Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə, son günlər Sumqayıtda dükan və mağazalarda, istehsalat müəssisələri və iri ticarət mərkəzlərində çalışan saqqallılardan ibarət icarədar və satıcıların, hətta adi fəhlələrin belə kütləvi surətdə işdən qovulması tendensiyası müşahidə edilməkdədir. Buna səbəb hər bir saqqallının potensial İŞİD-çi hesab olunmasıdır.
Hüquq-mühafizə
orqanlarının bir-birinin ardınca Sumqayıtda vəhabi və İŞİD-çilərə qarşı həyata
keçirdiyi əməliyyatlar şəhərdə xof mühiti yaradıb. Xüsusilə də sahibkarlar
obyektlərində bu cür şəxslərin işləyə biləcəyindən ehtiyat etdikləri üçün şübhə
doğuran hər kəsi dərhal işdən azad edirlər.
Dindar kəsim isə hesab
edir ki, mahiyyətinə varmadan, sadəcə saqqal saxladığı üçün hər kəsi potensial İŞİD-çi
sayıb təqib etmək, işdən qovmaq nə məntiq, nə ədalət, nə də qanunvericilik
baxımından doğru sayıla bilməz və bu, hər şeydən əvvəl yüzlərlə, minlər insanın
hüququniun pozulması, onların mənəvi baxımdan təhqir edilməsi, aclığa məhkum
edilməsi deməkdir.