DGTYB-nin mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, noyabrın 27-30-u bir sıra türk xalqlarının gənc şair və araşdırmaçı-yazarları Bakıda görüşəcək. Onlar Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar araÂsında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində bir araya gələcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova (Qaqauz Yeri), Tatarıstan, İraq (Türkmaneli), Rusiya (Moskva) kimi ölkə, topluluq və şəhərlərdən müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər, perspektivli araşdırmaçı-yazarlar iştirak edəcək.
Layihə türk coğrafiyasını
əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər)
arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm
sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi
aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın gücÂlənÂdiÂrilməsinə xidmət edir.
Bu layihə çərçivəsində
düzənlənəcək tədbirlər, açılacaq müzakirələr Türk Dünyası gənc yazarların
bir-birlərini yeni keyfiyyətdə, yaxından tanıtmaq baxımından xüsusi önəm kəsb
edir.
DGTYB-nin 2012-ci ilin
sentyabrından başlayaraq, 2013-cü ilin fevralınadək davam edən "Gəldik,
gördük, yazdıq" layihəsinin, ötən il keçirilmiş “Türk Dünyası Gənc Yazarlarının
Bakı Toplantısı” layihəsinin yekunları göstərdi ki, bizimlə eyni soydan olan
yazarların bir çoxu qardaş xalqların kültürünə heç də arzu olunan səviyyədə
bələd deyil. Beləliklə, sözügedən bu layihənin əsas qayəsi yaşadığı ölkədə,
şəhərdə imzası və ictimai çalışmaları ilə müəyyən qədər tanınmış və konkret
ədəbi qurumların təmsilçiləri olan perspektivli gənc (və yeni nəsil) yazarların
respublikamıza səfərini təşkil etmək, yeri gəlmişkən, onları Azərbaycanın
üzləşdiyi haqsız və elan olunmamış müharibə, bu müharibənin acı nəticələri ilə
tanış etmək, ən əsası Türk Dünyası gənc ədəbi qüvvələri arasında məsləhət
mühiti yaratmaq, davamlı işbirliyi qurmaqdır. Gələcəkdə bu layihə çərçivəsində,
layihənin və DGTYB-nin təşkilat mandatına (missiyasına) uyğun nəşrin işıq üzü
görməsi də nəzərdə tutulub. Türk Dünyası
gənc ədəbi qüvvələrini birləşdirən birliklər arasında yaradıcılıq
münasibətlərinin inkişafı, sözsüz ki, həm Türk Dünyası ədəbiyyatının
inkişafına, həm də gənc yazarların fəaliyyətinin yeni məzmun qazanmasına müsbət
təsir edəcəkdir. DGTYB-nin daha öncəki konfranslarından bu dəfəki layihə
çərçivəsində gerçəkləşək konfransların əsas fərqi, bu dəfə fərqli birliklərin
üzvü olan gənc yazarların (vəkalətnamə əsasında) bir araya gəlməsidir.
Səfər çərçivəsində gənc
türk yazarları Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, tanınmış
yazıçılarla görüşəcək, müxtəlif ədəbi qurumlarla, bir sıra Azərbaycan
yazarlarının ev muzeyləri ilə tanış olacaqlar. Tədbir çərçivəsində türk dünyası
ədəbiyyat aləmində baş verən ədəbi proseslər, gənc nəslin ədəbiyyatda rolu və
qardaş xalqların ədəbiyyatının tanıdılması və gələcəkdə əməkdaşlıqlar istiqamətində (üç oturumdan ibarət) müzakirələr
aparılacaq, çıxışlar, təkliflər dinləniləcək və “Yekun Bildiri” qəbul ediləcək.
Layihə çərçivəsində bir neçə aydına “Türk Dünyasına Xidmət Ödül”ünün təqdimat edilməsi
nəzərdə tutulub. Gənc türk yazarlarının Bakı səfəri çərçivəsində (29 noyabr) “Türk
Dünyası Şeir Axşamı”nın keçirilməsi də planlaşdırılır. Gənc yazarların Bakıya
səfəri çərçivəsində ilk iclas isə 28 noyabrda TÜSİAB Konfrans Zalında
gerçəkləşəcək.
Qeyd edək ki, Dünya Gənc
Türk Yazarlar Birliyi yarandığı gündən bu yana, istedadlı gənc yazarların üzə
çıxarılması, onların imzalarının tanıdılması, eləcə də Türk Dünyası
ədəbiyyatının təbliğinə yönəlik müxtəlif yerli və uluslararası layihələr həyata
keçirir, şeir şölənləri təşkil edir, ədəbi toplular çap edir.