Ramiz Mehdiyevə oxuması tövsiyə edilən hekayə
Oxunub: 2637
26 Nov 2014 | 01:22
Ramiz Mehdiyevə oxuması tövsiyə edilən hekayə

Məlum olduğu kimi, tanınmış vəkil Aslan İsmayılovPrezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevəaçıq məktub yazıb. Məktubda olan maraqlı məqamlardan biri də, Aslan İsmayılovun müxalifətin açınacaqlı durumda olmasını etiraf etməsidir. Müəllif  müxalifətə ömürlərini həsr edənlərin  real durumunu anlamaq üçün, jurnalist Elxan Şükürlünün müəllifi olduğu Â«BİR MÜXALİFƏTÇİNİN TALEYİ»adlı hekayəni oxumağı məsləhət görür:

«Bu gün Musavat partiyası ətrafında baş verənləri ürək ağrısız qəbul etmək mümkün deyil. O partiyada gəncliklərini qoymuş, həyatlarını itirmiş minlərlə insanın ağrısını necə başa düşməmək olar. Onları başa düşmək üçün, vaxtilə gəncliyini müxalifətə həsr etmiş istedadlı jurnalist Elxan Şükürlünün “bir müxalifətçinin taleyi” adlı hekayəsini oxumaq kifayətdir».

Azinform.az vəkilin məktubunda olan bu maraqlı məqamı araşdırıb. Məlum olub ki, tanınmış jurnalist doğrudan da 2010-cu ilin əvvəlində belə hekayə yazıb. Həmin vaxt Elxan Şükürlü Ədalət Partiyasının sədr müavini olub. Yaranmış marağı nəzərə alaraq, sözügedən hekayəni yenidən təqdim edirik:

 

1337934729_elxan-shukurluBİR MÜXALİFƏTÇİNİN TALEYİ (Hekayə) ”” ELXAN ŞÜKÜRLÜ

Partiya kuluarlarında çürüyən gənclərə ithaf olunur

”¦Yuxusu yenə ərşə çəkilmişdi. Yerinə girəli düz yeddi saat olsa da, yata bilmirdi. Sübh tezdən durub birinci sinfə gedən körpəsini məktəbə aparmalı, sonra da redaktə üçün götürdüyü kitabı günortayadək tamamlayıb təhvil verməli olduğundan, zorla da olsa, yuxulamaq istəyirdi. Elə hey o tərəf-bu tərəfə çevrilib, başını yastığının altına soxsa da, yuxu ondan qaçaq düşmüşdü”¦

Son vaxtlar tez-tez belə olurdu və bu hal onu hədsiz dərəcədə əsəbiləşdirirdi. Elə bil kimsə qəsdən hər şeyi gecəyə, o yatana saxlayırdı ”” yerinə girən kimi, bir tərəfdən keçmişi, gələcək taleyi, o biri tərəfdən də ailə üzvlərinin sıxıntısı, kasıbçılığın gətirdiyi dözülməz həyat tərzi, xirtdəyə çıxmış borcları yadına düşür, beyni ölçüyəgəlməz sürətlə çıxış yolu axtarırdı.

”¦Çıxış yolunu isə tapa bilmirdi. Hər şey hərlənib-fırlanıb yekunda bir nöqtədə dirənirdi: «Partiyadan gedim, ya getməyim?». O neçə gecə idi bu suala cavab tapa bilmirdi ki, bilmirdi”¦

”¦Düz 15 il idi o, bu partiyada fəaliyyət göstərirdi. Bütün ümidlərini, xəyallarını bu partiyaya bağlamışdı. Qurulmasında, bugünkü günə çatmasında o qədər əziyyət çəkmişdi ki, indi birdən-birə bu 15 illik əziyyətinin üstündən bircə anda xətt çəkməsini qətiyyən ağlına sığışdıra bilmirdi. Axı bu partiyada o, təkcə ömrünün ən yaxşı illərini ”“ gəncliyini yox, həm də gələcəyini itirmişdi”¦ Hakimiyyəti həmişə sərt tənqid etdiyinə görə indi nəinki onu heç yerdə işə götürmürdülər, hətta dost-tanışları, doğma qohum-əqrəbası da ondan üz çevirmişdi. El-obasında tanınan, hörmətli bir nəsildən çıxmasına baxmayaraq, məhz müxalifətçi olması səbəbindən, artıq onu heç doğulduğu kəndin xeyir-şər məclislərində də görmək istəmirdilər”¦

”¦Son illərdə o özü də daha belə məclislərdə iştiraka meyl göstərmirdi. Həm əynindəki nimdaş paltarla ”“ uzun illədir geydiyi və yuyulmaqdan bozaran qara kostyumu, rəngi solmuş, boyunluğu süzülmüş mavi köynəyi və sarı narın xallı qalstuku ilə camaat arasına çıxanda çox sıxılırdı, həm də əksəriyyətin belə məclislərdə vəzifə sahiblərinə, pullu, yekəqarın kəndçilərinə necə yalmandığını, yaltaqlandığını görüb əsəbiləşirdi. İyrənirdi bu mühitdən”¦

***

Bütün bunları bir daha fikirləşə-fikirləşə o, yenidən sağ böyrü üstə çevrildi: «Görəsən, gedim, getməyim?»

Həmişə qətiyyəti ilə seçilsə də, neçə vaxt idi ki, qərar verə bilmirdi: «Getsəm, nə deyərlər? Elə birinci öz kəndçilərim, ”” deməzlərmi ki, 15 il itirəndən sonra başı daşa dəydi, ağıllandı, gəlib axırda biz deyəni elədi”¦ Yox, yaxşısı budu, getməyim, bir az da gözləyim».

Daha bir müddət gözləmək isə onun yeni əzablarının başlanğıcı idi”¦ Yenə öz içinlə, vicdanınla çarpışma, yenə borc, yenə ucuz kirayə axtarışları, yenə körpələrinə ümidverici yalanlar”¦

Sonuncunu düşünəndə gülümsədi də: «Lənət şeytana, böyüyüblər, daha heç onları aldatmaq da olmur».

”¦Â«Gedim, getməyim?» ”” bir qədər də fikirləşdi və yenidən sol böyrü üstə çevrildi”¦ Beyni isə işıq sürətindən də iti işləyirdi”¦

***

Düz 15 il idi ki, o, partiyasının hakimiyyətə gəlməsi üçün çalışırdı və bu yolda bütün məhrumiyyətlərdən keçmişdi: döyülmüş, təhqir olunmuş, həbsxana görmüş, ancaq yenə də yolundan dönməmişdi. Hətta onu dəfələrlə ölümlə hədələmişdilər. O isə bunu heç yerdə açıb-ağartmamış, «mübarizədə olan şeydir» deyərək, bütün bunlara «təbii proses» kimi baxmışdı. Onu susdurmaq, seçdiyi yoldan döndərmək üçün hakimiyyətdəki tanışları, keçmiş tələbə yoldaşları bir neçə dəfə əlaltdan ona yaxşı təkliflər də gətirmişdilər: «Aralan ordan, sənə hər şəraiti yaradaq». O isə bu təklifləri təhqir kimi qiymətləndirərək, gələnlərə anındaca «mən sizin kimi quldurlarla bir yerdə ola bilmərəm» deyərək, hətta onları qovmuşdu da”¦ Ardınca hakimiyyətdən onunla təmasa keçə biləcək hər kəslə bütün körpüləri bilərəkdən yandırmışdı ki, olduğu yerdə ondan şübhələnməsinlər, mübarizəsinin səmimiliyinə inansınlar”¦

”¦Ancaq axırıncı parlament seçkilərindən sonra hər şey ona aydın olmuş, illər uzunu qoşulduğu partiya vasitəsi ilə mübarizə aparmağın sadəcə «siyasi oyun» olduğunu görmüş və bununla da bütün ümidləri bircə andaca alt-üst olmuşdu”¦ Çox sevdiyi, nəinki öz gözündə, hətta ailə üzvləri, dostları arasında belə ideallaşdırdığı, əsl xalq adamı kimi tanıtdırdığı, yolunda ölümə getməyə hazır olduğu liderinin gözlənilməz davranışları onu yamanca sarsıtmışdı: onun lideri hakimiyyətlə bazarlığa getmiş, ona təklif edilən bircə deputat yeri ilə razılaşmış, prezidentlik iddiasından əl götürərək, dünənə qədər hər addımda əleyhinə çıxdığı hakimiyyətin alovlu müdafiəçisinə çevrilmişdi”¦

Onu daha çox məyus edən, ağrıdan isə hakimiyyətin partiya üçün yaratdığı bütün imtiyazları liderinin ondan gizlətməyə cəhd göstərməsi, onu bu imtiyazlardan kənarda saxlaması idi. Cəmi ikicə il içərisində liderinin və liderin qohumlarının həyatı büsbütün dəyişmişdi: şəhərin ən yaxşı yerində çoxotaqlı mənzil, şəhərkənarı ətrafda bağ evi, hektarlarla torpaq sahəsi, lüks avtomobil, hər gün bahalı restoranlarda verilən ziyafətlər və s.

”¦Bu partiyada dəyişməyən təkcə onun həyatı idi”¦ Yenə kirayə qalır, yenə köhnə qara, yuyulmaqdan bozaran kostyumunu, boynu süzülmüş mavi köynəyini, sarı xallı qalstukunu geyir, yenə hər ayın axırı sıxıla-sıxıla dostlarının yanına borca qaçırdı”¦ Bu qədər məhrumiyyət içərisində olsa da, o, indiyədək bir dəfə də olsun ehtiyacını liderinə bildirməmiş, ona ağız açmamışdı, həmişə özünü gözü-könlü tox adam kimi göstərmişdi”¦ Həm də onun aləmində əsl lider özündən çox ətrafını, ona güc verən çevrəsini düşünməli, tabeçiliyindəkilərin ona ağız açmasını gözləmədən qayğılarına qalmalı idi”¦ Lideri isə onun amansız ehtiyac içərisində olduğunu bilə-bilə özünü bilməzliyə, görməzliyə vururdu”¦ Sanki bir vaxtlar sözüylə, özüylə hakimiyyətin hücumundan onu zireh kimi qoruyan bu gənc adamın liderinə heç dəxli, aidiyyəti yox idi”¦

Nə qədər inanmaq istəməsə də, ona artıq hər şey gün kimi aydın idi: liderinin davası xalq davası deyilmiş! İndi lideri nəinki xalqı, heç xalqın bir zərrəciyi olan onu da düşünmürdü, onun qayğısı ilə qətiyyən yüklənmək niyyətində deyildi. Əksinə, son vaxtlar açıq-aydınca görürdü ki, o, artıq lideri üçün ciddi bir yükə, başağrısına çevrilir. Partiyanın yeni kursuna uyğun olmayan yazıları, partiyadaxili fəaliyyəti ilə o, get-gedə problemə çevrilirdi. Çoxları ondan çəkindiyindən üzünə çıxıb açıq şəkildə «bəsdi, hakimiyyət əleyhinə yazıları dayandır» deməsə də, lideri hər vasitə ilə çalışırdı ki, o, daha yazmasın, sussun, hətta mümkünsə, özü üzüsulu çıxıb getsin”¦

O artıq bilirdi ”“ aldanmış, inamında, ideallarında yanılmışdı. Onu yandıran, içindən göynədən həm də o idi ki, bu 15 ildə o, liderinə hədsiz dərəcədə sədaqətli olmuşdu, bir dəfə də olsun ona xəyanət etməmiş, liderinin adına, nüfuzuna kölgə sala biləcək bircə addım belə atmamışdı”¦ Üzü maskalılar onu oğurlayıb, qaranlıq bir zirzəmidə alnına tapançanın soyuq lüləsini dirəyib, belinə dəyənəklə çırparaq ondan liderinin əleyhinə ifadə almaq istəyəndə belə, o, liderini satmamış, məğrurluğu ilə ölüm qorxusuna qalib gələrək, dəmir iradəsinin hesabına ona işgəncə verənləri də heyrətləndirmişdi”¦

”¦Lideri isə indi bircə deputat yerinəcə onu satmış və susmuşdu”¦ Bununla da onun arzularını, ümidlərini dağıtmış, puç etmişdi.

O elə bunu həzm edə bilmirdi. Aldanmağını, yanılmağını özünə bağışlaya bilmirdi”¦ Yuxusunu gecələr ərşə çəkən də elə bu idi”¦

”¦Bir istəyirdi ki, tüpürüb hər şeyə, ailəsini də götürüb ölkədən çıxıb getsin”¦ O biri tərəfdən də itirdiyi illərə, çəkdiyi zəhmətə heyfsilənir, el qınağına tuş gələcəyindən, gedəcəyi yerdə uğursuzluğa düçar ola biləcəyindən ehtiyatlanırdı”¦

”¦Yataqda ha eşələnsə də, qərar verə bilmirdi: «Gedim, getməyim?».

***

Fırlanıb üzüstə çevrilmək istəyirdi ki, uşaqlarının yatdığı köhnə taxta beşik növbəti dəfə cırıldadı. Başını qaldırıb baxdı”¦ Tez də çox sevdiyi, ancaq onu sevdiyini bir dəfə də özünə deyə bilmədiyi xanımının dünən səhər-səhər ürkə-ürkə söylədikləri yadına düşdü: «Uşaqlar artıq böyüyüb. Bu qız daha o beşiyə yerləşmir. Ona bir «kravat» almaq lazımdır. Oğlan beşikdə yatar. Başqa evə köçəndə də, özümüzlə apararıq”¦Â»

”¦Hə, xanımı düz deyirdi, uşaqlar xeyli böyümüşdü. Daha beşiyə də yerləşmirdilər”¦

Deyingən olmayan, onu çox sevdiyindən prinsiplərini də həmişə anlayışla qarşılayan bu xanımla evlilik son on ildə onun ən böyük qazanclarından biri, yeganə təsəlli mənbəyi idi. Onu da mübarizə ilə əldə etmişdi. Qızın anasının «uzaq eldən olan lüt birisi»nə qız verməmək istəyinə, eləcə də öz valideynlərinin açıq etirazlarına baxmayaraq, onu götürüb qaçmış, heç toyları da olmamışdı”¦ Ancaq o, seçimində qətiyyən yanılmamışdı. Nə qədər kasıb yaşasalar da, iki körpə övladlarıyla özlərini dünyanın ən varlı, ən zəngin və ən xoşbəxt ailəsi kimi hiss etmişdilər”¦ Nə toylarının olmaması sıxmışdı onları, nə evsizlik, nə də kasıblıq”¦

Artıq indi ”” illər uzunu bu dözülməz xarakterli adama dözmüş, bircə dəfə də olsun öz şəxsi ehtiyacını dilə gətirməmiş xanımı da nəyinsə alınmasının lazım olduğunu ona xatırladırdısa, deməli, həqiqətən də, o, qərar qəbul etməliydi: «Partiyadan getsin, getməsin?»

Qərarısa verə bilmir və buna görə özünə yaman əsəbiləşir, get-gedə qəzəb hissi, qisas hissi ruhuna, qəlbinə hakim kəsilirdi: «Yox, belə olmaz, sabah girəcəm yanına, hər şeyi deyəcəm, ürəyimi boşaldıb, sonra da çıxıb gedəcəm”¦ Cəhənnəmə, kim nə fikirləşir, fikirləşsin. Kənara çəkilib, hər şeyi yenidən başlaram».

”¦Ürəyi möhkəm döyünməyə başladı”¦ Qalxıb yerində oturdu”¦ O, bir dəfə də belə olmuşdu. Orduda ”“ minalanmış sahədən düşmən arxasına keçib müdafiə zolağı yaratmağa girəndə ürəyinin guppultusu az qala qulaqlarını deşirdi. Onda çoxları ön xətti keçməkdən imtina etmiş, qorxudan hərəsi bir bəhanə ilə aradan çıxmışdı. İnsan iradəsinin sınandığı bu qanlı meydanda o, məsuliyyəti öz üzərinə götürən, ağıllı və cəsarətli qərarı ilə bütöv bir taboru xilas edən yeganə zabit olmuşdu”¦ O vaxt Allaha yalvarmışdı ki, təki içindəki bu dəhşətli qorxu hissini yox etsin və ona ləyaqətli ölüm bəxş etsin”¦ Çünki o, «ölüm zonası»ndan sağ çıxacağına qətiyyən ümidli deyildi”¦ Ancaq qüdrətli Allah ölüm qorxusunun nə olduğunu, bu dəhşətli hissi ona yaşatdıqdan, anlatdıqdan sonra onun duasını qəbul etmiş, qəlbinə qəribə bir sakitlik bəxş etmiş, ölümünə isə hələ ki icazə verməmişdi. Üstəlik, cəsarətləndirərək, onu bütün əsgər və zabit heyətinin gözündə qəhrəmana çevirmişdi”¦

”¦O, ordudakı həyatını xatırladıqca qeyri-ixtiyari olaraq başını birotaqlı darısqal mənzilin uzaq küncünə sarı çevirdi. Uzun müddət gözlərini həmin küncə zilləyib saxladı”¦ Ürəyinin döyüntüsü get-gedə artırdı”¦ Qulaqlarının pərdəsi yenə az qalırdı cırılsın”¦ Qəfildən yorğanını bir tərəfə atıb bayaqdan gözünü zillədiyi küncə cumdu. Zabit çantası divardan asılı idi. Ehmalca onu endirdi, çantanın cırt-cırtlı qapağını dartdı”¦ Səsə bu dəfə körpə oğlu diksindi”¦ Gözlərini açıb baxsa da, bir şey anlamayıb, yenidən kirpi kimi yumalanıb yatdı”¦

”¦O isə çantasında büküb gizlətdiyi sellofanı yavaş-yavaş açmağa başladı. Yağlı əskiyə bükdüyü dəmir parçalarını bircə-bircə çıxarıb yan-yana düzdü”¦ Hə, hər şey yerində idi. Aramla dəmirləri quraşdırmağa başladı. Təxminən bir dəqiqədən sonra hər şey yerbəyer oldu ”“ vaxtilə əsgərlərinin səngər qazarkən tapıb, pasını təmizləyib ona verdikləri «Makarov» pistoleti artıq hədəfi vurmağa tam hazır idi”¦

”¦O, elə pistoleti yığa-yığa neçə vaxtdır onun beynini didən məsələyə bu bir dəqiqə içərisində cavab tapmış və qərarını da vermişdi: sabah partiyaya gedəcək, pistoleti liderinin başına dayayacaq və ondan bütün bunların hesabını soracaq!!! Yox, onu öldürməyəcək! Ona olan sevgisi, rəğbəti, keçmiş münasibətləri onu öldürməyinə imkan verməz, ona qıymaz!!! Sadəcə, liderinin hər şeyi etiraf etməsinə çalışacaq, sonra da onu məcbur edəcək ki, tutduğu vəzifədən istefa versin!

O, daxilən qərarını vermişdi: bu ölkəni qurtaracaq yeni, xalqıyla səmimi bir lider tapılana, ortaya çıxanadək, o, saxta liderlərin onun kimi yüzlərlə gənci aldatmasına imkan verməyəcək!!! O, təkcə elə buna görə hələ ki siyasətdə qalacaq!!!

***

”¦ Ancaq o bilmirdi ki, bu gecə onun taleyi ilə bağlı daha iki yerdə də qərar verilmişdi: biri hakimiyyətin hamını qorxuya salan vahiməli binasında, o biri isə Allah dərgahında! Bu qərarlarla onun öz qərarı arasında yerlə göy arasındakı qədər fərq vardı!

O bilmirdi ki, elə məhz həmin gecə onun liderinin razılığı ilə hökumətin məxfi qurumlarından birində bu ipə-sapa yatmaz, qurulan ssenariləri bircə anda çözəcək, dağıdacaq gəncin qətlinə fərman verilib, onun ölüm planı cızılıb!

Heç onu da bilmirdi ki, hər şeyi görən və bilən Allahın qərarı nədir: Uca Yaradan kimə kömək olacaq?!

***

”¦Dan yeri artıq sökülürdü. O, əynini geyinmişdi. Xeyli vaxtdır ki, Şeytana uyub, namaz da qılmırdı”¦ Nədənsə bu dəfə Şeytan ona mane olmaq istəmirdi. Rahatca dəstəmazını alıb, sübh namazını qıldı, Allahdan kömək istəyib, ayağa qalxdı. Çox yüksək əhval-ruhiyyə yaranmışdı onda”¦ Əvvəl xanımını durğuzdu. Sonra məktəbə gedəcək qızcığazını”¦ Adətinə uyğun olaraq, tələsik bir stəkan çay içməklə kifayətləndi. Hələ də bükülüb yatan oğlunu öpüb, qızının çantasını da götürüb həyətə çıxdılar. Məktəb lap yaxınlıqda idi. Saat 7:50 dəqiqəni göstərirdi. Uşağı məktəbə qoyub, geri döndü. Elə yolu keçməyə çalışırdı ki, yaxınlıqda dayanmış qara «plyonka»lı nömrəsiz maşın qəfildən sürətlə onun üstünə şığıdı. Qaçmağa, kənara sıçramağa vaxt olmadı. Maşının sağ tərəfi zərblə düz ombasına dəyib, onu kənardakı beton lövhəyə çırpdı”¦ Zərbə o qədər ani və güclü oldu ki, o, ağrı hiss etmədi”¦

”¦Ağzından qan axırdı”¦ Ha çalışsa da, bədəni sözünə baxmırdı. Bircə beyni yenə gecəki sürətlə işləməyə başlamışdı. Gözləri yumulu olsa da, hələ fikirləşə bilirdi: «Yaxşı ki, qızım yanımda yox idi. Yaxşı ki, uşaq mənim bu cür ölümümü görmədi”¦Â»

O, ölümdən qorxmurdu. Çünki bir dəfə bu hissi yaşamışdı. O, sadəcə heyfsilənirdi. Heyfsilənirdi ki, tez ölür, bütün ömrü boyu arzuladığı ədalətli cəmiyyəti qura bilməyəcək! Onun uşaqlıq arzusu idi ki, o, hamının firavan yaşadığı, kasıbçılığın, yoxsulluğun olmadığı azad bir cəmiyyətin qurucusu olsun”¦ O, buna heyfsilənə-heyfsilənə ölürdü”¦ Kirpiyindən süzülən bir damla göz yaşı süzülüb ağzından axan qana qarışmağa qaçırdı”¦ Ölə-ölə bircə ona təsəlli tapırdı ki, onun qanından olan özü xarakterli iki övladı, ailəsinə baxacaq qardaşları və bir də bütün sınaqlardan üzüağ çıxmış üç sadiq, əqidəli dostu vardı”¦ O əmin idi ki, ölsə də, onun qisası alınacaq, mütləq alınacaq!

”¦Ancaq o bilmirdi ki, həmişə inandığı Allah onun qədərinə bu cür ölümü yazıb, ya yox.

Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO