Moderator.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Biz və ONLAR “ adlı yeni sosial məsuliyyət layihəsi həyata keçririlir. Layihə ümumilikdə 25 noyabr və 25 dekabr tarixlərini əhatə edir. Layihənin əsas məqsədi qayğıya ehtiyacı olan körpələr üçün xüsusi dəstək göstərməkdən ibarətdir.Ötən il də kimya-biologiya tələbələri tərəfindən keçirilən layihə bu il fərqli formatda keçiriləcək. Belə ki, layihədə ilk mərhələdə tələbələr tərəfindən toplanmış ianələr ilə tələbələrin də iştirakı ilə körpələr evində bayram münasibətilə bayram konserti və əyləncə təşkil ediləcək. Həmçinin yığılan məbləğ ilə kiməsiz körpələrin xüsusi ehtiyaclar qarşılanacaq.
Layihənin ikini mərhələsi kimi isə kimsəsiz uşaqlar üçün “UÄžUR və Gələcək”
adlı motivasiya mövzusunda təlimləri keçiriləcək.Kimsəsiz
uşaqların gələcək üçün xüsusi motivasiya ilə gələcəyə hazırlanması məqsədilə
xüsusi işlər görüləcək.
Layihədə sizdə könüllü işləyib, yaxud da əlinizdən gələn məbləğ ilə dəstək
olmaq istəyirsinizsə siz də qoşulun.