Bacısının başını kəsən qızın ailəsindən - REPORTAJ
Reportaj
Oxunub: 3572
29 Oct 2014 | 11:25
Bacısının başını kəsən qızın ailəsindən -  REPORTAJ
“Gözdən uzaq, könüldən iraq”,

Ötən həftə bacısının başını kəsən 20 yaşlı Pərvanə Nuriyeva hamını şoka saldı. Oktyabrın ən səs-küylü və tükürpədici cinayətlərindən biri olan bu hadisənin sirr pərdəsi isə hələ də qalxmayıb. Pərvanənin bacısı Günelin boğazını kəsərək amansızlıqla qətlə yetirməsi müəmmalı olaraq qalır.

Goranboyda əmisi oğlu ilə öpüşüb-görüşdüyünə görə arvadını və onun daha 6 qohumunu yer üzündən silən Rafiq Hüseynovun cinayəti bu olaya qədər ən dəhşət doğuran qətliam sayılırdı. Amma Nuriyeva bacılarının ürəkparçalayan faciəsi “Goranboy terroru”nu kölgədə qoydu.

P.Nuriyeva ilkin ifadəsində bacısının cinsi azlıqlarla münasibətinə son qoymadığı üçün bu addımı atdığını deyib. Ancaq polis mərhumənin barəsində deyilənləri şayiə adlandırır. Eləcə də G.Nuriyevanın oxuduğu musiqi məktəbində tələbə yoldaşları cinsi oriyentasiya amilini böhtan hesab edirlər. Qatilin psixi pozuntusu olduğu da istisna edilmir. Yaxınları isə Pərvanədə heç bir psixoloji problem hiss etməyiblər.

Ancaq qətldən bu vaxta qədər Nuriyevlər ailəsi heç bir açıqlama verməyib, söz-söhbətə aydınlıq gətirməyiblər. Əslən Şəkidən olan bacıların atası, rayonda tanınmış iş adamı, bələdiyyə üzvü olan Etibar Nuriyev baş verən faciə barəsində bir kəlmə də olsun danışmayıb.

Bəlkə də deyəcək sözü yoxdur, yaxud da yaşadığı ağır faciənin sarsıntısından özünə gələ bilməyib. Ailədən bir açıqlama olmadığı üçün bu sirli qətl barəsində hər ağızdan bir söz eşidilir. Amma bilinmir ki, skripka ifaçısı olan Pərvanənin pianoçu bacısı Güneli belə dəhşətli şəkildə öldürməsinin arxasında nə dayanır. Odur ki, bu gizlin qalan məqamları araşdırmaq üçün Nuriyevlər ailəsinin Şəkidə yaşadığı ata evinə getdik.

***
Nuriyevlərin Şəkidə “Gəncəli məhəlləsi” deyilən massivdə evi var. Amma bu məhəllədəki evlərini tərk ediblər.

Darvazanı nə qədər döysək də açan olmadı. Məhəllə camaatının sözlərinə görə, onlar hazırda Vərəzət kəndində yerləşən bağ evində yaşayırlar, Günelin yas mərasimi də orada təşkil olunub. Gecə saatlarında kəndə üz tutub, oradakı evi axtardıq.

...Şəkidən aralıda, bomboş düzənliyin ortasında geniş bir ərazi hasarlanıb. Yan-yörədə nə işığı yanan ev var, nə bir yaşayış məntəqəsi. Tam bir səhranın tən ortasıdır və ətrafda ins-cins səsi belə eşidilmir. Xoşbəxtlikdən qarşımıza çıxan maşının sürücüsündən Etibar Nuriyevin evinin məhz həmin hasarın içində olduğunu öyrənirik.

Sürücünün dediyinə görə, qızların atası evdədir.

Qəribədir ki, özünü ətraf mühitdən təcrid edən Nuriyev böyük bir ərazini hasarlayıb ev tikdirib. Həyətin qapısından evə qədər xeyli yol var. İçəridə 3-4 it keşik çəkir. Ümumiyyətlə, ev baş yoldan 1, 5 kilometr aralıda yerləşir. Bir xeyli ev yiyəsini çağırandan sonra uzaqdan bir nəfərin gəldiyini görürük.

Özünü Etibar Nuriyevin qardaşı kimi təqdim edən və adını söyləməyən ağsaqqal bildirdi ki, danışmağa heç bir söz qalmayıb. Onun dediyinə görə, qardaşı hadisə ilə bağlı Bakıya gedib və bir gün sonra qayıda bilər. Nuriyevaların əmisi nə qardaşının nömrəsini verdi, nə də qətlin niyə baş verdiyini aydınlaşdırdı. Sadəcə, qızlar haqda yazılanların hamısı əfsanə adlandırdı: “Camaat hər şeyi bilir, əlavə nəsə deməyə ehtiyac yoxdur. Atası gələr, özü danışar. Mən heç nə deyə bilmərəm”.

E.Nuriyevin qardaşı Pərvanədə heç bir psixi problem olmadığını qeyd etdi: “Televizorda o qədər deyilib ki, daha bəsdir. Bura qədər boğaza yığılmışıq. Etibar müəllim heç kəslə görüşmək istəmir. O qızın da heç bir problemi olmayıb, yazılanların hamısı əfsanədir, hərə bir söz danışır. Allah var başımızın üstündə və nə olduğunu görür”...

***
Ertəsi gün yenidən səhər saatlarında Nuriyevlərin yaşadığı “gözdən uzaq, könüldən iraq”, qəribə bir yer olan əraziyə gəlirik. Qapını xeyli döyəndən sonra bu dəfə bağda işləyən fəhlə qarşımıza çıxır və evdə heç kəsin olmadığını, hamının Bakıya getdiyini deyir...

***
Lakin Şəkidə Nuriyevlər ailəsini tanıyanlar bəzi məlumatlar verdilər. Əvvəla, haşiyə çıxaraq deyək ki, rayonda bu qətl haqda hamı susur, E.Nuriyevi isə hörmətli bir adam kimi təqdim edirlər. Deyilənlərə görə, E.Nuriyev müxtəlif növ quş həvəskarıdır. Həyətində cürbəcür ağaclar əkib, qırqovul, tovuzquşu, ördək, bildirçin və başqa çöl quşları saxlayır. Onun həyəti 4 hektar ərazidən ibarətdir və gələcəkdə təsərrüfat işlərini genişləndirmək planı olub. Onun balıqçılıq gölü, meyvə ağacları var.

Şəkidə bu ailəni tanıyanlar danışırlar ki, Nuriyev hər üç övladının tərbiyəsi ilə şəxsən özü məşğul olub, onlara bərabər səviyyədə baxıb, birinə aldığını o birindən əsirgəməyib: “Hətta musiqi təhsili alan qızları üçün Balakəndən xüsusi müəllim gətirmişdi. Əkiz qızların şəkillərini də ofisdə stolunda qoyurdu. Amma üç bacını bir-birindən ayırmazdı, onlara eyni dərəcədə baxardı. Böyük uşağı balacasından fərqləndirsin, ya birinə paltar alanda o birinə almasın, belə şey ola bilməz. Uşaqlara qarşı olduqca həssas davranardı. Burda oturma orda otur, bunu belə eləmə, onu belə qoy. Yəni onlardan gözünü ayırmazdı. İndi eşitdiyimə görə, şokdadır. Heç özləri də bilmir ki, bu hadisə necə olub, niyə olub. O uşaqlarda heç kəs psixi problem hiss etməyib. Bəlkə də Bakıda mühit onları dəyişib”.

***
Beləcə, Pərvanənin bacısını öldürməyə qızlar arasında ayrı-seçkilik qoyulmasının səbəb ola bilməsi ehtimalı da puç çıxır. Yerdə qalır qısqanclıq və psixoloji vəziyyət amilləri. Buna da istintaq yekun qənaətə gələcək.

Nuriyevlər ailəsinin qapalı olması haqda deyilənlərə gəldikdə isə Şəkidə onları tanıyanlar deyirlər ki, Etibar həmişə camaat arasında olub, ünsiyyət quran adamdır, heç kimdən qaçmırdı.

Onu da söyləyirlər ki, 2000-ci il hadisələri zamanı da E.Nuriyevin başı çox ağrıyıb. Belə ki, Şəkidə baş verən hadisələrdə tanınmış iş adamı Tehran həbs olunub. Həmin zaman Nuriyev onun mühasibi olub deyə başı müsibətlər çəkib. Hazırda bələdiyyə üzvü olan Nuriyevin başına gələn bu hadisədən Şəki bələdiyyəsində də danışırlar. Amma mətbuata yox, özləri arasında...
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ