...

“Rövşən Lənkəranski”nin “oğru” adının alınması barədə hələ “Ded Xasan” sağlığında 30 “qanuni oğru” adından (onların sırasında 10 azərbaycanlı avtoritet də olub) “malyava” (göndəriş) yayılıb. 2014-cü ilin oktyabrında İspaniyada həbsdən azad olunan, “Ded Xasan”ın varisi Zaxari Kalaşovun (“Şakro Molodoy”) bu ilin yanvarında Ermənistanda keçirdiyi “sxodka”da da  “Rövşən Lənkəranski”nin  “qanuni oğru” adının müzakirəyə çıxarıldığı, hətta titulunu itirdiyi barədə xəbərlər də təsdiqlənməyib. 


***
“Lənkəranski”nin indi də harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, İtaliya 2013-cü ildə də onun  barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin bir müddət sonra bu məlumat İnterpolun saytından çıxarılmışdı.  

Bir müddət əvvəl “Moskovskiy komsomolets” qəzeti dünyanın ən məşhur kriminallarından olan Vyaçeslav Leontevlə (“Vadik Belıy”) müsahibə dərc etmişdi. O, “Ded” in qətlinin “Lənkəranski”nin təşkil etməsi barədə iddiaları rədd edərək bunları demişdi: “Kimlərsə Xasanla Rövşənin münasibətlərinin pis olduğu barədə yalanlar uydurub. Bu, Xasanı öldürənlərin uydurmasıdır. Rövşən tərbiyəli, intellektual və dinə bağlı adamdır. Onun kəndlilərindən və yerlilərindən soruşsanız, Rövşən haqqında ancaq xoş sözləri deyərlər. Onun sadə adamlara necə hörmət etdiyini eşidərsiniz”. “Belıy” demişdi ki, “Lənkəranski”nin  güllələnməsi barədə xəbərlər də yalandır: “O, sağ-salamatdır”.

Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ