Tanınmış iqtisadçı-ekspert Məhəmməd Talıblı Moderator.az-a açıqlamasında iqtisadi artım və bu artımın əhali artımını önləməsinin vacibliyini vurğulayıb:
“Bir ölkənin
iqtisadi inkişafı üçün təkcə iqtisadi artımda irəliləyişlər kifayət deyil. İqtisadi
artımın tempi əhali artımını üstələməlidir. Əhali artımı daha sürətlə baş
verirsə, iqtisadi artım ondan daha iri addımlarla onu üstələməlidir. Zəif əhali
artımı indi Avropanı daha çox düşündürür.
Almaniya Xistian Demokrat Partiyasının
Proqramında ailə insitutlarının qayğısına qalmaq və inkişafına həsr olunmuş
çoxlu sayda istiqamətlərə tanış olanda bunu bir daha yaxından hiss etdim.
Proqramda bir neçə səhifənin daha detallı olaraq ailə insitutlarına həsr edilməsi
ailəyə dövlət döstəyinin nə dərəcədə mühüm olduğunu göstərir. Demoqrafik xəritənin
strtukturunu təhlil edənlər ölkədə hər şeyin hansı əllə və alətlə necə
qoyulduğunu daha dəqiq görür”.