Hər daşı uzaq-uzaq tarixlərdən xəbər verən, hər daçında soyumuzun izi qalan, qədim türk elimizin adət-ənənəsini, məişət tərzini, inancını, əmək fəaliyyətini özündə yaşadan Qobustan qayalıqlarında arxeoloqların “Qaval daş” adını verdiyi musiqi sədalı bir daş var. Toxunduqca, haray çəkir, inləyir, insanı öz kökünə səsləyir. Bu səs, bu haray minilliklərin arxasından bu günümüzə boylanan, bizi keçmişini qorumağa haraylayan əcdadımızın səsidir. Səsinə səs verək, qoruyaq, əcdadımızın bizə əmanət etdikləri vətəni.
“Qaval daş”ım
“Qaval daş”ım, qaya
daşım,
Tarixlərə yol yoldaşım.
Sən dönmüsən daş heykələ,
Məğrur dayan daş
qardaşım.
Çox sınayıb səni zaman,
Verməyibdir bac qayalar.
Heykəlləşməz, ucalmayan,
Nidandırmı, tac qayalar!
Qoca Qorqud qopuzuyla,
Qaval çaldı, bəs nə dedi?!
Daşa dönmüş bu insanlar,
Axı bir vaxt, daş deyildi...
Bir daş atdım daş qayaya,
Çilik-çilik çilikləndi,
Mən mat qaldım hay haraya,
Bu daş qaya nə zil dindi.
Qurban olum səsinizə,
Lap zil dinin, dinin
daşlar.
Elə dinin, çatsın bizə,
Ömrüm daşlar, günüm
daşlar.
Nurəddin İsmayıl