“Musa Uruda böyük hörmətim var. Əgər o mənim haqqımda belə sözlər deyirsə deməli , nəsə bildiyi var“.
Bu sözləri Moderator. az-a millət vəkili Musa
Quliyevin onun haqqında dediyi fikirlərə münasibət bildirərkən gənc yazar Kəramət
Böyükçöl deyib.
Yazar eyni zamanda millət vəkili M.
Quliyevin onun haqqında dediklərini etiraf edib:
“Musa müəllim düz deyir. Onun fikirləri ilə razıyam. Yəni hələ
özümü tapmamışam. Romanımı bəyənməyibsə, bu çox normaldır. Çalışacam ki, növbəti
romanımı daha yaxşı yazım ki, Musa müəllimin xoşuna gəlsin. Hələ gəncəm, nə
yaxşım var ki?! Həyat qabaqdadı. Söz verirəm ki, gec-tez özümü tapıb Musa müəllimə
göstərəcəm”.
Qeyd edək ki, Musa Quliyev müsahibə zamanı Kəramət Böyükçölün
boyundan uzağa tullanmaq istədiyini, özünü dahi kimi apardığını qeyd etmişdi.
Şair eyni zamanda onun romanını bəyənmədiyini də bildirib.
Lalə Novruzlu