ADP sədri Sərdar Cəlaloğlu saytımıza müsahibəində dövlət hesabına xaricdə təhsil alan tələbələrin bir çoxunun geri qayıtmaqdan imtina etdiyini bildirib. Bunu yolverilməz hesab edən partiya sədri qeyd edib ki, dövlət hesabına təhsil alanların geri qayıtması, dövlətə xidmət etməsi məcburi xarakter daşımalı, məsələ qanunla tənzimlənməlidir.
Bununla bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma” praktik psixologiya üzrə
resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət
Əmrahlı S.Cəlaloğlunun məlum təklifini dəstəklədiyini vurğulayıb:
"Sərdar
bəy haqlıdır! Bir şəxs dövlət hesabına təhsil
alırsa, deməli dövlər qarşısında öhdəlikləri də olmalıdır. Ancaq məsələ bundadır ki, belə bir qanunun qəbul edilməsi
inandırıcı görünmür. Səbəbi...məlumdur".
Seymur Əliyev