Moderator.az xəbər verir ki, Avropa çempionatlığında “ QIZIL MEDALA “ sahib çıxan 15 yaşlı həmyerlimiz, Kamran Qəmbərov birinci yeri qazanıb.
O, 23
sentyabr 1999 ”“ cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından idmana böyük
sevgisi olan Kamran
Qəmbərov , Bakının Yasamal
rayonunda yerləşən 175
saylı tam orta məktəbin
10 ”“ cu sinif şagirdidir .
Yaşıdlarından həmişə qeyri ”“ adi istedadı ilə fərqlənən
Kamran Qəmbərov 9 yaşından müxtəlif
idman növləri ilə məşğul
olub. O, daha çox “ PANKRATİON ( Qaydasız
döyüş ) “ idman növünə üstünlük vermişdir . Kamran tanınmış
idmançı Aqşın Babayevin
yetirməsidir. Gənc ilmançı qazanmış
olduğu bütün qələbələrinin nailiyyətlərini
onu öyrədən , təlim tərbiyəsi ilə məşğul
olan Aqşin müəllimin zəhməti hesabına başa gəldiyini söyləyir.
Kamran
Qəmbərovun bu idman növünə maraq
haradan yarandı ?
Sualına
; Kamran Qəmbərov qeyd edir ki ,
ailəmizdə hamı idmanı çox sevir . Məhəlləmizdə Heydər Əliyevin
90 illiyinə yaradılan mini
futbol meydançasında futbol
oynayırdım , qaçırdım , turniklə məşğul
olurdum , Qonşu uşaqlar mənim
idmanla məşğul olduğumu
və idmana olan
sevgimi görüb mənə dedilər ki ,
gəl səni də özümüzlə
idmana aparaq . Mən uşaqlarla getdim
və uşaqların məşğul olduğu
idman növünü seçdim . Aqşin müəllim məni
qəbul etdi və bütün yay
tətilini demək olar
ki , idmanla məşğul olurdum .
Bu İdman Növünü Seçməkdə və Davam Etdirməyinizdə Məqsədiniz Nədir ?
Sualına Kamran Qəmbərov bildirir ki , Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının sayəsində idmana böyük diqqət və qayğı ayrılmışdır . Ölkəmizin iqtisadi inkişafı ilə yanaşı İdman sahəsidə sürətlə inkişaf edir . İdman sahəsi özünü , kimliyini , vətənini dünyanın hər yerində tanıtdıran sahədir . Məndə istəyirəm ki , ölkəmiz həmişə uğurlu nəticələrlə daima yadda qalsın. Mən də bu idman növü ilə məşğul olaraq istəyirəm ki , gələcəkdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olum və təhsilimi bitirdikdən sonra müəllimim kimi ölkəmizdə gənc idmançılar yetişdirim.
İdmanla məşğul olmağın dərslərinə çətinlik yaratmırdı ?
Sualına Kamran bildirir ki , indi bütün məktəblərdə gənc uşaqların çoxu idmanla məşğul olurlar . İdman çox yaxşı peşədir . Məktəbimizə gəldikdə isə bizim müəllimimiz , həmdə məktəbimizin direktorudur . Məktəbimizin direktoru Qələndər müəllim idman sahəsini çox sevir . Qələndər müəllim çox gözəl rəhbər də zəhmətkeş insandır . Məktəbimizin abadlaşdırılmasında , nizam ”“ intizamın olmasında Qələndər müəllimin böyük rolu var .Müəllimimiz Qələndər müəllim həm də çox tələbkardır və bütün şagirdləri öz doğma övladları kimi sevir.
Mən müəllimlərimi çox istəyirəm . Həm məktəb müəllimlərim həm idman müəllimim çox layiqli vətənpərvər müəllimlərdir , mən onlara daima minnətdar olduğunu qeyd edir.