“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, tanınmış hərbi ekspert Üzeyir Cəfərov Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında cari il üçün müharibə ehtimalını dəyərləndirib:
“Artıq yeni təqvim ilimiz yavaş-yavaş sürət
götürür. Bütün cari işlərlə yanaşı, hamını bir vacib sual düşündürür: görəsən
2015-ci ildə Qarabağ savaşı başlıya bilərmi? Mən hər zaman demişəm ki, bu savaş istənilən an
alovlana bilər. Çünki 20 ildən artıqdır ki, beynəlxalq qurumlar bizə yalnız vədlər
verməklə məşğuldurlar. Vaxt isə gedir. ATƏT-in Minsk qrupu öz kefində, işində-gücündə.
İşğalçı da həmçinin. Ona görə də, yeganə ümid Azərbaycan əsgərinə qalır. Son
vaxtlar həm Ali Baş Komandanın, həm də müdafiə nazirinin çılxışlarına diqqət
etsək, döyüşlərin başlamaq ehtimalı ilə bağlı bəzi işartıları görə bilərik.
Amma yenə mən hesab edirəm ki, döyüşlər başlasa da, bu uzun müddətli deyil,
qısa, lokal xarakterli doyuşlər ola bilər. Mən şəxsən istəyirəm ki, hərtərəfli
hazır vəziyyətdə olan Silahlı Qüvvələrimiz belə bir əməliyyata başlasalar, uğur
bizim olacaq. İnşallah, hesab edirəm ki, o gün də çox uzaqda deyil”.
Seymur Əliyev